İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçilərimizdən 2 qızıl,1 gümüş medal gəldi
Tarix: 20.05.2017 | Saat: 10:22:00 | Oxunub: 413 | E-mail | Çapa göndər
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarına start verilib.

Futbolmedia.az-ın məlumatına görə, ilk olaraq 4 çəki dərəcəsində təmsilçilərimiz xalça üzərinə çıxıblar.

57 kq

Bu çəkidə ölkəmizi Mahir Əmiraslanov təmsil edəcək. İdmançımız 1/4 final mərhələsində Roland Tambi Nforsonqu (Kamerun) sınağa çəkib. İdmançımız 14:4 hesablı qələbə ilə yarımfinala çıxıb. Yarımfinalda türkiyəli Nəbi Uzunla qarşılaşan Əmiraslanov 15:2 hesablı qələbə sayəsində adını finala yazdırıb. Həlledici görüşdə Qazaxıstan təmsilçisi Jandos İsmayılovla qarşılşan güləşçimiz 5:4 hesablı qələbə ilə qızıl medalın sahibi olub.

65 kq

Maqomed Müslimov yarışa 1/8 finaldan başlayıb. Təmsilçimiz Fil Dişi Sahilindən olan İnnosent Açi Abbi ilə qarşılaşıb. Müslimov vaxtından əvvəl qələbə (10:0) qazanaraq, növbəti mərhələyə adlayıb. İdmançımız 1/4 finalda Mabunde Kumba (Qvineya-Bissau) ilə üz-üzə gəlib və 10:0 hesablı qələbə ilə yarımfinala yüksəlib. Final uğrunda görüşdə əfqanıstanlı Malilk Can Sadidlə qarşılaşan güləşçimiz yenə çətinlik çəkməyib - 10:0. Finalda Meisam Nasiri (İran) ilə qarşılaşan idmançımız 3:5 hesabı ilə uduzaraq gümüşü medalla kifayətlənib.

74 kq

Bu çəkidə mübarizə aparacaq Cəbrayıl Həsənov da İslamiada çərçivəsində ilk görüşünü 1/8 final mərhələsində keçirib. O, Peyman Yarəhmədi (İran) ilə münasibətlərinə aydınlıq gətirib.Gərgin keçən qarşılaşmada idmançımız rəqibinə 1:3 hesabı ilə uduzub. Yarəhmədi 1/4 finalda Özbəkistan təmsilçisi Bekzod Abduraxmonova uduzduğundan (5:8), Həsənovun bürünc medal uğrunda güləşmək şansı da qalmayıb.

97 kq

Günün ən ağır çəkidəki mübarizəsində millimizin adından dağıstanlı legioner Nurməhəmməd Hacıyev güləşib. 21 yaşlı pəhləvanımız 1/4 finalda Yusup Melejayevlə (Türkmənistan) qarşılaşıb və vaxtından əvvəl qələbə qazanıb. İdmançımız yarımfinalda suriyalı Abdallh Kərəmdən üstün olub - 9:0. Finalda Əmir Muhammadi (İran) ilə qarşılaşan M.Hacıyev 11:2 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.




 
Bölməyə aid digər xəbərlər
10.11.2017
Futzal üzrə Azərbaycan millisi turnirdə iştirak edəcək
08.11.2017
“Araz” bu dəfə büdrədi
07.11.2017
Şəhriyar Məmmədyarov:“Bu, inanılmaz bir şeydir“
28.10.2017
Millimiz İspaniyaya qarşı (ONLAYN)
26.10.2017
Daha 2 boksçumuz Avropa çempionatının yarımfinalında

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info