Üç Güləşçimiz finala yüksəldi
Tarix: 20.05.2017 | Saat: 14:33:00 | Oxunub: 391 | E-mail | Çapa göndər
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışları davam edir.

Futbolmedia.az-ın məlumatına görə, daha 4 çəki dərəcəsində idmançılar mükafatlarına qovuşacaqlar.

61 kq

Bu çəki dərəcəsində ölkəmizi təmsil edəcək Hacı Əliyev turnirə 1/8 final mərhələsindən start verib. O, Türkmənistan təmsilçisi Saparmurat Muradovla qarşılaşıb və qələbə qazanıb (10:0). Hacı Əliyev dörddəbir final görüşündə Tacikistan təmsilçisi Todjiddin Xhodjayeva qalib gələrək (9:0) yarımfinala adlayıb. Yarımfinalda İran güləşçisi Məsud İsmailpur ilə üz-üzə gələn Hacı 8:1 hesabı ilə qalib gələrək finala yüksəlib.


70 kq

Azərbaycan adına 70 kq çəki dərəcəsində Murtazali Müslümov xalça üzərinə çıxacaq. İdmançımız 1/4 finalda Zafer Dama (Türkiyə) ilə üz-üzə gəlib. 6:0 hesabı ilə qalib gələn güləşçimiz yarımfinala çıxıb. O, yarıfinalda Qırğızıstan güləşçisi Ruslan Sadibakasovu məğlub edərək (14:3) finala çıxıb.


86 kq

Bu çəkidə təmsilçimiz Şərif Şərifov ilk görüşünə 1/8 final mərhələsində çıxıb. Onun ilk rəqibi Nazar Cabir Əl Muşattat (İraq) olub. Olimpiya çempionuuz 10:0 hesabı ilə qələbə qazanıb. Növbəti qarşılaşmada da Şərifov çətinlik çəkməyib. O, pakistanlı Məhəmməd İnamı 11:1 hesabı ilə üstələyərək, adını yarımfinala yazdırıb. Şərifovun final yolundakı son rəqibi İran güləşçisi Həsən Yazdaniçərati olub. Bu qarşılaşmada isə daha inamlı təsir bağışlayan sonuncu Olimpiya Oyunlarının qalibi Həsən Yazdaniçərati görüşü vaxtından əvvəl üstün başa vuraraq adını finala yazdırıb.

Şərif Şərifov isə yarışda bürünc medal uğrunda mübarizə aparacaq.

125 kq

Ən ağır çəkidə güləşəcək Cəmaləddin Maqomedov mübarizəyə 1/4 final mərhələsi ilə start verib. İlk olaraq Raca Alkradla (Suriya) qarşılaşan idmançımız vaxtından əvvəl qələbə (10:0) qazanaraq, yarımfinala adlayıb. Bu mərhələdə o, iranlı Caber Zadeqzadeni məğlub edərək (7:3) qızıl medal uğrunda yarışmaq hüququ qazanıb.




 
Bölməyə aid digər xəbərlər
10.11.2017
Futzal üzrə Azərbaycan millisi turnirdə iştirak edəcək
08.11.2017
“Araz” bu dəfə büdrədi
07.11.2017
Şəhriyar Məmmədyarov:“Bu, inanılmaz bir şeydir“
28.10.2017
Millimiz İspaniyaya qarşı (ONLAYN)
26.10.2017
Daha 2 boksçumuz Avropa çempionatının yarımfinalında

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info