Boksçularımız 1/8 finalda
Tarix: 19.06.2017 | Saat: 15:00:00 | Oxunub: 388 | E-mail | Çapa göndər
Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında Avropa çempionatı davam edir.

Azərbaycan Boks Federasiyasından Futbolmedia.az-a verilən məlumata görə, yarışın 3-cü günündə millimizin 2 üzvü rinqə çıxıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Cavid Çələbiyev 1/16 final mərhələsi çərçivəsində keçirilən döyüşdə Edqaras Skurdelislə (Litva) üz-üzə gəlib. Qarşılaşma dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Çələbiyev rəqibini 4:1 hesabı ilə məğlub edib.

O, 1/8 finalda fransalı Sofian Oumiha ilə gücünü yoxlayacaq. Görüş iyunun 20-də baş tutacaq.

Çələbiyevdən fərqli, Eldar Quliyevin (81 kq) debütü uğurlu alınmayıb. 1/8 finala gedən yolda Müslim Hacımaqomedovla (Rusiya) qarşılaşan gənc boksçumuz 0:5 hesabı ilə məğlub olub.

Bu gün daha bir təmsilçimiz - Kamran Şahsuvarlının (75 kq) da ilk rəqibi bilinib. Birinci mərhələdən azad olan Olimpiya mükafatçımız 1/8 finalda Emmet Brennanla (İrlandiya) mübarizə aparacaq. Onun rəqibi polşalı Bartoş Qolebiyevskiyə qalib gəlib – 3:2.




 
Bölməyə aid digər xəbərlər
10.11.2017
Futzal üzrə Azərbaycan millisi turnirdə iştirak edəcək
08.11.2017
“Araz” bu dəfə büdrədi
07.11.2017
Şəhriyar Məmmədyarov:“Bu, inanılmaz bir şeydir“
28.10.2017
Millimiz İspaniyaya qarşı (ONLAYN)
26.10.2017
Daha 2 boksçumuz Avropa çempionatının yarımfinalında

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info