Rasim Ramaldanov Gürcüstan klubuna keçdi
Tarix: 23.07.2016 | Saat: 11:46:00 | Oxunub: 503 | E-mail | Çapa göndər

Azərbaycan milli komandasının sabiq futbolçusu Rasim Ramaldanov Gürcüstanın "Kolxeti" klubuna keçib.

Futbolmedia.az
-ın "Report"a istinadən yaydığı xəbərə görə, 30 yaşlı mərkəz müdafiəçisi ilə 1 illik müqavilə bağlanılıb.

Artıq Ramaldanov Türkiyədə təlim-məşq toplanışında olan Poti komandasının düşərgəsinə qoşulub. Onun 103 yaşlı yeni klubu iyulun 25-də Bakı "İnter"i ilə üz-üzə gələcək.

Qeyd edək ki, Rasim Ramaldanov karyerası ərzində "Simurq", "Xəzər Lənkəran" və "Sumqayıt"da forma geyinib. "Kolxeti" onun legioner həyatı yaşayacağı ilk klubdur. Ramaldanov 2014-cü il dünya və 2016-cı il Avropa çempionatlarının seçmə qrup mərhələsində Azərbaycan yığmasına dəvət alıb.




 
Bölməyə aid digər xəbərlər
16.12.2017
“Keşlə”nin qış hazırlıq planı bəlli olub
16.12.2017
“Neftçi” legioner futbolçulardan biri ilə yollarını ayırdı
16.12.2017
“Səbail” qış fasiləsində 3 legionerlə yollarını ayıracaq
15.12.2017
Rəşad Sadıqov canlı əfsanə Totti ilə görüşdü
14.12.2017
Yunis Hüseynov:“Ona görə də bu gün uduzduq“

Şərh əlavə olunmayıb

Facebook-da
17.12
09:14
PSJ qalib gəldi
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info