Ruslan Abışov:“Həmin vaxt qol vura bilməmişdim“
Tarix: 04.12.2015 | Saat: 14:30:00 | Oxunub: 311 | E-mail | Çapa göndər

“Düzdür, rəqib o qədər də güclü deyildi. Amma əsas qələbə idi ki, buna da nail olduq. Mərhələ keçmək vəzifəsinin öhdəsindən çətinlik çəkmədən gəldik. İndi isə Premyer Liqanın “Xəzər Lənkəran”la qarşılaşmasına hazırlaşacağıq".

Futbolmedia.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Ruslan AbışovAzərbaycan kubokunun 1/8 final mərhələsində “Mil-Muğan”a 7:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.

"Son oyunlarda qalib gələ bilmədiyinizi nəzərə alsaq, bu qələbə çox yaxşı oldu. Bunun davamını gətirməliyik. Adi qol epizodu idi və bu imkandan yararlanıb, rəqib qapısına yol tapdım. Ötən turun “Rəvan”la matçında da qol vurmağa çox yaxın idim. Həmin vaxt qol vura bilməmişdim. Bu dəfə isə fərqləndim” - deyə o bildirib.

Matçın 28-ci dəqiqəsində əvəzlənən R.Abışov belə tez dəyişikliyin səbəbini də izah edib: “Ayağımda köhnə zədə səbəbindən ağrılar hiss etdim. Bu üzdən əvəzlənməyimi istədim. Bu ciddi problem deyil. Hər şey qaydasındadır. Növbəti turun hazırlıqlarında iştirak edəcəm”.

Azərbaycan Premyer Liqasının XV turunda “Xəzər Lənkəran”la qarşılaşacaq komandanın təcrübəli üzvü səfər matçında da 3 xal üçün mübarizə aparacaqlarını bildirib:

“Bu matçda da qalib gəlməliyik. Çətin oyun olacağını bilirik. Bizi Lənkəranda çətin səfər gözləyir. Lakin iddialıyıq və qalib gəlməyə çalışacağıq. Matça yaxşı hazır olmalıyıq. Ancaq qələbə üçün mübarizə aparacağıq”.




 
Bölməyə aid digər xəbərlər
16.12.2017
“Keşlə”nin qış hazırlıq planı bəlli olub
16.12.2017
“Neftçi” legioner futbolçulardan biri ilə yollarını ayırdı
16.12.2017
“Səbail” qış fasiləsində 3 legionerlə yollarını ayıracaq
15.12.2017
Rəşad Sadıqov canlı əfsanə Totti ilə görüşdü
14.12.2017
Yunis Hüseynov:“Ona görə də bu gün uduzduq“

Şərh əlavə olunmayıb

Facebook-da
17.12
09:14
PSJ qalib gəldi
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info