FİASKO. Tale Heydərovun milyonları hara və nəyə xərclənir? (YAZI)
Tarix: 04.08.2017 | Saat: 15:03:00 | Oxunub: 2290 | E-mail | Çapa göndər


Klublarımızın Avrokubok oyunlarındakı nəticələri heçdə gözlədiyimiz kimi olmadı. “İnter”dən fərqli olaraq, debütant “Zirə” klubunun yaxşı nəticə göstərməsi inandırıcı gəlmirdi. Lakin “İnter”in növbəti mərhələyə keçmək şansı az deyildi. Evdə qələbə qazanan “İnter” səfərdə məğlub olaraq mübarizəni dayandırdı. Ancaq ən güclü zərbə və ən gözlənilməz nəticə “Qəbələ” klubundan gəldi. Təmsilçimiz UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsində “Panatinaikos”a hər iki oyunda məğlub olaraq azarkşlərinə şok yaşatdı. Oyuna və alınan legionerlərə gəlincə hər şey bərbad vəziyyətdə idi. “Qəbələ” klubunun müdafiəsi çoxlu sayda səhvlər etdilər. Məhəllə komandalarının müdafiəsi belə səhvlər etməz. Hesabda irəli keçən təmsilçimiz daha səbirli və təmkinli oyun üslubuna üstünlük verməli idi. Rəqibi üstlərinə çağırmaq əvəzinə bütün komanda ilə irəli atılmaq ağılsızlıq idi. Bəh-bəhlə yeni transferlərin oyununa isə 2 qiymət düşür. Hər iki oyunda komanda üçün heç bir kömək edə bilmədilər. Bəs legionerlər nə üçün komandaya gətirilmişdi. Bu cür və belə rəqiblərlə oyunda bir işə yaramırlarsa, gəlişləri nəyə laızmdır. Həəə, çox güman ki, dünyada ən zəif çempionat sayılan Premyer – Liqamızda, yarımcan rəqiblərinə qol vursunlar deyə. Sonrada klubun prezidenti Tale Heydərovun gözlərindən pərdə asıb,görürsünüz necə transferlər etmişik desinlər. Bu fiaskoda günahkarların başında duranlardan biri də, baş məşqçi Roman Qriqorçukdu. Qriqorçuk yaxşı bilirdi ki,müdafiəsində problemlər var. Və rəqibə boşluq vermək olmazdı. Heç “Panatinaikos” evdə belə real qol şansları yaxalamamışdı. Vurduğu iki qoldan əlavə xeyli real qol şansları oldu ki, rəqib reallaşdırmağı bacarmadı. Bəlkə də, hesab daha acınacaqlı ola biilərdi. Belə oyunlarda edilən səhvlər baha – başa gəlir. Ölkəmizə gələn gündən hər hansı məğlubiyyətində özünü günahkar bilməyən Roman Qriqorçuk bu, dəfə də, sudan quru çıxmağa çalışdı. Belə götürəndə də, “Panatinaikos” nə “Barselona”, “Arsenal” nədə ki, “Liverpul” deyildi. “Qəbələ” hər şeyə rəğmən bu komandanı keçməyə borçlu idi. Bəli. Bu, həmin “Panatinaikos” klubu idi ki, “Qəbələ” onları məğub edərək Avroliqanın qrup mərhələsinə yüksəlmişdi. Ancaq bu il gözlənilənlərin əksinə olaraq hər iki oyunda məğlub oldular. Bəs bu məğlubiyyətə kim cavab vercək. Axı “Qəbələ” klubu AVROLİQADA DEBÜTANT DEYİL. İki dəfə Avroliqanın qrup mərhələsində yer alan komandadır. Belə bir komandanın 3-cü təsnifat mərhələsində məğlub olması əsl fiaskodur. Klubun vitse –prezidenti Fariz Nəcəfov oyundan sonra mətbuata açıqlama verir ki, gücümüz buna çatdı. Biz istəmirdik belə olsun və sairə. Əvvəla, kim və hansı klub istəyər ki, belə olsun Fariz bəy. İkinci bir tərəfdən necə yəni gücümüz buna çatdı. Belə olmaması üçün müəyyən işlər görülməli, avroliqaya daha erkəndən hazırlaşmaq lazım idi. Heç Rumunya klubu ilə ikinci oyundan öncə belə danışmırdınız. Daha cəsur açıqlama verib rəqibi mütləq keçəcəyik demişdiniz. Onda belə sual ortaya çıxır ki, kluba xərclənən milyonlar nəyə xidmət edib?. Ölkənin bir nömrəli akademiyasına malik, ən varlı klubu məgər “Qəbələ” deyil? Bəs klubun prezidenti Tale Heydərovun kluba xərclədiyi milyonlar hara və nəyə xərclənir?. Küllü miqdarda pullara gətirdiyiniz legionerlər komanda üçün heç bir şey etmədi. Deyirsiniz ki, “Qəbələ”yə gətrilən legionerlər hələ yenidir. Komandaya hələ tam öyrəşməyib. Lakin “Qarabağ”ın gətirdiyi legionerlər ilk rəsmi oyunlarında belə,rəqib qapılarına qollar vurub, özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Onlar da sizin gətirdiyiniz legionerlər kimi yeni gəlmişdilər. Bildiyimizə görə, “Qarabağ”ın legionerlərə xərclədiyi pulun iki dəfə artığını siz xərcləmisiniz. Bəs onda niyə belə oldu. Bəlkə pişik asqırdı. Əgər pişik asqırıbsa, o pişiyin niyə və nədən asqırdığını öyrənmək lazımdır. Dünən “Qəbələ”- “Panatinaikos” oyununu klubun prezidenti Tale Heydərov və Kəmaləddin Heydərov izləyirdi. Lakin “Qəbələ”nin iki qol buruaxıb şanslarını itirdiyini görən klub sahibləri stadionu əsəbi şəkildə yarımçıq tərk etdilər. Məncə, buna haqları da çatırdı. Kluba milyonlarla dollar yatırım edən rəhbərlik bundan da artığını etməlidir. Komandanın prezidenti Tale Heydərov artıq ayılıb, klubun idarə heyətində köklü islahatlar aparmalıdır. Həm rəhbərlik, həm də idarə heyətini yeniləməlidr. Komandaya nəticə üçün daha ac idarə heyəti gəlməlidir. Yəqin ki, kağız üzərində küllü miqdarda pullar xərcləyərək gətirdiyiniz legionerlərin nəyə qadir olduğunu rəhbərliyiniz də gördü. Onlarda başa düşdülər ki, durum nə yerdədir. Fikrimcə, stadionu erkən tərk etmələri buna bir təkan olacaq. Az sonra komanda daxilində islahatlar görə biləcəyimizə ən azından ümüd edək. Dünən “Qəbələ” bütün azarkeşlərini məyus etdi. Yaraşmadı onlara belə məğlubiyyət. İldən-ilə artırmaq əvəzinə, ildən-ilə geri düşürlər.

Əli HƏYATİ




 
Bölməyə aid digər xəbərlər
20.11.2017
Riçard Almeydadan 100-cü qol
20.11.2017
Azərbaycan yığması Albaniya seçməsini məğlub etdi
20.11.2017
Rüfət Dadaşov iki qol vurdu, komandası qalib gəldi
20.11.2017
Qurban Qurbanov “Neftçi“ - “Qəbələ“ matçında
20.11.2017
Araz Abdullayev oynadı, komandası qalib gəldi

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info