Samir Əliyev: “Bəziləri “Qarabağ”la matçdan sonra özlərini yetişmiş, püxtələşmiş oyunçu hesab edir“
Tarix: 03.10.2015 | Saat: 21:54:00 | Oxunub: 422 | E-mail | Çapa göndər

“Oyuna piş başlamadıq. Lakin rəqib bəzi səhvlərimizdən yararlandı. İlk hissəni məğlub başa vurduq".

Futbolmedia.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının 7-ci turunda "Zirə"yə 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

O, Fəhmin Muradbəylinin qırmızı vərəqə almasının onları pis vəziyyətdə qoyduğunu bildirib:

" Bəziləri “Qarabağ”la matçdan sonra özlərini yetişmiş, püxtələşmiş oyunçu hesab edir. Həmin adamlarla söhbətimiz olacaq. Fəhmin isə hərəkətinə görə mütləq cəzalanacaq. 19 yaşlı oyunçu belə hərəkət etməməlidir".

S.Əliyev məğlubiyyətdə özü də daxil olmaqla hər kəsin günahı olduğunu vurğulayıb:

"Oyundan öncə bölgü olur. Biz cərimə zərbələrini Anyete və Ruslan Qurbanova tapşırmışdıq. Hər ikisi qol vurmaq istəyirdi və yəqin buna görə cəriməni yerinə yetirmək üstündə mübahisə yarandı. Hazırda bizimlə məşq edən Cavid İmamverdiyevin problemi isə yaxın günlərdə həll olunmalıdır. Ona ehtiyacımız var”.




 
Bölməyə aid digər xəbərlər
14.12.2017
Azərbaycan kubokunun 1/4 final oyunları canlı yayımda
13.12.2017
AFFA klubları cəzalandırdı
29.11.2017
"Kəpəz", "Keşlə" və "Səbail" 1/4 finala yüksəldilər (ONLAYN)
11.10.2017
Bu gün Azərbaycan Kuboku start götürür
10.10.2017
Kubokun oyunlarına hakim təyinatları məlum oldu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info