Premyer Liqa klublarının uşaq futbol akademiyalarında hazırki durum (LAYİHƏ)
Tarix: 26.07.2017 | Saat: 18:09:00 | Oxunub: 506 | E-mail | Çapa göndər
AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.Az saytı uşaq futbolu ilə bağlı layihənin ilk yazısını təqdim edir. Qeyd edirik
ki, layihə AFFA Yanında Media Komitəsin tərəfindən maliyələşdirilir.
Картинки по запросу Media Komitəsi loqo


Futbolmedia.az saytı AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Uşaq futbolu: problemləri necə aradan qaldırmalı, hazırki durumu?" istiqaməti üzrə silsilə yazılarını davam etdirir. Budəfi yazımızda klublar tərəfindən uşaq futboluna cavabdeh şəxslərlə həmsöhbət olduq. Baş məşqçilərin seçimi zamanı yol verilən səhvlər, uşaqların düzgün istiqamətdə yetişdirilməsi, məşqlərin və təlim-məşq toplanışların vaxtı-vaxtında keçirlimsəi və sairəyə toxunacağıq. Bunun üçün premyer liqada çıxış edən səkkiz klubun uşaq futbol akademiyalarına birbaşa cavabdeh olan şəxslərlə, drektorlar və kordinatorlarla söhbət etmək qərarına gəldik.Bəli. Bugünkü gün uşaq futbolunun durumu acınacaqlıdır. Uşaq futboluna xeyli miqdarda pullar ayrılır. Lakin bütün bunlara baxmayaraq problemlər çox qabarıq şəkildədir. Neçə illərdi avropada ölkəmizi və futbolumuzu təmsil edəcək istedadlı bir belə oyunçu yetişdirməmişik. Bu isə uşaq futbolunda, habelə, klubların akademiyalarında kifayyət qədər problemlərin olduğundan xəbər verir. Bir müddət öncə araşdırmamız sayəsində uşaq futbolunda məşqçilərin heç də, hamısının savadlı və ən azı B dərəcəsinə malik olmadığını üzə çıxardıq. Əgər savadsız məşqçilər olarsa, həmin akademiyaya məxsus olan gələcəyin ulduz futbolçuları necə yetişə bilər. Bütün bunlara və bir çox akademiyada baş verənlərə aydınlıq gətirmək üçün klublara müraciət etdik. Premyer liqada çıxış edən 8 klubumuzun uşaq futbol akademiyasına birbaşa cavabdeh şəxslərlə əlaqə qurduq. Hələ ki, üç klubun nümayəndələri ilə danışa bildik. Onları sizlərə təqdim edirik.


Картинки по запросу İnter Bakı

Rövşən Babayev: “İnter” futbol klubunun uşaq-gənclər futbol məktəbinin rəhbəri

Rövşən müəllim akademiyanızın müxtəlif yaş qruplarında artıq məşqlərə start verilibmi?

Bizim məşqlər İyul ayının 10-dan başlayıb. Bundan başqa məşqlərlə bağlı müəyyən yer dəyişiklikləri oldu. Mən may ayında bu kluba gələn zaman ilk növbədə seleksiya işlərini həyata keçirdim. Bundan başqa müəyyən yeni qruplarda yaratmışıq. Seleksiya məsələsinə gəlincə isə bizdə hardasa, 600-700 nəfər iştirak etdi. Seleksiya işləri xüsusən Bakı ətrafını əhatə etdi. Bundan başqa Azər Cabbarovu aşağı yaş qruplarına məşqçi olaraq dəvət etdik. Dəqiq desək, 2010, 2011, 2012-ci illərdən ibarət qruplar yaratdıq. Seleksiyadan sonra biz uşaqları istirahətə buraxdıq. Bölgələrdə böyük həcmdə seleksiya işlərimiz olacaq. Heyətimizdə xeyli sayda Xaçmazlı məşqçilər çalışır. Onlar həmin zonalardan seleksiya işlərini aparacaqlar.

Bəs komandaların hazırlıq planlarına daha nələr daxildi?

Planlarımıza ən birinci daxil olan məsələ, daha bir genişmiqyaslı seleksiya aparmaqdı. Bakı ətrafından istədiyimiz uşaqları tapa bilmirik. Buna görə də, bölgələrə üstünlük verəcəyik. Xüsusən, Xaçmaz, Quba, Qusar bölgələrini əhatə edəcək işlər aparacağıq. Bildirim ki, hazırda həmin bölgələrdə “İnter”-in məşqçiləri səylə çalışır. Məqsədimiz, həmin bölgələrdə Master Klass keçirdək. Həmçinin seleksiya işlərini də davam etdirək.

Ən azından müxtəlif yaş qrupları üçün təlim-məşq toplanışları olacaqmı?

Təlim-məşq toplanışını seleksiya işlərimizi tamamladıqdan sonra həyata keçirməyi düşünürük. Açığı deyim ki, maddi durumumuzu bir qədər düzəldə bilsək, təlim-məşq toplanışını həyata keçirəcəyik. Fikrimizdə var ki heç olmasa, 10 günlük toplanış keçirdək. Əlbəttə ki, müxtəlif yaş qruplarında.

Yeni mövsüm üçün məşqçilər heyətində dəyişiklər oldumu?

Bəli. Demək olar ki, 90 faiz məşqçilərin yenilənməsi işlərini apardıq. Sizə dəqiq deyim ki, U-10 liqasından tutmuş,U-19 liqasına qədər dəyişikliklər getdi.

Bəs dəyişiklik edən zaman məşqçilərin dərəcələrinin (koteqoriya) hansı səviyyədə olmasını nəzərə aldınızmı?

Mən iki ay əvvəl “İnter” klubuna gəldiyim zaman burada doğurdanda problemlər vardı. Lakin qəbul etmək lazımdır ki, bizdə məşqçilərin dərəcə alması prossesi çox ağırdı. Həmin məşqçilər həm futbolçu kimi, həmdə məşqçi kimi neçə illərdi futbolçular yetişdiriblər. Azərbaycan futboluna çox xeyir veriblər. Məsələn, Hazırda “İnter”ə dəvət olunub Məqsəd Yaqubəliyev, İlham Yadullayev, U-17 liqasına Mahir Əliyevlə, Aqil Əliyev gətirilib. Baxın görün necə simalar burada çalışır. U-16 liqasına Müşvüq Qənbərov, Xəyal Mustafayev rəhbərlik edəcək. U-15 liqasında Eldar Ramazanov, Azər Cabbarov çalışacaq. Bundan sonra Rauf Mehtiyev kömək edəcək. Rauf mənimlə birgədə neçə illər çalışıb. Onun təcrübəsinə ehtiyac var. Bütün bu simaların təcrübəsindən yararlanmalıyıq. Bundan sonra U-14 liqasını Vəli Hüseynov çalışdıracaq. U-13 liqasında Zirəddin Məmmədov işləyəcək. U-12 liqasında Cəfər müəllim çalışacaq. Onun sonuncu iş yeri AZAL klubu olub. Sonra yenidən “İnter” klubuna Xəyyam Bəkirovu, Arif Əmirxanovu geri qaytardıq. Bilirsiniz ki, Xəyyam Bəkirov uzun illər “İnter”in məşqçilərindən olub. Həmçinin, Natiq və Feleks müəllimləri də, heyətimizə cəlb etdik. Bir sözlə, öz işimizi davam etdiririk.

Müəyyən planlarınızı həyata keçirmək üçün maddi durumunuz nə kimi rol oynayacaq?

Əlbəttə ki, maddi durub yaxşı səviyyədə olan zaman yaxşı işlər görmək olur. Maddi durumun yaxşı olduğu döürlərdə “İnter”in müxtəlif yaş qrupları xarici ölkələrdə məyyən turnirlərdə iştirak edirdi. Həmin dövürdən olan uşaqların bir çoxu bir futbolçu kimi püxtələşmişdi. Kifayyət qədər təcrübə toplamışdılar. Çox təssüfflər olsun ki, hazırki durum bunlara imkan vermir.

Картинки по запросу səbail fk



Ramin Həsənov “Sabail” klubunun aşağı yaş qruplarının kordinatoru



Bildiyimiz kimi bir çox klubların uşaq akademiyalarının müxtəlif yaş qruplarında məşqlərə start verilib. Bəs “Sabail” klubu olaraq sizdə durum necədir?

Aşağı yaş qruplarında demək olar ki, hamısı yavaş-yavaş məşqləri bərpa edirlər. Müxtəlif yaş qruplarında, xüsusən də, aşağı yaş qruplarında məşqlər başlayıb. Yuxarı yaş qruplarında isə məşqlər tam olaraq avqust ayının 1-dən etibarən başlayacaq. Başlamayan qruplar hələ ki, istirahətdədirlər.

Akademiyanın heytində fəaliyyət göstərən liqaların hazırlıqlar hansı səviyyədə gedir?

Komandalar ilkin mərhələdə yüngül məşqlərə üstünlük verəcək. Daha çox texniki baxımdan məşqlər keçriləcək. Avqust ayının 1-dən isə bütün komandalar tam sürətlə məşqlərə başlayacaqlar. Hazırda uşaqlar istirahətdədirlər.

Ən azından müxtəlif yaş qruplarında komandalar təlim-məşq toplanışı keçəcəklərmi. Məsələn, hansısa ölkənin bir bölgəsində?

Açığını deyim ki, bu kimi təlim-məşq toplanışı U-19 liqaları üçün nəzərdə tutulub. Yəni bunlardan aşağı yaş qruplarında belə bir təlim-məşq prossesi gözlənilmir. Lakin Bakıda ola biləcəyini söyləyə bilərəm. Ancaq bölgələrdə aşağı yaş qrupları üçün təlim-məşq prossesi keçirmək nəzərdə tutulmayıb.


Bəs bunu necə izah edə bilərsiniz. Buna əsas səbəb kimi nəyi göstərə bilərsiniz?


Bilirsiniz ki, “Səbail” komandası təzədir. Bu klub hələ bu il premyer-liqaya yüksəlib. Bundan başqa komandalar bu ildən yığılır. Məhz bununla bağlı müəyyən təşkilat işləri var ki, ilk dəfə görülür. Vaxt məsələsini də, burada nəzərə almaq lazımdır. Bu zaman kəsiyində çox iş görmək mümkünsüzdür. Bu proqlamların hazırlanması xeyli vaxt aparır.

Məşqçilər arasında gedib-gələnlər varmı?

Siz deyim ki, çoxusu yeni məşqçilərdi. Keçən il bizim U-17 və U-11 liqası vardı. Onların məşqçiləri öz postlarında qaldı. Lakin digər liqaların məşqçiləri tamamiylə dəyişilib.

Bəs Seleksiya işləri ilə bağlı nələr planlaşdırırsınız?

Hələ seleksiya işləri parılacaq. Bu birbaşa Təhsil Nazirliyi ilə birgə aparılacaq. Çünki onalrın məktəblərlə bağlı imkanları daha genişdir. Həmçinin, Vətən klubu ilə bir yerdə seleksiya işləri nəzərdə tutmuşuq. Ümumiyyətlə planlaşdırmışıq ki, seleksiya işləri daha çox Bayılda aparılsın. Çünki komandamız məhz Bayıl Arena stadionda yerləşir.

Seleksiya aparılmasını daha çox hansı yaş qruplarında edəcəksiniz?

Fikirləşirik ki, daha çox aşağı yaş qruplarında edək.


Картинки по запросу kəpəz pfk



“Kəpəz” uşaq futbol akademiyasının kordinatoru Azər Məmmədov



Liqalarda məşqlərin başlayıb-başlamaması haqda nə deyə bilərsiniz. Sizdə itirahət bitibmi?

Xeyir. Məşqçilərimiz məzuniyyət və istirahətdə olduqları üçün hələ başlanmayıb. Bütün yaş qrupları üzrə liqaların məşqlərə başlanması avqust ayının 1-ə planlaşdırılıb. Lakin elə qruplar var ki, məşqçilərin öz ixtiyarına buraxmışıq. Yəni təlimatları vermişik ki, kim istəsə uşaqlarla məşğul ola bilər. Ancaq tam olaraq bütün yaş qrupları avqustun 1-dən başlayacaq.

Ümumiyyətlə, bir kordinator olaraq müxtəlif yaş qrupların hazırlıqlarına nələr daxil etmisiniz?

Açığı deyim ki, bizim Gəncə şəhərində rəqabətimiz var. Buda Təhsil İdman Mərkəzidir. Bakı şəhərində onları Vətən olaraq adlandırırlar. Bizdə bu rəqabətdə uduzmamağa çalışırıq. Vətənlə rəqabətdə valdeyinlərin diqqətini “Kəpəz” futbol məktəbinə yönəltmək üçün əlimizdən gələni edirik. Əlbəttə ki, infrastruktur məslələsi çox rol oynayır. Lakin nəyimiz varsa, onun müqabilində iş görməyə çalışırıq. Yəni bütün vasitə ilə Gəncənin yaxşı və istedadlı uşaqlarını özümüzə cəlb etməyə çalışırıq. Planlarımıza qısa bir zamanda yaxşı uşaqlar yetişdirməyi qarşımıza qoymuşuq. Yəni birbaşa hansısa yaş qruplarında çempion olmaq, nəticə qazanmaq məqsədimiz deyil. Əlbəttə ki, olsa pis olmaz. Lakin hər şeyi reallıqla qarşılamaq lazımdır. Bizim üçün ən əsası uşaqlara düzgün futbol oynamasını öyrədilməsidir.

Sözlərinizdən belə başa düşdüm ki, maddi durumunuz pisdir. Və müxtəlif yaş qrupları üçün hansısa bölgədə təlim-məşq toplanışı olmayacaq?

Gəlin etiraf edək ki,uşaq futbolunda problemlər var. Bir neçə iddialı klublarımızın uşaq akademiyaları turnirlərə, təlim-məşq toplanışlarına qatılırlar. Bizdə bunu həyata keçirmək üçün maddi durumumuz imakan vermir. Nə Azərbaycanın hansısa bölgəsində, və ya, Avropa turnirlərinə qatılmaq imkanımız yoxdur. Əsas komandamız “Kəpəz” iki ildir ki, premyer –liqada çıxış edir. Hələ bizdə belə bir şey olmayıb ki, uşaq liqaları təlim-məşq toplanışı üçün bölgələrə, avropaya turnirlərə qatılsın. Bu acı bir həqiqətdir. Heç bu gedişlə görsənmirdə.

Məşqçilərlə bağlı yeniliklər, dəyişiklər varmı?

Bizdə dəyişiklər olacaq. Çox güman ki, U-19 yaşlılarda dəyişiklik olacaq. Bilirsiniz ki, əvvəl baş məşqçi Vidadi Rzayev idi. Artıq Vidadi Rzayev əsas komandadadır. Buna görə dəyişikliyə ehtiyac var. Hardasa 2-3 məşqçi dəyişikliyi nəzərdə tutulub. Tam aydınlıq gətirmək üçün avqust ayının 1-ni gözləyirik. Tam hələ dəqiq bir söz deyə bilmərik. Kənardan gələcək məşqçidə gözlənilir. Yəni akademiyadan kənar bir və ya, iki məşqçi gəlişi gözlənilir.

Kimlərin olduğunu və adlarını söyləyə bilərsinizmi?

Biri Faiq Cabbarovdur. Onu U-17 yaşlılara gətirməyi düşünürük. Bundan başqa Ceyhun müəllimi heyətimizə cəlb etməyi planlaşdırırıq. AZAL-ın 17 yaşlılarından ibarət komandada çalışırdı. Ceyhun müəllimi 16 yaşlılarımıza məşqçi təyin etmək istəyirik. Təhsil İdman Mərkəzində çalışan bir məşqçidə var ki, onuda “Kəpəz”ə gətirmək istəyirik. Ümumilikdə, 3-4 məşqçi planda tutulub.

Seleksiya ilə bağlı durum necədir?

Hazırda U-10.U-11, U-12, U-13, U-14 yaşlılarımızla məşqçilər məşğul olur. Şəxsən mənim məsləhətimlə məşqçilr bu işləri aparırlar. Bizdə həftə ərzində 3 məşq, bir oyun olurdu. Məsləhət gördüm ki, onları istirahət ərəfəsində saylarını aşağı salıb, seleksiya işlərinə üstünlük versinlər. Yəni yeni uşaqları futbola cəlb etsinlər. Elə məşqçilərimiz var ki, istirahətə getməyib, uşaqlarla məşğul olurlar. Bu amil bizim xeyrimizə oldu ki, ziyanımıza olmadı. Yəni bu halda seleksiya işlərini gördük. Lakin avqust ayının 1-dən sonra rəsmi saytımız və mətbuat vasitəsiylə seleksiyanı elan edəcəyik. Reklamlar verərək yeni uşaqları cəlb etməyi düşünürük. Bircə, 19 yaşlı futbolçulardan başqa. Çünki bu yaşlı uşaqlar artıq böyük futbol oynamalıdırlar. Keçən illər biz orta məktəblərlə birgə çalışmışıq. Məktəblərdən də uşaqları cəlb etmişdik. Öz müəllimlərimizi gödərmişdik. Bir sözlə, 10-14 yaşlılar arasında yay ərəfəsində seleksiya işlərini görürük. Keçən il U-15 yaşlılardan ibarət komandaları buraxırdılar çempionata. Lakin bu il nəzərdə tutulmayıb. Məncə, maliyə məsələsi imkan vermədi. Biz indi həmin 15 yaşlılarla özümüzün 15 yaşlılarını birləşdirəcəyik. Və nəticədə 15-16 yaşlı qruplar yaradacağıq. Çox təssüfflər olsun ki, bizdə digər klubların akademiyasında qalmaq, qidalanmaq şəraiti yoxdur.

Əli HƏYATİ

Ardı var




 
Bölməyə aid digər xəbərlər
26.12.2017
17 ildən sonrakı qayıdış: “Səhliyalı”ya kömək lazımdır (LAYİHƏ)
23.12.2017
Quba “Şahdağ”ın keçmişi və hazırki durumu (LAYİHƏ)
16.12.2017
Altı gəncin əsdirdiyi “Tufan” (LAYİHƏ)
05.12.2017
Həvəskarlar Liqasında milli komandaya yüksələnlər (LAYİHƏ)
27.11.2017
Kazbek Tuayevi yetişdirən qəsəbənin futbol həyatı (LAYİHƏ)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info