Əliyar Ağayev: “ Bu qərarı eşidəndə şoka düşdüm“
Tarix: 22.07.2016 | Saat: 17:01:00 | Oxunub: 457 | E-mail | Çapa göndər

"Final oyununu idarə etmək mənim üçün böyük şərəfdir. Baxmayaraq ki, bu xəbəri eşidəndə bir qədər şoka düşdüm".

Futbolmedia.az-ın məlumatına görə, bu sözləri Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

Almaniyada təşkil olunan Avropa çempionatının final matçına təyinat almasına münasibət bildirən Ə.Ağayev bunları vurğulayıb: "Hakimlər ən yaxşısını əldə etmək istəyirlər. Turnir başladıqdan bəri məqsədim final oyununu idarə etmək idi. Belə şans mənə verildiyi üçün çox xoşbəxtəm. Bu, müasir Azərbaycan hakimliyi üçün böyük nailiyyətdir. Mənə dəstək olan ailəmə təşəkkür edirəm. Final böyük oyundur. Ancaq ümid edirəm ki, bu, mənim üçün son olmayacaq. Məqsədim daima, hər matçda inkişaf edərək gələcəkdə daha böyük turnirlərin oyunlarına təyinat almaqdır".

Qeyd edək ki, Ağayev iyulun 24-də Almaniyanın Sinsheim şəhərinin “Rhein-Neckar-Arena”sında Fransa və İtaliyanın 19 yaşadək futbolçularından ibarət yığmaları arasında keçiriləcək final görüşünü idarə edəcək. Matç Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
14.12.2017
“Kəpəz“ oyunöncəsi itkilərlə üzləşdi
12.12.2017
“Şehiç bizimlə əlaqə saxlayıb“
11.12.2017
Qurban Qurbanov milli komandamızın yoldaşlıq oyunu üçün ilk rəqibini seçdi
10.12.2017
“İmarət“ “Qarabağ“ı mükafatlandırdı
08.12.2017
UEFA reytinq sıralamasında “Qarabağ“ neçəncidir?

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info