“Liverpul“ qocaman qapıçı transfer etdi
Tarix: 22.07.2016 | Saat: 17:37:00 | Oxunub: 558 | E-mail | Çapa göndər

"Liverpul" heyətini gücləndirməkdə davam edir.

Futbolmedia.az
-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İngiltərə təmsilçisi bu dəfə "Ausburq"dan ayrılan qapıçı Aleks Manninqeri heyətinə qatıb.

Azad agent statusu alan 39 yaşlı qolkiperin transferi "Liverpul"a pulsuz başa gəlib. "Liverpul"a keçidi ilə bağlı danışan avstriyalı qapıçı bunları bildirib: "Düzünü desəm, bu, mənim üçün sürpriz oldu. "Liverpul"un nümayəndəsinin mənə zəng etməsi çox xoş idi. Mütəmadi olaraq əsas heyətdə yer alacağımı düşünmürəm. Ancaq şans verildiyi müddətdə komandam üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, Avstriya millisinin heyətində 33 oyun keçirən Manninqer karyerası ərzində "Arsenal", "Fiorentina", "Udineze" və "Yuventus" kimi klublarda çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
16.12.2017
İnyesta Çindən gələn təklifə yox dedi
16.12.2017
“Lill”in baş məşqçisi istefa verdi
15.12.2017
Dieqo Maradona Kriştiano Ronaldonu tənqid etdi
15.12.2017
“Mançester Siti“nin baş məşqçisi Pep Qvardiola ən yaxşı oldu
15.12.2017
Antuan Qrizmann geri döndü

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info