İsveç millisinin daha bir üzvü yığmadakı karyerasını başa vurdu
Tarix: 13.07.2016 | Saat: 14:45:00 | Oxunub: 468 | E-mail | Çapa göndər
İsveç millisinin daha bir üzvü yığmadakı karyerasını başa vurub.

Futbolmedia.az-ın İsveç Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, yığmanın yarımmüdafiəçisi Pontus Vernblumdur.

30 yaşlı futbolçu millidəki karyerasını bitirməsi ilə bağlı bunları deyib: "Düşünürəm ki, artıq dayanmalıyam. Milli komandanı canlandırmaq üçün ən azı iki il vaxt lazımdır. Hiss edirəm ki, artıq kifayət qədər gücüm yoxdur. Bu səbəbdən yığmadan getmək qərarı verdim".

Qeyd edək ki, daha öncə Zlatan İbrahimoviç İsveç millisindəki karyerasını başa vurub. Onun yığmada son oyunu "Avro-2016"nın qrup mərhələsində Belçikaya qarşı olub. Həmin görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan isveçlilər turnirlə vidalaşıb.




 
Bölməyə aid digər xəbərlər
16.12.2017
İnyesta Çindən gələn təklifə yox dedi
16.12.2017
“Lill”in baş məşqçisi istefa verdi
15.12.2017
Dieqo Maradona Kriştiano Ronaldonu tənqid etdi
15.12.2017
“Mançester Siti“nin baş məşqçisi Pep Qvardiola ən yaxşı oldu
15.12.2017
Antuan Qrizmann geri döndü

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info