Elxan Məmmədov: “Komandamız da gözəl nəticə göstərdi“
Tarix: 22.05.2017 | Saat: 11:45:00 | Oxunub: 383 | E-mail | Çapa göndər
"Hər kəsi təbrik edirəm, gözəl final matçı izlədik, ilk hissədə daha rahat oynayırdıq, sonra komandamız təzyiq altına düşərək, axıra yaxın oyuna nəzarəti itirmişdi. Buna baxmayaraq, qızıl medalları qazandıq. Bütün futbolçuları və məşqçilər heyətini təbrik edirəm".

Futbolmedia.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Omanı 2:1 hesabı ilə məğlub edərək, qızıl medal qazandığı final görüşündən sonra deyib.

Milli assosiasiya rəsmisi futbolçularını milliyə buraxan klublara təşəkkürünü bildirib:

"Fürsətdən istifadə edərək, bütün klublarımıza da "çox sağ olun" demək istərdim. Çünki mövsümün sonu olmasına baxmayaraq, martın sonlarından etibarən futbolçularını milliyə buraxdılar. Təlim-məşq toplanışlarını da, hazırlıq işlərini də yaxşı görə bildik. Komandamız da gözəl nəticə göstərdi".

Baş katib İslamiada çempionluğu münasibətilə yığma üzvlərinin AFFA tərəfindən də mükafatlandırılacaqlarını açıqlayıb:

"Təbii ki, AFFA da mükafat verəcək. Amma ilk növbədə, mükafatlandırma dövlət tərəfindən olacaq, sonra isə AFFA-dan. Komandaya söz vermişdik ki, yaxşı nəticə göstərsək, finala çıxsaq, sonra isə qızıl medalları qazansaq, öz tərəfimizdən də mükafat olacaq. Məbləği açıqlamaq istəmirəm. Gəlin, qızıl medaldan həzz alaq".




 
Bölməyə aid digər xəbərlər
10.11.2017
Futzal üzrə Azərbaycan millisi turnirdə iştirak edəcək
08.11.2017
“Araz” bu dəfə büdrədi
07.11.2017
Şəhriyar Məmmədyarov:“Bu, inanılmaz bir şeydir“
28.10.2017
Millimiz İspaniyaya qarşı (ONLAYN)
26.10.2017
Daha 2 boksçumuz Avropa çempionatının yarımfinalında

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info