Tərlan Əhmədov :“Qol vurmağımız məni sevindirdi”
Tarix: 03.12.2015 | Saat: 11:37:00 | Oxunub: 450 | E-mail | Çapa göndər
“İlk növbədə “Zirə”ni təbrik edirəm. Maraqlı oyun alındı, komandamın sərgilədiyi futboldan zövq aldım”.

Futbolmedia.Az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/8 finalında “Zirə”yə uduzduqları oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

O, məğlubiyyətə baxamayaraq komandasının oyunundan razı qaldığını bildirib: “Qeyd etməliyəm ki, zədəli futbolçularımız çoxdur. Düşünürəm ki, öz səhvlərimizdən qollar buraxdıq. Lakin azlıqda qalmağımıza baxmayaraq, qol vurmağımız məni sevindirdi. Oyunu unudub, çempionata köklənməliyik. Çünki bizi qarşıda 4 çətin oyun gözləyir. Bu oyundakı səhvləri qarşıdakı görüşlərdə təkrarlamamağa çalışacağıq.

T.Əhmədov hakim idarəçiliyindən razı qalmayıb: “Oyun vaxtı futbolçu rəqibinə dirsək vurursa, üstünlük prinsipi mənim nəyimə lazımdır? Gəncədə Fariz Yusifov istədiyini elədi, oyundankənar vəziyyətdən bizə qol vurdular. Mən oyundan öncə hakimə deyirəm ki, qaydalar nə tələb edirsə, elə edin. Misal üçün “Sumqayıt”la oyunda qapımıza penalti verdilər, etiraz etmədim”.




 
Bölməyə aid digər xəbərlər
16.12.2017
“Keşlə”nin qış hazırlıq planı bəlli olub
16.12.2017
“Neftçi” legioner futbolçulardan biri ilə yollarını ayırdı
16.12.2017
“Səbail” qış fasiləsində 3 legionerlə yollarını ayıracaq
15.12.2017
Rəşad Sadıqov canlı əfsanə Totti ilə görüşdü
14.12.2017
Yunis Hüseynov:“Ona görə də bu gün uduzduq“

Şərh əlavə olunmayıb

Facebook-da
17.12
09:14
PSJ qalib gəldi
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info