“Qarabağ“ Vətənə qayıtdı
Tarix: 03.07.2016 | Saat: 11:00:00 | Oxunub: 664 | E-mail | Çapa göndər
"Qarabağ" Avstriyada təlim-məşq toplanışını başa vururaq Bakıya qayıdıb.

Futbolmedia.az
-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, səhər saatlarında Almaniya ilə sərhəddə yerləşən Kössen qəsəbəsindən ayrılan komanda Münhen şəhərinə yollanıb.

Münhen-İstanbul-Bakı reysi ilə hərəkət edən "Qarabağ" axşam saatlarında vətənə çatıb. Komanda sabahdan etibarən Çempionlar Liqasının II mərhələsində qarşılaşacağı Lüksemburqun "Düdelanj" klubu ilə oyunun hazırlıqlarına start verəcək.

Xatırladaq ki, "Qarabağ" 17 günlük toplanışda 3 yoxlama oyunu keçirib. İlk oyunda yerli "Vakker İnsbruk"a 0:1 hesabı ilə məğlub olan komanda ikinci matçda Rusiya "Zenit"inə eyni hesabla qalib gəlib. Son matçda isə komanda Albaniya çempionu "Şkenderbeu"ya minimal fərqlə məğlub olub 0:1.

Qeyd edək ki, iyulun 12-də Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Düdelanj" matçı saat 21:00-da başlayacaq.




 
Bölməyə aid digər xəbərlər
14.12.2017
Azərbaycan kubokunun 1/4 final oyunları canlı yayımda
13.12.2017
AFFA klubları cəzalandırdı
29.11.2017
"Kəpəz", "Keşlə" və "Səbail" 1/4 finala yüksəldilər (ONLAYN)
11.10.2017
Bu gün Azərbaycan Kuboku start götürür
10.10.2017
Kubokun oyunlarına hakim təyinatları məlum oldu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info