Aqil Nəbiyev:“Uşaq futbolunda çalışan məşqçilərin əksəriyyəti savadsızdı“ (LAYİHƏ)
Tarix: 18.06.2017 | Saat: 13:20:00 | Oxunub: 641 | E-mail | Çapa göndər
Картинки по запросу Media komitəsi


AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.Az və FutbolPlanet.Az saytlarının birgə layihəsi çərçivəsində Zirə futbol klubunun U-17-in sabiq baş məşqçisi və hazırda “Şüvəlan” klubunun baş məşqçisi postunda çalışan Aqil Nəbiyevlə həmsöhbət olduq. Qeyd edirik ki, layihə AFFA Yanında Media Komitəsin tərəfindən maliyələşdirilir.


Bildiyimizə görə, “Zirə” klubunun 17 yaşlı uşaqlardan ibarət komandasının baş məşqçisi olmusan. Müəyyən zaman kəsiyində orda işləmisiniz. Uşaqlarla işləməyiniz haqda nələr deyə bilərdiniz?

Əvvəlki illərə baxarkən söyləmək olar ki, uşaq futbolu yaxşı durumda deyil. Aşağı yaş qrupunda olan məşqçi və uşaqlarla söhbətim olub. Aşağı yaş qrupu deyərkən,mən 15, 16, 17 yaşlı uşaqları nəzərdə tuturam. Mən əvvəllər də, qeyd etmişdim ki, uşaqlardan ibarət aşağı yaş qruplarında savadlı məşqçilər çalışmalıdır. Baxın istənilən bir evin təməli sağlam tökülərsə, keyfiyyətli tökülərsə, həmin ev daha güvənli olur. Əgər təməl yaxşı olmazsa, evin tez dağılması təhlükəsi olacaq. Bir sözlə bərbad vəziyyətə qalır.

Uşaq futbolunda daha hansı problemləri qabarda bilərdiniz?

Həqiqətən də uşaq futbolumuzda problemlər çoxdur. Savadlı və yaxşı uşaq məşqçiləri barmaqla sayılacaq qədərdir. İstər klub məşqçiləri, istər klub rəhbərləri, çox mühüm işlər görməlidirlər. Çünki futbol daim inkişafda olan bir idman növü hesab edilir. İnanın mənə, üzümüzə gələn son bir neçə illərdə Avropa səviyyəli futbolçu yetişdirəcəymiz mümkün görünmür. Hardasa, 1-2 klubu çıxsaq, digərləri bununla bağlı müəyyən işlər görmür. Klublarımızın çoxunda məşqçilər savad baxımından inkişaf etməyib.

Aqil sən özün uşaqlarla xeyli müddət çalışmısan. Bir məşqçi kimi hansı problemlərlə üzləşdin. Məşqçilərlə bağlı deyil, uşaqlarla bağlı?

Mən “Zirə”nin 17 yaşlarına baş məşqçi olaraq gələndə, baxırdım ki, uşaqların aşağı yaş qruplarında böyük problemlər olub. Baxın həmin uşaqların 17 yaşları var. Həmin uşaq futbolçular öz çempionatlarında belə oynamaqda çətinlik çəkirlər. Lakin 17 yaşlı futbolçular bugünkü gündə Premyer Liqa səviyyəsində futbolçular olmalıdır. Əvvəlki illəri götürəndə, bizim 15, 16, 17 yaşlı futbolçularıız Premyer Liqada çıxış edirdilər. Hətta milli komandalarda çıxış edirdilər. Lakin indikilərin artıq17 yaşları var, öz çempiotlarına tab gətirə bilmirlər. Problemin kökü aşağı yaş qruplarından başlayır. Daha dəqiq desək, onların savadlı və yaxşı məşqçiləri olmayıb. Açığını deyim, əksəriyyəti savadsız məşqçilərdi. Yəni uşaqların peşəkar karyeraya qədəm qoyma vaxtı gəlib çatan zaman, zəif olduqları ortaya çıxır. Son illərə nəzər salsaq, görərik ki, əvvəlki illərdəki kimi istedadlı futbolçular yetişmir.

Ancaq mən bir çox mşqçilərlə söhbət edən zaman yaradılan şəraitdən razı qaldıqlarını və keçmişdə uşaq futboluna belə dəstək olmadığını deyirlər. Yəni daha çox diqqət var. Problemlər təkcə məşqçilərlə əlaqədərdimi? Səncə, niyə belə geriləmə olsun ki?

Onunla razıyam ki, əvvəllər belə yüksək şərait yox idi. Hətta bizim dövürdə belə torpaq meydançalarda oyunlara çıxmışıq. İldə bir dəfə hansısa yaxın ölkələrin birinə yarışa gedəndə, çox sevinirdik. Lakin həmin dövürdə savadlı məşqçilər fəaliyyət göstərirdi. Futbolun dilini yaxşı bilirdilər. Bilirsiniz, hər bir yaş qrupunun öz çempionatı var. İl ərzində futbol oynayırlar. Yenədə deyirəm ki, ən böyük problem savadsız məşqçilərin olmasıdır. Onların uşaqlarla işləməsidir.

Bəs bu kimi, problemləri aradan qaldırmaq üçün nələr etməliyik. Bəlkə həmin məşqçilər üçün seminarlar təşkil etmək, seminarların sayını daha da, çoxaltmaq lazımdır. Və ya, Avropa ölkələrinə təcrübə toplaması üçün göndərmək lazımdır?

Əlbəttə ki, bunun çox xeyri olardı. Əgər biz inkişaf etmək istəyiriksə, uşaq futboluna diqqəti gücləndirməliyik. 2 -3 klubdan başqa ciddi yanaşan yoxdur. Bəli. Siz sadaladıqlarınızı həyata keçirməklə bir çox uğurlara nail olmaq olar. Məşqçilərin savadları, təcrübələri, mütləq artırılmalıdır. Yəni təkcə kateqoriya almaqla kifayyətlənmək lazım deyil. Zəif məşqçilərdə öz üzərində çalışıb inkişaf etməlidir. Bizim məşqçilərdə bir xüsusiyyət var. Gedib hansısa kluba, futbol məktəbinə işə düzəlib uşaqların həyatı ilə oynayırlar. Bizlər, uşaqların karyeralarını oyuncaq işlərə çevirməməliyik. Biz onlara öz təcrübəmizdə olanları öyrətməli,yaxşı yetişdirməliyik. Xüsusən klub rəhbərləri, futbol məktəbinin drektorları, diqqət etməlidir ki, aşağı yaş qruplarında savadlı məşqçilər çalışsın. Məşqçilərin işlərinə, uşaqlara keçdiyi məşqlərə diqqət etmək lazımdır. Yəni işlərini daima izləmək lazımdır. Onda məşqçilər də daha məhsuliyyətli yanaşacaqlar işlərinə. Uşaqların taktiki, texniki, fiziki hazırlıqlarına diqqət yetirilməlidir.

Özün birvaxtlar çalışdığın Zirənin 17 yaşlılardan ibarət komandasında sənin üçün hər şərait yaradılmışdırmı?

Klub rəhbərliyi sağ olsun ki, komanda üçün əllərindən gələni edirlər. Hər bir şərait yaradılıb. Hətta uşaqların gəlməyi-getməyi, formalarına qədər şərait yaradıb. Lakin problem nədədir? Mən komandaya gələndə gördüm ki, uşaqların bacarığında keyfiyyət baxımından geriləmə var. Məsələn, 17 yaşlı futolçunu götürüb 16 yaşlılarda oynadırdım. Çünki, keyfiyyət aşağı idi. Baxın, 2000-cil uşaq futbolçularında durum yaxşı olmadığı üçün 2001-ci il təvəllüdlü uşaqları oynadırdım. Buna məcbur olurdum. Problem əvvəlki yaş qrupundakı məşqçilərin xətaları olub.Həmin məşqçilər uşaqların təməlini düzgün qoymayıb. Yaxşı uşaqların yetişməsi üçün lazımı güc sərf etməyiblər. Mən dəhşətə gəldim. Təsəvvür edin, uşaqların çoxusu topu neçə qəbul etməyin, qapıya necə düzgün zərbə vurmağını bilmirlər. Biz hansı inkişafdan danışırıq.

Sözlərinizdən belə başa düşdüm ki, problemin kökünü uşaqlarda axtarmaq lazım deyil. Əsas problem onları çalışdıran məşqçilərdədir?

Bəli bu baxımdan vəziyyət çox gərgindir. Lakin klubların hamısına bunu şamil etmək düzgün olmaz. Zirədə olan uşaqların çoxusu ordan-burdan gəlmələr idi. Axı Zirə özü yeni yaranmış klubdur. Həmin 7-8 yaşlı uşaqların təməlləri məşqçilər tərəfindən düzgün qoyulmayanda bax bu kimi, böyük problemlər ortaya çıxır.

Bəs uşaqların özlərinin futbola laqeyid yanaşmasını, daha çox sosial şəbəkələrdə, oyun kompyüterlərində, vaxt keçirmələrini inkişafa zərbə vurmasını əlavə etmək düz olmazdımı?

Əlbəttə ki, bu sadladığnızların uşaqlara mənfi təsir göstərdiyi açıq-aşkar göz qabağındadır. Əvəlki illərdə belə problemlər olmadığı üçün uşaqlar diqqətlərini yalnız futbola yönəldirdilər. Lakin bugünkü gündə çox təəssüflər olsun ki, uşaqlar məşqlərin tez qurtarmağını gözləyir. Məşqin tez qurtarmasını gözləyir ki, gedib sosial şəbəkələrə girib nələrəsə baxsınlar. Bütün bunlar uşaqların psixologiyasına mənfi təsir edir. Lakin əsas problem yenədə bu deyil. Məşqçilər daha diqqətli olmalıdır.

İndi isə sənin yeni iş yerin haqda danışmağını istərdim. Aqil niyə məhz “Şüvəlan” komandasını seçdin. Əvvəlki iş yerindən çoxmu narazı idin?

İlk öncə, mən bu klubun rəhbərliyinə inanıram. Onları çox uzun zamandır ki, yaxından tanıyıram. Çox yaxşı münasibətimiz var. Həmdə özümü daha inkişaf etdirmək istədim. Mən bir yerdə durmağı qəbul edən insan deyilən. Öz üzərimdə çox çalışmağı xoşlayıram. Məncə, artıq bir tranpilin olaraq özümü daha yaxşı tərəfdən göstərməyə çalışmalıyam.

Səncə, indiki durumda “Şüvəlan” komandasının Premyer Liqaya çıxması nə dərəcədə real görünür?


Hər bir şeyin başında komandanın düzgün qurulması durur. Hər cəhətdən komanda düzgün kollektivdən ibarət olmalıdır. Bir sözlə, sağlam kollektiv olmalıdır. Mən inanıram ki, AZAL əvvəlki şəraiti, bazasını bərpa edəcək. Həmçinin, “Şüvəlan” komandasına da inanımım var. Niyədə olmasın ki? Komandanı daha çox gənc kollektivdən quracam. Bəlkə 3-4 təcrübəli futbolçuda cəlb etdik. İnşallah yaxşı olar.

Əli HƏYATİ









 
Bölməyə aid digər xəbərlər
26.12.2017
17 ildən sonrakı qayıdış: “Səhliyalı”ya kömək lazımdır (LAYİHƏ)
23.12.2017
Quba “Şahdağ”ın keçmişi və hazırki durumu (LAYİHƏ)
16.12.2017
Altı gəncin əsdirdiyi “Tufan” (LAYİHƏ)
05.12.2017
Həvəskarlar Liqasında milli komandaya yüksələnlər (LAYİHƏ)
27.11.2017
Kazbek Tuayevi yetişdirən qəsəbənin futbol həyatı (LAYİHƏ)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info