Azad Rəhimov:“Amma o 100 minlə bu 100 min eyni deyil“
Tarix: 23.05.2017 | Saat: 17:30:00 | Oxunub: 519 | E-mail | Çapa göndər

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında alınan bilet sayı açıqlanıb. Bu barədə gənclər və idman naziri Azad Rəhimov bildirib.

O deyib ki, tam hesablama aparıldıqdan sonra dəqiq rəqəm müəyyənləşəcək: "Hələlik təxminən 2,5 -3 milyon manatlıq biletin alındığını söyləyə bilərəm. Oyunları isə 59 ölkədən 360 min tamaşaçı izləyib".

Nazir idmançılara veriləcək mükafat məbləğlərinə də aydınlıq gətirib: "Komandaların hər birinə 100 min, məşqçiyə isə 50 min manat veriləcək. Amma federasiyalar deyib ki, biz hər bir idmançıya özümüz də mükafat verəcəyik. "Bakı 2015" I Avropa Oyunlarında da eyni məbləğdə mükafat vermişdik. Amma o 100 minlə bu 100 min eyni deyil".

Nazir bildirib ki, büdcədə açılış və bağlanışa 20 milyon manat nəzərdə tutulub: "Lakin xərclər tam hesablanmayıb, ona görə bu barədə tam məlumat veriləcək".




 
Bölməyə aid digər xəbərlər
10.11.2017
Futzal üzrə Azərbaycan millisi turnirdə iştirak edəcək
08.11.2017
“Araz” bu dəfə büdrədi
07.11.2017
Şəhriyar Məmmədyarov:“Bu, inanılmaz bir şeydir“
28.10.2017
Millimiz İspaniyaya qarşı (ONLAYN)
26.10.2017
Daha 2 boksçumuz Avropa çempionatının yarımfinalında

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info