“Birlik kuboku“ leğv edildi
Tarix: 25.07.2016 | Saat: 13:15:00 | Oxunub: 528 | E-mail | Çapa göndər
Rusiyada keçirilən ənənəvi "Birlik kuboku" turniri ləğv edilib.

Futbolmedia.az-ın xəbərinə görə, bu barədə Rusiyanın idman naziri, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko mətbuata açıqlamasında məlumat verib.

"Birlik kuboku bağlandı. Bu yarışın artıq aktuallığı qalmayıb. Qranatkin turniri isə davam edəcək" - deyə Mutko qeyd edib.

Rusiya Futbol Birliyi və FİFA bayrağları altında keçirilən "Birlik kuboku" 1993-cü ildən bəri keçirildi. Turnirdə keçmiş SSRİ ölkələrinin klubları təmsil olunurdu.

Qeyd edək ki, Azərbaycan klubları üç dəfə "Birlik kuboku"nun qalibi olub. 2006-cı ildə "Neftçi", 2008-də "Xəzər Lənkəran", 2011-ci ildə isə "İnter" sözügedən turnirin qalibi olub.




 
Bölməyə aid digər xəbərlər
17.12.2017
PSJ qalib gəldi
16.12.2017
İnyesta Çindən gələn təklifə yox dedi
16.12.2017
“Lill”in baş məşqçisi istefa verdi
15.12.2017
Dieqo Maradona Kriştiano Ronaldonu tənqid etdi
15.12.2017
“Mançester Siti“nin baş məşqçisi Pep Qvardiola ən yaxşı oldu

Şərh əlavə olunmayıb

Facebook-da
17.12
09:14
PSJ qalib gəldi
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info