Uşaq futbolu və aşağı yaş qruplarında olan problemlər (LAYİHƏ)
Tarix: 25.06.2017 | Saat: 13:52:00 | Oxunub: 577 | E-mail | Çapa göndər
Картинки по запросу Media komitəsi loqo

AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.Az və FutbolPlanet.Az saytlarının birgə layihəsi çərçivəsində uşaq futbolunda hazırki problemlərin araşdırılması. Qeyd edirik ki, layihə AFFA Yanında Media Komitəsin tərəfindən maliyələşdirilir.

İstənilən ölkə futbolunun inkişafına gedən yol aşağı yaş qrupundan başlayır. Yəni uşaq futbolu diqqətsiz qalarsa, hər hansı bir inkişafdan danışmaq yersiz olar. Futbol üzrə dünynaın ən yaxşı milli komandaları, Avropa meydanlarında at oynadan klubları, uşaq futboluna necə diqqət və qayğıyla yanaşdığını görürük. Bəs futbolumuz daima inkişafdadır deyildiyi Azərbaycanda niyə bu sahədə proqres yoxdur. Yəni uzun illərdi Avropa səviyyəli bir futbolçu yetişdirə bilməyən ölkəmiz, necə futbolun inkişafından, uşaq futbolunun proqresindən, ağız dolu danışa bilər? Üzərimizə düşən uşaq futbolu ilə layihəni həyata keçirdik. Bir çox uşaq futbol məktəblərinin aşağı yaş qruplarında çalışan məşqçilərlə, futbol veteranları və mütəxəssizlərlə söhbət edərək araşdırma apardıq. Və bu araşdırmalar uşaq futbolunun hazırki durumunun üzə çıxmasına təkan oldu. Problemlərin konkret nələrlə bağlı olduğunu araşdırdıq.

Uşaq futbolunda çalışan məşqçilərimiz savadlıdırlarmı?

Müəyyən insanlarla danışıqdan sonra bir çox məsələlərə aydınlıq gəldi. Hətta uşaq futbolunda çalışan və çalışmış məşqçilərin bəziləri özləridə etiraf etdi ki, məşqçilərin hamısı savadlı deyil. Bəs savadı çox aşağı olan məşqçilər uşaq futboluna nə verə bilər. Uşaqların inkişaf edib avropa səviyyəli futbolçu olmasına nail ola bilərmi? Əlbəttə ki, mümkün deyil. Birinci sinif şagirdinin müəllimi savadsız olarsa, həmin uşaq heç zaman savadlı kadr olaraq yetişə bilməz. Məşqçilərlə bağlı vəziyyətin belə biabırçı səviyyədə olamasında klublarımızın da, az əməyi yoxdur. İstənilən klub və ya, futbol məktəbləri, akademiyalarında, savadlı kadrların çalışmasına şərait yaratmalıdırlar. Əks halda, nəticələri göz qabağındakı kimi olacaq. Savadı və kateqoriyası olmayan məşqçilərə gələcəyin futbolçularını həvalə etmək olarmı? Axı uşaqların gələcəkləri, karyeraları, həyatları ilə oynamaq insanlığa və peşəkarlığa yaraşmaz. Savadsız məşqçi hər hansı futbol məktəbinə gəlib uşaqlara bir şeylər öyrədə bilmirsə, sadəcə vaxt keçirirsə, onların akademiyalarda nə işləri var. Və belə olan halda, uşaq futbolunda hansı yüksəlişləri gözləmək olar?. Demək ki, uşaq futbolu, onun yüksəlişi anlayışını tam qavraya bilməmişik. Gələcəyin futbolçularına ən yüksək səviyyədə qulluq olunmalıdır ki, nəticəsi ondan da yüksək olsun. Savadsız məşqçilərlə bağlı problemlərə klublarımız, futbol məktəblərimiz, futbol akademiyalarımız, ciddi yanaşmalıdır. Əks halda uçruma doğru gedəcəyik. Xərclənən milyonlar, yaradılan şəraitlər əbəs yerə olacaq.

Картинки по запросу Uşaq futbolu

Uşaq futbolunda hazırki durum

Bəli ölkəmizdə futbol akademiyalarının barmaqla sayıla biləcək qədər az olması böyük problemlərdəndir. Müxtəlif yaş qruplarında uşaqlarla çalışan məşqçilərin giley-güzarı məhz uşaqlardan olub. Arazşdırma zamanı məlum oldur ki, uşaq futboluna yazılan və məşqlərə gələn uşaqların heçdə hamısı bu peşəyə ciddi yanaşmır. Yəni ikinci dərəcəli peşə kimi baxırlar. Bəlkə də bir hobbi kimi yanaşıldığını desək yanılmarıq. Sadəcə, hər hansı futbol məktəbinə gələrək müəyyən vaxt kəsiyində məşqlər edərək gedirlər. Bəs bu uşaqların məşqlərdən sonrakı durumları, nə işlə məşğul olduqları, idman rejimini gözləyib-gözləmədikərinə kimlər nəzarət edir? Bax bu sual elə məsələnin əsl kökü olan problemlərindən biridir.

Картинки по запросу Uşaq futbolu


Valideyinləri tərəfindən zorla futbola yönləndirilən uşaqlar

Araşdırma zamnı uşaq futboluna problem yaradacaq məsələlərdən biri də, valideyinləri tərəfindən futbol məktəbinə zorla yazdırılan uşaqların olamasıdr. Bəli. Futbol azarkeşi olan Ata öz istəyini, arzusunu övladının vasitəsiylə həyata keçirməyə çalışır. Konkret desək, futbola ümumiyyətlə marağı olmayan övladını təkidlə bu idman növünə sırayır. Valideyinin sözündən çıxmayan övlad məşqlərə gəlsə belə fikri, ağlı, arzusu başqa bir yerlərdə olur. Məhz bu səbəbdən məşqlərə, məşqçisinin verdiyi tapşırıqlara, idman rejiminin saxlanılmasına barmaq arası baxırlar. Məlum oldu ki, belə uşaqların sayı yüzlərlədi. Bəs belə olan halda uşaq və ölkə futbolu hansı problemlərlə üzləşir? Ölkənin bir nömrəli milli komandasına Avropa səviyyəli bir futbolçu bəxş edilməyib. Digər tərəfdən lap özlərinin istəyi ilə futbola gətrilən uşaqların durumu da çox acınacaqlı görünür. Hər hansı akademiyası olamayan futbol məktəbi,məşqlər keçrilərək uşağın üzərində nəzarəti saxlaya bilmir. Bir misal çəkək. Baxın futbol akademiyasına malik olan klub, cəlb etdiyi uşaqların üzərində tam olaraq nəzarəti ələ alır. Akademiyanın ixtiyarında olan 9, 10, 11, 12, 13, 14 və sairə yaşlı uşaqlar tam olaraq mütəxəssizlərin nəzarətində olurlar. Yəni futbolçu olaraq yetişdirilməyi məqsəd qoyulan uşaqların qidalanması, vitaminizatsiyası, məşqləri, sağlamlıqları, psixoloji durumları, və idman rejiminə riayyət edilməsi nəzərət altında saxlanılır. Belə olan halda, futbol akademiyasına yazılan uşaqların bütün diqqəti futbola yönəlir. Uşaq futbolunda ilk addımla atan yeniyetmələr peşəkar səviyyədə hazırlanır. Bəs adi davamlı akademiyaları olmayan futbol məktəbləri bütün bunları edə bilirmi?Əlbəttə ki, aralarında yer və göy qədər fərq olur. Yalnız bir neçə saatlıq məşqlər keçən, ildə iki dəfə 10 gün təlim – məşq toplanışı keçən, futbol məktəbləri öhtəsində olan gələcəyin futbolçularını nəzarət altında saxlaya bilmirlər. Məşqlərdən sonra həmin uşaqlar hara gedir, nə işlə məşğul olur, siqaret çəkir, idman rejimini pozursa, hansı uğurlu nəticədən söhbət gedə bilər. Sirr deyil ki, neçə illərdi uşaq futbolu lap acınacaqlı durumdadır. Əvvəlki illərdə heç olmasa əsas milli komanda üçün, bir çox klubların diqqətini cəlb edəcək futbolçular yetişirdi. Lakin son 4-5 ildə hansı istedadlı futbolçular yetişdirilib. Mən hələ Avropada oynaya biləcək futbolçu demirəm. Problemlərin belə kəskin olmasında uşaq futbolunda çalışan məşqçilərində rolu az deyil.

Картинки по запросу Uşaq futbolu

Uşaq liqalarında keçrilən turnirlərdə komandaların azlığı və uyğunsuzluq

Bildiyimiz kimi, uşaq liqalarında müxtəlif yaş dövürlərinə aid olan çempionatlar, turnirlər, kuboklar keçrilir. Əlbəttə ki, bütün bunlar futbolun inkişafı üçün çox əhəmiyyət kəsb edir. Lakin bu işlər düzgün və sistematik şəkildə qurulmasa ortada bir diz bolans əmələ gələcək. Problemlərdən biri kimi istənilən yaş qrupunda mübarizə aparan komandaların say azlığı diqqət çəkir. Komandaların az olması, rəqabətin aşağı səviyyədə olması anlamına gəlir. Məsələn 12 yaşlılardan ibarət aşağı yaş qruplarında mübarizə aparan cəmi səkkiz komanda var. Əgər uşaq futbolunda nələrəsə nail olmaq istəyiriksə, elə bu yaş qrupundan tutmuş digər yaş qruplarına kimi komandaların sayı artırılmalıdır. Ən azı 14 komanda mübarizə aparmalıdır. Bunu təkcə mən deyil, bir çox mütəxəssizlər deyir və arzulayır. İkinci bir çatışmamazlıq tanınmış futbol məktəbi olan və illərdi fəailiyyt göstərən klubların yeni yaranmışlarla birgə mübarizə aparması. İstər –istəməz səviyyə fərqi özünü göstərəcək. Məsələn, Vətən futbol məktəbinin 14 yaşlılardan ibarət komandası bu il yeni yaranmış Ulduz futbol məktəbinə qarşı mübarizə aparır. Və ilk oyunda hesab 10:0 Vətən komandasının xeyrinə olur. Digər bir oyunda da Ulduz kimi yeni yaranan komandanı 8:0 hesabı ilə məğlub etdilər. Sonra Qəbələ komandası ilə 1:1 heç-heçə etdilər. Sizcə, belə gedişatla hər hansı bir rəqabətə nail olub, hər hansısa inkişafa nail olmaq olarmı. Axı həmin turnirlərdə mübarizə apar uşaqlar özlərinə və güclərinə bərabər olan komandalarla mübarizə aparmasalar, necə artıra bilərlər. Demək ki, bu yöndə dəyişiklik mütləqdir. Ən azından yeni yaranmış futbol məktəblərini təmsil edən komandalar bir turnirdə oynamalıdır. Digər püxtələşmiş və daha güclü olan komandalar başqa bir turnirdə mübarizə aparmalıdır. Və yeni yaranmış futbol məktəbinin hər hansı bir yaş qrupu güclülər dəstəsində mübarizə etmək üçün özünü sübut etməlidir. Həmdə belə kifayyət qədər təcrübə toplayacaq. Məhz bu cür olmazsa, heç bir irəliləyişə nail olmaq olmaz.


U-10 və aşağı yaş qruplarındakı sistematik dəyişikliyə ehtiyac varmı?

Bu gün futbolu yüksək səviyyədə olan Avropa ölkələrindən çox geri qalmağımız hər kəsə məlumdur. Bəs niyə Lüksunburq, Andora, Ermənistan, Özbəkistan, Kazaxıstan və sairə futbolda bizlərdən də geri qalmış ölkələr, bizdən yüksəyə sıçraya biliblər. Biraz diqqətlə nəzər etsək, görəcəyik ki, adi eləmentar sistemlərin həyata keçməsində belə axsayırıq. Məsələn, istənilən futbol məktəblərinin aşağı yaş qruplarında mübarizə aparan U-10 komandasında çıxış edən uşaqların sayına nəzər salaq. Mən daha dəqiqi sizə söyləyim 7 nəfərdən ibarət. Yəni istənilən turnirlərə qatılmaq istəyən futbol məktəblərimiz 7 nəfərdən ibarət komanda olaraq yarşlara qatılır. Xatırladım ki, artıq xeyli vaxtır ki, Bütün Avropa ölkələrində bu sistem artıq köhnəlmiş hesab olunaraq dəyişilib. Hətta Gürcüstan belə illərdi ki, 9 nəfərlik sitemə kemçib. Və araşdırmama görə, bir çox turnirlərə qatılan yerli futbol məktəbini təmsil edən komandalarımız, bu kimi problemlərlə üzləşiblər. Biz bu köhnə sistemlərlə nələrə qadir olmaq istəyirik ki? hara baxır axı AFFA və bununla bağlı müəyyən qrumlar. Bu qədər Avropa ölkələrinə səyahət olunur, müəyyən işlər üçün təcrübələr toplanılır, Avropada keçrilən turnirlərdə, seminarlarda iştirak edilir. Bəs niyə artıq yoxdur. Niyə bu yenilikləri uşaq futboluna, ümimuyyətlə ölkə futboluna tətbiq edən yoxdur. AFFA və müəyyən qrumlar ağızlarını açan kimi Avropadan dəm vururlar. Bəs hanı avropanın inkişaf etmiş sistemi. Niyə ən azı uşaq futbolundan başlanılmır. Görünür ki, bizdə avropaya elə sözdə intiqrasiya var. Əməldə avropanı deyil, sovetlər birliyindən qalma köhnə sistemləri tətbiq edirik. İnanırıq ki, futbolumuz ən azından avropa futbolunun müəyyən sistemlərini tətbiq edəcəklər. Bütün bu sistemlər uşaq futbolundan tətbiq edilməlidir. Belə olan halda, uşaq futbolunda və ümumiyyətlə ölkə futbolunda sistematik yeniliklər olmalıdır. Belə olan halda futbolumuzda hər hansı bir inkişaf gözləməyə dəyər.


Əli HƏYATİ




 
Bölməyə aid digər xəbərlər
26.12.2017
17 ildən sonrakı qayıdış: “Səhliyalı”ya kömək lazımdır (LAYİHƏ)
23.12.2017
Quba “Şahdağ”ın keçmişi və hazırki durumu (LAYİHƏ)
16.12.2017
Altı gəncin əsdirdiyi “Tufan” (LAYİHƏ)
05.12.2017
Həvəskarlar Liqasında milli komandaya yüksələnlər (LAYİHƏ)
27.11.2017
Kazbek Tuayevi yetişdirən qəsəbənin futbol həyatı (LAYİHƏ)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info