Reynaldo “Viktoriya” haqda nələr danışdı
Tarix: 25.07.2016 | Saat: 16:39:00 | Oxunub: 590 | E-mail | Çapa göndər

Avropa yarışlarında 10 qola imza atan “Qarabağ”ın braziliyalı hücumçusu Reynaldo Silva daha çox fərqlənməyə çalışacağını bildirib.

Futbolmedia.az
-ın supersrort.az saytına istinadən yaydığı xəbərə görə, o bildirib ki, bunun üçün əlindən gələni edəcək: “Əsas məqsəd komandama daha çox fayda verməkdir”.

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin Lüksemburqda “Düdelanj”la cavab oyununda “Qarabağ”ı məğlubiyyətdən xilas edən
Reynaldo bu matç haqda da danışıb: “Həmin oyunda arxayınçılıqdan söhbət gedə bilməz. Biz yetərincə çalışmışdıq. Ancaq təəssüf ki,
oyun istədiyimiz kimi alınmadı. Bununla belə ən əsası iki qarşılaşmanın nəticəsinə görə qalib gələrək, növbəti mərhələyə vəsiqə qazandıq”.

“Qarabağ”ın daha bir məqsədinin ÇL-in üçüncü mərhələsində “Viktoriya”nı mübarizədən kənarlaşdırmaq olduğunu qeyd edən 27 yaşlı futbolçu uğura inandığını vurğulayıb: “Çempionlar Liqasında hədəfimiz daha yaxşı çıxış etməkdir. “Qarabağ” “Viktoriya”nı da mübarizədən kənarlaşdıra bilər. Ümid edirəm ki, azarkeşlərin dəstəyi ilə bu istəyimizi də reallaşdıracağıq”.




 
Bölməyə aid digər xəbərlər
16.12.2017
“Keşlə”nin qış hazırlıq planı bəlli olub
16.12.2017
“Neftçi” legioner futbolçulardan biri ilə yollarını ayırdı
16.12.2017
“Səbail” qış fasiləsində 3 legionerlə yollarını ayıracaq
15.12.2017
Rəşad Sadıqov canlı əfsanə Totti ilə görüşdü
14.12.2017
Yunis Hüseynov:“Ona görə də bu gün uduzduq“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info