Ceyhun Sultanov:“ Azərbaycanda Avropa səviyyəli futbolçu yetişdirmək mümkünsüz görünür“ (LAYİHƏ)
Tarix: 11.08.2017 | Saat: 13:55:00 | Oxunub: 350 | E-mail | Çapa göndər
Картинки по запросу Media Komitəsi loqo


Futbolmedia.az saytı AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı, hazırki durumu?" istiqaməti üzrə silsilə yazılarını davam etdirir. Budəfəki yazımızda klublar tərəfindən uşaq futboluna cavabdeh şəxslərlə həmsöhbət olduq. Baş məşqçilərin seçimi zamanı yol verilən səhvlər, uşaqların düzgün istiqamətdə yetişdirilməsi, məşqlərin və təlim-məşq toplanışların vaxtı-vaxtında keçirlimsəi və sairəyə toxunacağıq. Bunun üçün premyer liqada çıxış edən səkkiz klubun uşaq futbol akademiyalarına birbaşa cavabdeh olan şəxslərlə, drektorlar və kordinatorlarla və baş məşqçilərlə söhbət etmək qərarına gəldik. Bugünkü gün uşaq futbolunun durumu acınacaqlıdır. Uşaq futboluna xeyli miqdarda pullar ayrılır. Lakin bütün bunlara baxmayaraq problemlər çox qabarıq şəkildədir. Neçə illərdi avropada ölkəmizi və futbolumuzu təmsil edəcək istedadlı bir belə oyunçu yetişdirməmişik. Bu isə uşaq futbolunda, habelə, klubların akademiyalarında kifayyət qədər problemlərin olduğundan xəbər verir. Bir müddət öncə araşdırmamız sayəsində uşaq futbolunda məşqçilərin heç də, hamısının savadlı və ən azı B dərəcəsinə malik olmadığını üzə çıxardıq. Əgər savadsız məşqçilər olarsa, həmin akademiyaya məxsus olan gələcəyin ulduz futbolçuları necə yetişə bilər. Bütün bunlara və bir çox akademiyada baş verənlərə aydınlıq gətirmək üçün klublara müraciət etdik. Premyer liqada çıxış edən 8 klubumuzun uşaq futbol akademiyasına birbaşa cavabdeh şəxslərlə əlaqə qurduq. Budəfəki həmsöhbətimiz Sumqayıt uşaq futbol akademiyasına birbaşa cavabdeh şəxs Ceyhun Sultanov oldu.

AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.Az saytı uşaq futbolu ilə bağlı layihənin növbəti yazısını təqdim edir. Qeyd edirik
ki, layihə AFFA Yanında Media Komitəsin tərəfindən maliyələşdirilir.


Картинки по запросу Ceyhun Sultanov sumqayıt


“Sumqayıt” uşaq futbol akademiyasının müxtəlif yaş qruplarında məşqlər pərpa edilibmi?

Çempionat qurtardıqdan sonra bir ay fasilə verdik. Fasilə bitdikdən sonra müəyyən işlər görüldü. Və bu işləri bitirdikdən sonra məşqləri bərpa etmişik. Hardasa, 10 gün olar ki, məşqlər başlayıb.



Uşaq liqaları ilə bağlı nə kimi dəyişiklər olub. Mən seleksiya işlərinin aparılmasını nəzərdə tuturam?

Biz bir ay müddətində müxtəlif yaş qrupları üzrə seleksiya işləri apardıq. Ən əsas üstünlüyü isə 8,9,13 yaşlılara üstünlük verdik. Digər yaş qruplarına hələ ehtiyac duymadıq. Çünki onların əksəriyyəti tanınmış uşaqlardı. Yəni çempionatlarında özlərini yaxşı tərəfdən göstərirlər. Məqsdimiz aşağı yaş qruplarına yeni uşaqları cəlb etmək idi.

Картинки по запросу sumqayıt uşaq futbol akademiyası



Sumqayıt uşaq futbol akademiyası olaraq seleksiya işlərinizi uğurlu adlandırmaq olarmı?

Ən azından keçən il həyata keçirə bilmədiklərimizi edə bildik. Elə uşaqlar vardı ki, keçən il kəsilmişdilər. Bu il isə xeyli artırmışdılar. Biz gələn bütün uşaqlara şans veririk. Yəni çalışırdıq ki, geri qaytarmayaq. Bu il həmin uşaqlardan bəzisini götürdük. Heç olmasa 1-2 uşaq akademiyaya cəlb edə bilmişiksə, bunu uğurlu saymaq olar.



Çempionat artıq başlamaq üzrədir. Liqalarda uşaqların hazırlıq səviyyəsi hansı durumdadır. Bundan başqa yaş qruplarında yer dəyişmə varmı?

Bacardığımız qədər yaxşı hazırlaşdırmışıq. Ən azından uşaqlar çempionata hazırdılar. Liqaların yaş qruplarındakı dəyişikliklərə gəlincə isə, dəyişiklik yoxdur. Biz daha çox bu yarışmada 17 v 19 yaşlılara üstünlük verdik. Həmçinin, əvəzedicilərə daha çox diqqət ayırdıq.

Bu müddət ərzində əvəzedici və əsas komanda üçün istedadlı futbolçular yetişdirə bilmisinizmi?

Əlbəttə ki, belə uşaqlar var. Xəyal Nəcəfov, Bəxtiyar Həsənzadənin adını çəkə bilərəm. Bundan başqa, 15-16 yaşlılarda Rüfət Abdullazadə, Fərman Abdullazadə, Asəf bu futbolçuları da, xüsusi qeyd edə bilərəm. Onların hələ 16 yaşları var. Lakin biz artıq onları əvəzedicilərə cəlb etmişik. Mənə elə gəlir ki, Azərbaycan səviyyəli futbolçular olacaq.

Bəs müxtəlif yaş qruplarında məşqçi dəyişiklikləri olubmu. Olubsa kimlərdi?

Məşqçilər heyətində köklü dəyişikliklər etmədik. Komandanın sabiq kordinatoru öz istəyi ilə vəzifəsindən istefa vermişdi. Lakin biz cəmi iki məşqçi cəlb etmişik. Biri Mehman Yunisov, digəri isə Ruslan Poladovdur. Çalışacağıq ki bu, ilin sonuna kimi bütün mçəşqçilərə şans verək. Mən onun tərəfdarı deyiləm ki, məşqçiləri ildən-ilə dəyişəsən. Hər birinə şərait yaradılır. Əgər öz öhtəliklərinə düşən işi bacarsalar, onlarla yolumuza davam edəcəyik. Yox bacara bilməslər, onda dəyişikliklər olacaq.




Mehman Yunisov və Elşən Poladov hansı yaş qruplarına məşqçi təyin ediliblər?

Mehman Yunisov 2003-ci il təvəllüdlü 15 yaşlılarda işləyəcək. Elşən Poladov isə 12 yaş qrupunda qapçılar üzrə məşqçi işləyəcək.

Digər futbol məktəbləri daha çox dağlı bölgələrdə təlim-məşq toplanışına üstünlük verir. Və ən azı, ildə iki dəfə bunu həyata keçirdə bilirlər. Bəs Sumqayıt futbol məktəbində bununla bağlı durum necədir?

Bu dəfə 19 yaşlılarımızla birlikdə əvəzedicilərimiz təlim-məşq toplanışı keçdilər. Lakin bu təlim-məq toplanışı Sumqayıt şəhərində oldu. Hardasa, 14 gün müddətinə otel, yemək və bütün şərait yaradıldı. Lakin bizim Sumqayıtdan kənar təlim-məşq toplanışı keçirməyə maliyə imkanlarımız yoxdur. Durub yalandan demək yaxşı çıxmaz. Bu gün buna imkanımız çatmır.

Картинки по запросу sumqayıt uşaq futbol akademiyası


Digər uşaq futbol akademiyaları ölkə xaricində müxtəlif yaş qrupları ilə turnirlərə qatılırlar. Sumqayıt komandası olaraq siz belə turnirlərə qatıla bilmisinizmi?

Xeyir. Yəni müəyyən pul vəsaiti xərclənən turnirlər qatıla bilməmişik. Elə turnirlər olur ki, hansısa bir ölkə bütün xərcləri öz üzərinə götürür. Digər pullu turnirlər qatılmaq imkanımız yoxdur. Konkret olaraq, pul yoxdursa, biz gedib İtaliyada necə yoldaşlıq görüşləri keçirə bilərik. Və ya, hansısa Avropa ölkəsində turnirə qatıla bilərik? Hazırda buna imkanımız yoxdur. Bu il bizə turnirlərlə bağlı təkliflər gəlməyib. Lakin gələn il üçün müəyyən planlarımız var. Yaxın qonşu ölkələrə getməyi planlaşdırmışıq. Hansı ki, həmin turnirlərə avtobusla getmək mümkün olur. Uzaq ölkələrə təyyarə ilə getmək imkanımız yoxdur. Əslində, turnirlərsiz uşaq futbolunda inkişafa nail olmaq olmaz.

Çox deyilir ki, uşaq futboluna və inkişafı üçün şərait yaradılıb. Lakin hələ Avropa səviyyəli bir futbolçumuz ortaya çıxmayıb. Bir veteran futbolçu kimi bu, problemlə bağlı sizin fikrinizi bilmək istərdik?

Gəlin belə danışaq. Azərbaycanda yetişən futbolçu üçün avropaya çıxmaq çox çətin olacaq. Gərək həmin uşaqlar başqa ölkədə doğulsun. Həmin ölkələrin futbol məktəblərini görsünlər. Azərbaycanda yaşayıb, buranın ab-havasını götürüb, avropada futbol oynaması geyri mümkün görünür. Çünki Azərbaycandakı uşaq futbolunun inkişafı göz qabağındadır. Avropa səviyyəli futbolçularımızın yetişməsində, infrastruktur böyük rol oynayır. Bundan başqa, ölkələrin reytinqinə avropalılar diqqət yetirir. İstər-istəməz Brazilya akademiyasına müraciət edəcəklər. Və ya, başqa bir futbol ölkəsinə üstünlük verəcəklər. Bizim avropaya çıxışımız çox çətindir. Bizim 15-16 yaşlılarımız hansısa milli komandalar səviyyəsində yaxşı futbolçularımız var. Lakin bura avropa menecerlərinin, skautları baxmır. Çempionat səviyyəsinə baxaraq həmin ölkələrə üstünlük verirlər. Məhz bu kimi amillər maneə yaradır.

Ola bilərmi ki, ölkəmizdə kifayyət qədər güclü və avropaya çıxışı olan menecerlərin çox olmaması futbolçularımızın avropaya keçidinə təsir edir?

Sözsüz ki, başlıca rol oynayır. Siz avropaya çıxış imkanlarının yüksək olduğu bir menecerimizin adını çəkə bilərsinizmi? Mən elə birisini tanımıram. Əlbəttə ki, istənilən ölkənin futbolçularının avropaya çıxışı menecerlərdən çox aslıdır. Azərbaycana gələn legionerlər də, ən aşağı səviyyədə olurlar. Baxırsan ki, bizim futbolçular həmin legionerdən üstündür. Və ya, eyni səviyyədədir. Baxın ölkəmizə gəlib-getmiş futbolçuları yada salın. Elə legionerlər vardı ki, çempionatımızda oynaya bilmirdi. Hətta səviyyəsi yüksək deyildi. Lakin görürsən ki, bir müddətdən sonra getdi Avropa klublarından biri ilə müqavilə imzaladı. Bax burda yüksək səviyyəli menecerin işini dəyərləndirmək lazımdır. Menecer xüsusi rol oynayır. Moldova, Qazaxıstan İran və sairə ölkələr gedim avropada legioner həyatı yaşayır. Lakin bizd bu baxımdan geriləmə var. Hətta bizim futbolçular həmin Moldova və Qazaxıstan futbolçularından qat-qat üstündür. Problemləri kökündən araşdırmaq lazımdır. Bizim menecerlər ancaq Azərbaycan bazarında qazanırlar. Və bununlada kifayyətlənirlər. Bu onları qane edir.

Məncə, mintalitetimiz də imkan vermir ki, futbolçularımız Avropada top qovsunlar. Məsələn Kamran Ağayev Portuqaliyada qala bilməməsinin əsas səbəbi elə budur?

Yaxşı futbolçularımız yaxşı şəraiti görüb heç vaxt qayıtmaz. Orxan, Elnur Cəfərov o, səviyyədə deyil ki, avropa klublarında top qovsun. Lakin futbolçularımızı Avropa klublarına göndərən güclü kanallar olmalıdır.

Sumqayıt futbol akademiyasına uşaqları cəlb etmək çətindirmi. Neftçi futbol akademiyasına axın güclüdür. Burada ad, tarix, xüsusi rol oynayır. Bəs sizdə necədir?

Biz seleksiya işlərində məktəblərlə sıx iş birliyi edirik. Müəyyən yaşlar üçün müraciətlər edirik. Çalışdığımız qədər hər yerə müraciət edirik. Sumqayıt ətrafında olan uşaqları yığa bilirik. Lakin bölgələrə əlimiz gödəkdir. Buna imkanımız çatmır. Bölgələrdə çox yaxşı uşaqlar var. Lakin bizim onları gtirməyə imkanımız çatmır. Yaşca kiçik uşaqları gətirmək ümumiyyətlə problemdir. Onalrın təhsil almağı, yeməyi, yatmağı, şərait tələb edir. Bu şərait isə bidə hazırda yoxdur.

Картинки по запросу sumqayıt uşaq futbol akademiyası


Uşaq futbolu ilə bağlı nələri arzulayardınız?

Akademiyalarda işlərin düzgün aparılmasını, akademiyaların maliya imkanlarımın yüksək olmasını istərdim. Çünki maliyə bu yöndə çox böyük əhəmiyyət kəsb edir. Çox istərdim ki, akademiyalara gətrilən uşaqların valideyinləri məşqçilərin işinə qarışmasın. Biz hələ indiyə qədər valideyinləri öyrəd bilməmişik ki, uşaqlar məşq edən zaman meydançaya girməsinlər. Şəxsən mən hazırda bunun üzərində işləyirəm. Çalışıram ki, valideyinləri uşaqlar məşq edən zaman stadionlardan uzaqlaşdırım. Avropa ölkələrində necədir. Valideyinlər uşaqlarını gətirib akademiyaya təhfil verib gedir. Vaxt tamam olan zaman isə gəlib götürür. Bizdə belə deyil. Birdə görürsən ki, uşağın valideyini məşq zamnı katleti gətirib uşağa yedizdirir. Elə bilir ki, belə edən kimi uşağı güclü futbolçu olacaq. Bu kimi hallar uşaqların inkişafına mənfi təsir edir. Uşaqların fikri qalır valideyinlərin yanında. Çox həyacanlı olurlar. Birdə görürsən oyun zamanı valideyin stadionda uşağına qışqırır ki, topu vermə özün vur. Uşağın beyini qarışır axı. Çempionat başlamamış bütün valideyinləri yığacam. Və stadionlardan uzaq durmağı tapşıracam.

Əli HƏYATİ
















 
Bölməyə aid digər xəbərlər
26.12.2017
17 ildən sonrakı qayıdış: “Səhliyalı”ya kömək lazımdır (LAYİHƏ)
23.12.2017
Quba “Şahdağ”ın keçmişi və hazırki durumu (LAYİHƏ)
16.12.2017
Altı gəncin əsdirdiyi “Tufan” (LAYİHƏ)
05.12.2017
Həvəskarlar Liqasında milli komandaya yüksələnlər (LAYİHƏ)
27.11.2017
Kazbek Tuayevi yetişdirən qəsəbənin futbol həyatı (LAYİHƏ)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info