U-11 uşaq liqasının baş məşqçisi Namiq Həsənov: “Uşaq futbolundakı sistemlərdə dəyişiklər lazımdır (LAYİHƏ)
Tarix: 02.06.2017 | Saat: 11:02:00 | Oxunub: 860 | E-mail | Çapa göndər
Картинки по запросу Media Komitəsi loqo

AFFA yanında Media Komitəsinin xətti ilə Futbolmedia.Az və
FutbolPlanet.Az
saytlarının birgə layihəsi çərçivəsində U-11 uşaq
liqaısnın baş məşqçisi Namiq Həsənovla həmsöhbət olduq. Qeyd edirik
ki, layihə AFFA Yanında Media Komitəsin tərəfindən maliyələşdirilir.

Ölkədə istedadlı futbolçuların yetişməsində xüsusi rol oynayan uşaq futbolundakı problemlər və hazırki durumun hansı səviyyədə olmasını öyrənməyə çalışdıq. U-11 uşaq liqasının baş məşqçisi Namiq Həsənovla uşaq futboludakı bir çox problemləri araşdırdıq.

Namiq bəy geridə qalan mövsümü necə dəyərləndirərdiniz?

Fikrimcə, mövsüm yaxşı keçdi. Düzü, bu yarışmada yüksək nəticə qazanmadıq. Lakin bilirsiniz ki, uşaq futbolunda nəticə önəmli deyil. Əsas məqsədimiz uşaqların düzgün futbolçu kimi yetişməsi və formalaşmasıdır. Ümumilikdə, mövsümü normal qiymətləndirərdim.



Bəs rəhbərlik qarşınıza hansısa nəticəni qazanmaq kimi, bir vəzifə qoymuşdurmu?

Xeyir. Bizim rəhbərlik peşəkar bir insandı. Hər tərəfli bu peşəni anlayır. Başa düşür ki, uşaq futbolunda nəticə önəmli deyil. Şükür Allaha bizim bütün uşaq liqalarında da, buna xüsusən diqqət yetiririk. Rəhbərlikdə bizdən ən əsası, yaxşı futbolçu yetişdirməmizi istəyir. İşimizi yüksək görən zaman nəticədə özü yavaş-yavaş gəlir.

Yarışdığınız turnirdə ölkə birinciliyində komandaların sayı sizi bir baş məşqçi olaraq qane edirmi?

Bilirsiniz, keçən mövsüm komandaların sayı 18 idi. Lakin ümumilikdə götürəndə, cəmi səkkiz komandası normaldı. Qalanı yeni yaranmış və çox zəif idi. Əlbəttə ki, onlar uşaq komandasıdır. Ancaq yaxşı olardı ki, komandalar öz səviyyəsinə görə pillə-pillə irəlləsinlər. Bu gün Vətən komandası güclü olaraq yeni yaranan Dortmund, Xəzri komandalarla oynayır. Lakin bu, komandalar zəif və Vətən komandasının dişinə uyğun deyil. Rəqabətlə üzləşə bilmirlər. Baxın hər həftə yaxşı güclü komandalara qarşı oynamaq uşaqda potensialı artırır. Lakin zəif komandalara qarşı oyunda uşaqlarda arxayınlıq yaranır. Potensial tam olaraq ortaya çıxmır. Zəif komanda ilə oyunda rəqibi 10:0 hesabı ilə uduruq. Hardasa, bir ayaqla qalib gəlirlər. Ay ərzində 3-4 belə zəif komandalarla oyu oynadıqda bu təsirsiz ötüşmür.



Yəni sözlərinizdən belə başa düşdüm ki, zəif və yeni yaranan komandalar birbaşa əsas liqaya çıxmasın. Mərhələli şəkildə həyata keçrilsin?

Bəli. Bu sistem həyata keçrilərsə, çox effektiv olardı. Baxın bir güclü komanda üç dəfə zəif komandalarla oyuna çıxır və (10:0) hesabı ilə qalib gəlir. Sonra bir normal komanda ilə qarşılaşaraq (2:1), (1:0) hesabı ilə çətin qələbə qazanır. Lakin uşaqlar həmin zəif komandalarla oyunda artıra bilmir. Zəif oyunlar keçirməkdənsə, məşq etmələri daha yaxşı olardı. Mən öz təklifimi bəzi futbol adamlarına demişəm. Yaxşı olar ki, hər liqada Azərbaycan kuboku olsun. Oyunların sayına gəlincə isə daha çox olmalıdır. Noyabır ayında yarış start götürür. Komandalar finallara qaldıqdan sonra çempionat qurtarır. Və boş vaxt çox qalır. Bu isə uşaqların inkişafına təsir edir.

Qarşıda hər hansı turnir varmı. Mən sırf Avropada baş tuta biləcək turnirləri nəzərdə tuturam. Dəvət almısınızmı?

Biz Vətən futbol məktəbi olaraq hər yaş qruplarında turnirlərə qatılırıq. Uşaqlar üçün çox gözəl bir addımdır. Bizim rəhbərlik çox sağ olsun ki, bizlər üçün belə şərait yaradır. Bu uşaq futbolçuların inkişafına böyük təkan verir. Bilirsiniz ki, Vətən futbol klubu başa çatmış mövsümdə beş medal sahibi oldu. Yəni müxtəlif yaş qruplarında medallar qazanıldı. Bütün bunlar görülən işlərin bəhrəsidir. Ən əsası isə uşaq liqasıdır. Biz səfər oyunlarına, yarışlara, turnirlərə çox qatılırıq. Mənim uşaq komandam artıq neçə illərdi ardı-arda, hər il turnirlərə qatılırıq.



Hansı ölkələrdə turnirlərə qatılırsınız?

Keçən il mənim komandam U-10 liqası idi. Və biz Mixayıl Ratçenko xatirəsinə turnirdə iştirak etmişdik. Rusiyada baş tutan turnir idi. Bütün bunlar “Zenit” klubunun bazasında baş tutdu. Əslində yüksək səviyyəli bir turnir keçdi. Baxın, biz ölkəmizdə U-10 liqası olaraq 7-7-yə oynayırdıq. Lakin reqlament gəldi ki, 9-9-za oynayacaqsınız. İndi görürsünüz Avropalılarla və başqa ölkələrlə aramızda nə qədər fərq var. Düzdü, bu bir qədər bizim üçün gözlənilməz və çətin oldu. Lakin Allaha şükürlər olsun ki, yaxşı oynadıq. Hətta yerdə tutmağı bacardıq. Heç rəhbərlik bizdən mükfatçılar sırasında yer tutacağımızı gözləmirdi. Lakin bunu bacardıq. Heç mənim futbol oynadığım zamanda aşağı yaş qruplarında uşaq liqası yox idi. Bundan başqa bizim zamanımızda belə şərait yox idi. İndi daha çox imkan yaradılır. Vətən futbol məktəbi biz məşqçilərin işləməsi üçün hər cürə şərait yaradır.

Bəs Avropada və başqa ölkələrdə gördüyünüz 9-9-za olan sitemə keçməyi hələ düşünmürsünüz. Rəhbərlik və müəyyən şəxslər tərəfindən bu məsələni qaldırmısınızmı?

Mən açıq danışan adamam. Nəyisə gizlətməyə əsas yoxdur. Məsələn, mən məşqçilərlə söhbət edərək bildirirəm ki, gəlin yığışıb deyək. Yəni lazımı adamlara xəbər verək. Bu futbolun inkişafı üçün mühüm bir addımdır. Biz 2015-cu ildə Gürcüstana da getmişdik. Həmin turnirdə də, 9-9-za sistemi ilə üzləşdik. Gürcüstan kimi ölkə də artıq bu sistemə keçmişdi. Biz niyə bu sistemə keçməyək.

Qarşıda hansısa turnir və ya, təlim-məşq toplanışı planlaşdırmısınızmı. Komandanız hansısa turnirə qatılmaq üçün dəvət alıbmı?

Qarşıda təlim-məşq toplanışı var. Çox güman ki, Türkiyədə olacaq. Çünki Türkiyədə qatılacağımız turnir var. Bu turnirin adı İzmir Cup olacaq. Ona görədə təlim-məşq toplanışını İzmirə salmağı düşünürük. Bizim özümüzə gəlincə isə təlim-məşq toplanışı Avqust aylarına planlaşdırılıb. Və bu toplanış rayonlarımızın birində baş tutacaq. İsmayıllı, Qəbələ, Şamaxı və dağ ətrafı rayonlarına üstünlük veririk.

U-10,U-11 yaşlı uşaqlarla işləmək bir məşqçi olaraq sizin üçün nə dərəcədə çətin olur. Ümumiyyətlə, sizi çox yorurlarmı?

Desəm ki, yorulmuruq, yalan olar. Lakin biz bu yorğunluğu hiss etmiriuk. Çünki bizlərdə uşaqlara olan sevgi var. İlk öncə, şərtdir ki, sevgi olmalıdır. Bu sevgi futbolla birləşən zaman daha effektiv olur. Biz uşaqlarla işləməkdən zövq alırıq. Komandamla arıtq iki ildir ki,bir yerdəyik.



Aşağı yaş qrupları ilə işləməyin hansı çətinlikləri var. Məsələn, təlim-məşq toplanışına gedən zaman 10, 11 yaşlı uşaqlarda problemlər ortaya çıxmır. Uşaqların valideyinin yanına qayıtmaq istəməsi, ev üçün darıxmağı, kaprizləri və sairə?

Əlbəttə ki, uşaqlarla işləyən zmaan belə problemlər olur. Hətta valideyinlərdə uşaqları üçün çox narahat olurlar. Lakin bir müddət sonra uşaqlarda artıq öyrəşirlər. Yavaş-yavaş uşaqlarda açılışırlar. Şəxsən mənim komandamda belə şeylər olmayıb. Birdə görürsən ki, kənardan valideyinlərdə müdaxilə edirlər. Düzünü deyim ki, ilk növbətə uşaqların təlimçisi, məşqçisi valideyinlər olurlar. Çox təəssflər olsun ki, bizdə bu kimi problemlər var. Uşaqlar futbol oynayan zaman valideyinləri müdaxilə edirlər. Uşaqlar onu etmə, bunu et kimi sözlər deyillər. Bütün bu kimi çatışmamazlıqlar aradan qaldırılarsa, məncə çox yaxşı nəticələr əldə etmək olar.

Sonda uşaq futbolunda və ümumiyyətlə futbolumuzda bir məşqçi olaraq nələri görmək istərdiniz. Hansı problemlərin aradan qaldırılmasını istərdiniz?

Uşaq futbolu ilə bağlı bir çox dəyişiklər lazımdır. Hardasa, Avropa ölkələri ilə bir qədər ayaqlaşmaq laızmdır. Uşaq futbolundakı sistemlərdə dəyişiklər laızmdır. Ən azında 9-9-za sistemi tətbiq etmək mütləqdir. Bundan başqa aşağı yaş liqalarında komandaların sayını artırmaq lazımdır. Həmçinin, yüksək liqalarda daha çox güclü komandaların yarışını təşkil etmək lazımdır. Avropadakı turnirlərin sayını artırmaq mütləqdir. Uşaqların bu yöndə daha çox inkişaf etdiyi göz önündədir. Hər yaşda ölkə kuboku təşkil edilsin. Bütün bunlar olarsa futbolumuzun inkişafına çox yüksək təkan verəcək.

Əli Həyati

















 
Bölməyə aid digər xəbərlər
26.12.2017
17 ildən sonrakı qayıdış: “Səhliyalı”ya kömək lazımdır (LAYİHƏ)
23.12.2017
Quba “Şahdağ”ın keçmişi və hazırki durumu (LAYİHƏ)
16.12.2017
Altı gəncin əsdirdiyi “Tufan” (LAYİHƏ)
05.12.2017
Həvəskarlar Liqasında milli komandaya yüksələnlər (LAYİHƏ)
27.11.2017
Kazbek Tuayevi yetişdirən qəsəbənin futbol həyatı (LAYİHƏ)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info