“Neftçi”,“Qarabağ”,“Zirə” uşaq futbol akademiyalarında hazırki vəziyyət (LAYİHƏ)
Tarix: 28.07.2017 | Saat: 11:08:00 | Oxunub: 453 | E-mail | Çapa göndər
AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.Az saytı uşaq futbolu ilə bağlı layihənin ilk yazısını təqdim edir. Qeyd edirik
ki, layihə AFFA Yanında Media Komitəsin tərəfindən maliyələşdirilir.
AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.Az saytı uşaq futbolu ilə bağlı layihənin ilk yazısını təqdim edir. Qeyd edirik
ki, layihə AFFA Yanında Media Komitəsin tərəfindən maliyələşdirilir.
Картинки по запросу Media Komitəsi loqo

Картинки по запросу Media komitəsi loqo


Futbolmedia.az saytı AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı, hazırki durumu?" istiqaməti üzrə silsilə yazılarını davam etdirir. Budəfi yazımızda klublar tərəfindən uşaq futboluna cavabdeh şəxslərlə həmsöhbət olduq. Baş məşqçilərin seçimi zamanı yol verilən səhvlər, uşaqların düzgün istiqamətdə yetişdirilməsi, məşqlərin və təlim-məşq toplanışların vaxtı-vaxtında keçirlimsəi və sairəyə toxunacağıq. Bunun üçün premyer liqada çıxış edən səkkiz klubun uşaq futbol akademiyalarına birbaşa cavabdeh olan şəxslərlə, drektorlar və kordinatorlarla söhbət etmək qərarına gəldik.Bəli. Bugünkü gün uşaq futbolunun durumu acınacaqlıdır. Uşaq futboluna xeyli miqdarda pullar ayrılır. Lakin bütün bunlara baxmayaraq problemlər çox qabarıq şəkildədir. Neçə illərdi avropada ölkəmizi və futbolumuzu təmsil edəcək istedadlı bir belə oyunçu yetişdirməmişik. Bu isə uşaq futbolunda, habelə, klubların akademiyalarında kifayyət qədər problemlərin olduğundan xəbər verir. Bir müddət öncə araşdırmamız sayəsində uşaq futbolunda məşqçilərin heç də, hamısının savadlı və ən azı B dərəcəsinə malik olmadığını üzə çıxardıq. Əgər savadsız məşqçilər olarsa, həmin akademiyaya məxsus olan gələcəyin ulduz futbolçuları necə yetişə bilər. Bütün bunlara və bir çox akademiyada baş verənlərə aydınlıq gətirmək üçün klublara müraciət etdik. Premyer liqada çıxış edən 8 klubumuzun uşaq futbol akademiyasına birbaşa cavabdeh şəxslərlə əlaqə qurduq. Hələ ki, üç klubun nümayəndələri ilə danışa bildik. Onları sizlərə təqdim edirik.

Картинки по запросу zirə fk


Adil Şükürov Zirə uşaq futbol akademiyasının direktoru



Sizdə fasilə bitibmi. Yəni bütün komandalar məşqləri bərpa edibmi?

Bir neçə futbolçular var ki, onların klubla müqavilələri başa çatıb. Onların müqavilələrinin yenilənməsi ilə məşğuluq. Ona görə də, avqust ayının 1-dən start götürəcək. Aşağı yaş qruplarımız kiçik həçimli meydançalarda məşqlər edəcəklər.

Hazırlıq planları ilə bağlı yeniliklər varmı. Ümumiyyətlə, hazırlıq planlarınıza nələr daxildir?


İlk növbədə transferlərimizi edəcəyik. Bundan başqa komandalarda xəttlər arası əlaqələrin bərpası üçün müəyyən işlər görüləcək. Bundan sonra isə taktiki və texniki məşqərə üstünlük verəcəyik.

Ən azından hansısa yaş qruplarında təlim-məşq toplanışı nəzərdə tutulubmu?

Aşaı yaş qruplarında təlim-məşq toplanışı etmək planımızda yoxdur. Lakin klub daxilində yəni Bakıda imkanımız daxilində toplanışları həyata keçirək.

Premyer Liqada çıxış edən bir çox klublarımızın uşaq futbol akademiyaları avropada müəyyən turnirlərə qatılırlar. Bəs Zirə akademiyasında necə?

Təzəlikcə, Fransanın “Lion” klubu aşağı yaş qruplarının turnirdə iştirak etməsi üçün bizə dəvət göndərib. Çox güman ki, avqust ayının 23-də belə bir turnirdə Zirə akademiyası olaraq iştirak edəcəyik. Bu turnirə 10-11 yaşlı uşaqlarla qoşulacağıq.


Bəs turnir neçə gün dsavam edəcək?

Turnir avqustun 23-ü başlayıb, avqustun 27-də başa çatacaq. Onlarla danışığımız olub. Sadəcə, rəsmi şəkildə dəvət gözləyirik. Dəvət gələn kimi Fransaya yollanacağıq.

Akademiyanızda yeni mövsüm üçün məşqçilər heyətində dəyişiklər olubmu?

Məşqçilərlə bağlı müəyyən dəyişiklər etmişik. Daha dəqiq desək U-14 liqasına yeni məşqçi gəlib. İlham müəllim keçən il U-19 komandasında çalışırdı. Rəşad müəllim U-17 komandasına təyin edilib. Niyazi müəllim keçən il U-15 komandasına rəhbərlik edirdi. Bu mövsüm öz komandası ilə U-16 liqasına təyin edilib. Əlincə komandasından Cəfər müəllimi U-15 liqasına dəvət etmişik. U-14 komandamıza B dərəcəli məşqçi Xəlil Əliyevi götürmüşük. U-13 komandasına Şahin müəllimi cəlb etmişik. U-12 komandasında Məhəmməd müəllim bizimlə işləyəcək. U-11 və U-12 komandaların daha sıx əlaqədə olması üçün bir məşqçiyə tapşırmışıq.

Məşqçilərin dərəcələri ilə bağlı problemlər varmı? Yəni komandalarınızda çalışan məşqçilərin (katoqoriya) məsələsi nə yerdədir?

Açığı deyim ki, aşağı yaş qruplarında məşqçilərin dərəcələri ilə bağlı biraz problemlər var. Həmin yaş qruplarında çalışan məşqçilər C dərəcələrinə sahibdirlər. Lakin yuxarı yaş qruplarında çalışan məşqçilərin hamısı B dərəcəli məşqçilərdir.

Seleksiya işləri ilə bağlı hansı işlər görülür?

Biz daha çox seleksiya işlərini aşağı yaş qruplarında görürük. Hardasa, on günə yaxındır ki, seleksiya işləri aparılır. Lakin böyük yaş qruplarında çıxış edən oyunçular tanınan və bilinən futbolçulardı. Hamısının müqavilələri var. Buna görə daha yuxarı yaş qruplarında seleksiyaya ehtiyac duymadıq. Demirəm yuxarı yaş qruplarında seleksiya olmayacaq. Olacaq. Lakin geniş miqyaslı olmayacaq.


Картинки по запросу qarabağ fk



“Qarabağ” klubunun uşaq akademiyasının kordinatoru Fərid Ağayev




Sizin akademiyada hələdə istirahətdi. Yoxsa, artıq komandalar bir araya gəlib?

Müəyyən yaş qruplarında məşqlər başlayıb. Lakin tam olaraq bütün komandalara bu şamil olunmayıb. Hissə-hissə məşqlər bərpa olunur. Sadəcə, hava şəraiti ilə əlaqədar bir qədər ləngiyir. Hava çox isti olduğu üçün aşağı yaş qrupları başlamayıb. Təxminən ayın sonuna qədər məşqlər start götürəcək.

Bu mövsüm hazırlıq planları ilə bağlı nə kimi dəyişikliklər olacaq?

Liqalarla bağlı deyirsinizsə, onların yarışları sentiyabır ayında başlayır. Hazırlıq məşqləri Tofiq Bəhramov stadionunda olacaq. Bundan başqa yuxarı yaş qrupları Tərəqqi İdman Kompleksində məşqlər edəcəklər. Ümumi götürdükdə, tam olaraq hazırlıq planlarımız açıqlanmayıb.

Bəs istirahətdən istifadə edərək təlim-məşq toplanışı olacaqmı?

Düzünü deyim ki, planda var. Lakin hələ harda, hansı bölgədə və ya, Bakı ətrafında olacağı dəqiq deyil. Yəni tam olaraq harda və hansı yaş qruplarında olacağı dəqiqləşməyib. Əgər çempionat gec başlayarsa, yəqin ki, ən azı bir həftəlik təlim-məşq toplanışı olacaq.

Bəs məşqçilərinizdə dəyişikliklər olubmu. Müxtəlif yaş qruplarında ayrılıqlar olubmu?

Məşqçi dəyişiklikləri hələ olmayıb. Lakin bildiyimizə görə komandalarımıza iki yeni məşqçi gələcəyi gözlənilir. 2001 və 2006-cı təvəllüdlü futbolçuların komandalarına dəvət olunublar. Həmin məşqçilərin dərəcələrinə gəlincə isə minumum B olmalıdır. Bu birbaşa UEFA-nın tələbidir.

Son zamanlar uşaq futbolunda inkişafın yüksək olmaması, problemlərin kökündə duran məsələlərdən biri kimi məşqçilərin savadsızlıqları göstərilir. Bəs sizdə məşqçilərin dərəcələri ilə bağlı hər hansı problemlər varmı. Uşaq liqalarında işləyən məşqçiləriniz hansı dərəcələrə sahibdirlər?

Sizə deyəim ki, bizdə 1-2 C dərəcəli məşqçilər var. Qalan məşqçilərimizin hamısı B dərəcəli məşqçilərdi. Bundan başqa vaxtı-vaxtında dərəcə ilə bağlı imtahanlarına göndəririk. Yəni bu kimi işlərə “Qarabağ” klubu olaraq çox ciddi yanaşırıq. Əlimizdən gələn qədər dəstəkləyirik.

Bəs seleksiya işləri hansı liqalarda aparılıb?


Hal-hazırda bir çox bölgələrdə məşqçilərimiz seleksiya işlərini davam etdirir. Bakı ətrafı seleksiya işlərinə baxan məşqçilər ayrıdır. Hər yaş qrupunda məşqçilərin köməkçiləri seleksiya işlərini görürlər. Cənub və Şimal regionlarda məşqçilərimiz bu işlərlə məşğuldurlar. Bütün yaş qruplarında seleksiya işləri gedir. Harda istedadlı uşaqlar varsa, komandamıza cəlb edilir.

Bu il avropada müxtəlif yaş qrupları üzrə turnirlərdə iştirak etmisinizmi?


Aşağı yaş qrupları aprel-may ayında turnirlərdə iştirak ediblər. Aprel ayında İzmir şəhərində keçrilən turnirdə iştirak edilib. May ayında isə Tiflis şəhərində keçrilən turnirlərdə 2005-2006-cı il təvəllüdlü uşaqlar iştirak etmişdi.

Nə kimi nəticə əldə edildi?


Biz bu turnirlər sırf olaraq nəticə qazanmaq üçün qatılmırıq. Ən əsası uşaqların bir futbolçu kimi yetişməsinə töhvə vermək məqsədi güdülür. Daha çox təcrübə toplamaları üçün belə turnirlərdə iştirak etmək vacibdir. Bir sözlə, avropa futbolu ilə tanış olurlar.


Картинки по запросу neftci fk




“Neftçi” uşaq futbol akademiyasının kordinatoru Eldar Bədəlov




Bütün yaş qruplarda durum necədir?

Bizdə hələ indiyənə kimi yalnız U-19 komandası məşqlərə start verib. May ayının 24-də məşqlərə başlayıblar. Digər yaş qrupları isə avqustun 1-də başlayacaq.

Hazırlıqlıq planlarınıza nələr daxildir?

Məsələn, U-19 komandasında artıq seleksiya işləri başlayıb. Bundan başqa tibbi müayinə mütləq həyata keçriləcək. Həmçinin, qarışıq məşqlər planlarda tutulub. Bundan başqa bölgələrdən gəlmiş və qalmağa, qidalanmağa yerləri olmayan uşaqlar üçün bütün şərait yaradılır. Qalması və qidalanması akademiyamız tərəfindən təmin edilir. Hətta qərar qəbul edilib ki, maddi vəziyyəti yaxşı olmayan uşaqlar üçün əmək haqqı da verilir.

Təlim-məşq toplanışı bölgələrdə təşkil olunacaqmı?

Hələki, bölgələrlə bağlı bir məlumat yoxdur. Lakin Neftçi bazada 10 günlük təlim-məşq toplanışı nəzərdə tutulub. Ancaq Qax və Oğuzda təlim –məşq toplanışı etmək nəzərdə tutulub. Bu toplanışı sentiyabırın əvvəlinə planlaşdırmışıq. Hardasa, 10 gün nəzərdə tutmuşuq.

Müxtəlif yaş qruplarında məşqçi dəyişikliyi etmisiniz?

Biz çox məşqçilərimiz öz komandamızda saxlamışıq. Bəhram Şahquliyev hazırda U-19-da baş məşqçi vəzifəsində çalışır. U-19 liqasında çalışan Elşad Əhmədov U-19 çalışırdı. Lakin onu əvəzedicilərin baş məşqçisi etdik. Qapıçılarla işləyən Fuad Əsədov U-19 çalışırdı. Onu da əvəzedicilərin heyətinə təyin etmişik. Məşqçilərdən hansı daha yaxşı nəticə göstərirsə, onlara daha məhsuliyyətli işləri tapşırırıq.

Uşaqların inkişafı və futbola həvəslənməsi üçün hansı işlər görülür?

Biz ilk növbədə uşaqların təlim-tərbiyəsinə diqqət veririk. Onların tərbiyəsi ilə xüsusi məşqçilər məşğul olur. Bundan başqa tez-tez veteran futbolçuları bazaya dəvət edərək, akademiyamızın uşaqları ilə tanış edirik. Həmin veteranlar keçmişdəki futbol hadisələrindən, futbolun sirlərindən, həvəsləndirici söhbətlər edirlər. Yəni bir çay süfrəsi arxasında keçmişdə baş verənlər haqda söhbətlər olur. Bir veteran kimi gənclərə nəsihətlər verirlər.

İstedadlı futbolçularınız kifayyət qədərdirmi?

Bəli. Istedadlı futbolçularımız var. Elə onlardan biri də, Musa Qurbanovdur. Qurban Qurbanovun oğlu. Azərbaycan da Musa Qurbanov kimi futbolçu yoxdur. Çox istedadlıdır. Musa bizdə hər zaman bir yaş yuxarı liqalarda oynayır. Öz yaşıdlarında oynasa, ona rəqib tapılmaz.

Sizdə seleksiya işləri necə aparılır?

Dəqiq deyim ki, İyun ayının 1-dən 30-na kimi seleksiya işlərimiz gedib. Uşaqlarla işləyən məşqçimiz İslam Kərimov 6 yaşlı uşaqlarla məşğul olur. Bu bizdə yeni yaradılan qrupdur. Azərbaycanda hal-hazırda uşaqlardan ibarət 6 yaşlı qrup heç yerdə yoxdur. Daha dəqiq, 6, 7,8 yaşlılarla məhz İslam Kərimov məşğul olur. Bütün yaş qruplarına artıq seleksiya etmişik. Biz selksiya üçün elan vermirik. “Neftçi” klubunun akademiyasına uşaqlar özləri gəlirlər. Keçən ay 30-dan artıq uşçaq seleksiya vasitəsi ilə akademiyamıza cəlb etmişik. Müxtəlif yaş qruplarına cəlb olunub. Bundan başqa bölgələrdən də istedadlı uşaqlar cəlb edirik. İnanın bölgələrimizdə çox istedadlı uşaqlar var. Çox təssüfflər olsun ki, onların bölgədə şəraitləri yoxdur. Yoxsa istedadlı futbolçular çox yetişər. Bölgədən gəlmiş uşaqlar üçün məktəb problemi, qalmaq, yemək problemlərini Neftçi futbol akademiyası həll edir. Rəhbərliyimiz buna çox ciddi yanaşır. Hətta dediyim kimi maddi imkanı aşağı olan uşaqlar üçün ayda 120-150 manat maaş verilir.

Bu il turnirlərdə iştirak etdiniz. Bununla bağlı nələr deyə bilərsiz?


Biz həm Gürcüstanda, həm də, Maxaçkalada keçrilən turnirlərdə iştirak etmişik. Bu turnirlər iyun ayına tsadüf etdi. Gürcüstanda İslam Kərimov iştirak etdi. Həmin turnirdə bizi sıxdılar. Və buna görə 4-cü yerlə kifayyətləndik. Maxaçkalada isə 5-ci yer tutduq. Qəbələ klubu isə 8-ci yer tutmuşdu.

Əli HƏYATİ




 
Bölməyə aid digər xəbərlər
26.12.2017
17 ildən sonrakı qayıdış: “Səhliyalı”ya kömək lazımdır (LAYİHƏ)
23.12.2017
Quba “Şahdağ”ın keçmişi və hazırki durumu (LAYİHƏ)
16.12.2017
Altı gəncin əsdirdiyi “Tufan” (LAYİHƏ)
05.12.2017
Həvəskarlar Liqasında milli komandaya yüksələnlər (LAYİHƏ)
27.11.2017
Kazbek Tuayevi yetişdirən qəsəbənin futbol həyatı (LAYİHƏ)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info