“Zirə“ Türkiyə səfərindən imtina etdi
Tarix: 16.07.2016 | Saat: 18:01:00 | Oxunub: 498 | E-mail | Çapa göndər

“Zirə” yay hazırlıq prosesinin növbəti mərhələsini keçirmək üçün bu gün səhər Türkiyəyə yola düşməli idi.

Futbolmedia.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qardaş ölkədə baş verən hərbi-siyasi hadisələr səbəbindən komanda səfərə çıxa bilməyib.

Komandanın getməli olduğu reys də daxil olmaqla, Türkiyəyə həyata keçirilməli olan uçuşlar təxirə salınıb.

Klub rəhbərliyi hazırda Türkiyədə hökm sürən qeyri-sabit vəziyyəti nəzərə alaraq, bu ölkənin Bolu şəhərində nəzərdə tutulmuş təlim-məşq toplanışının ləğvinə qərar verib. "Zirə" hazırlığın növbəti mərhələsini də ölkə daxilində keçirəcək.




 
Bölməyə aid digər xəbərlər
16.12.2017
“Keşlə”nin qış hazırlıq planı bəlli olub
16.12.2017
“Neftçi” legioner futbolçulardan biri ilə yollarını ayırdı
16.12.2017
“Səbail” qış fasiləsində 3 legionerlə yollarını ayıracaq
15.12.2017
Rəşad Sadıqov canlı əfsanə Totti ilə görüşdü
14.12.2017
Yunis Hüseynov:“Ona görə də bu gün uduzduq“

Şərh əlavə olunmayıb

Facebook-da
17.12
09:14
PSJ qalib gəldi
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info