«Qəbələ»nin qrup mərhələsindəki rəqibləri müəyyənləşdi
Tarix: 28.08.2015 | Saat: 23:53:00 | Oxunub: 574 | E-mail | Çapa göndər

“Qəbələ”nin UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunların təqvimi müəyyənləşib. Futbolmedia.Az xəbər verir ki, bu gün Monakoda keçirilən püşkatmanın nəticələrinə əsasən C qrupunda yer alan “qırmızı-qaralar” avrokubokların əsas mərhələsində debütünü evdə gerçəkləşdirəcək. Komandamız sentyabrın 17-də Yunanıstan PAOK-unu qəbul edəcək. 2 həftə sonra Rusiyada “Krasnodar”ın qonağı olacaq “Qəbələ” ardınca Dortmund “Borussiya”sı ilə ardıcıl 2 matçda qüvvəsini sınayacaq. V turda Yunanıstana yollanacaq Roman Qriqorçukun yetirmələri mərhələni krasnodarlılarla ev oyunu ilə tamamlayacaq.

UEFA Avropa Liqası
Qrup mərhələsi
C qrupu
I tur, 17 sentyabr
“Qəbələ” – PAOK (Yunanıstan)
II tur, 1 oktaybr
“Krasnodar” (Rusiya) – “Qəbələ”
III tur, 22 oktyabr
“Qəbələ” – “Borussiya” (Dortmund, Almaniya)
IV tur, 5 noyabr
“Borussiya” (Dortmund, Almaniya) - “Qəbələ”
V tur, 26 noyabr
PAOK (Yunanıstan) - “Qəbələ”
VI tur, 10 dekabr
“Qəbələ” - “Krasnodar” (Rusiya)




 
Bölməyə aid digər xəbərlər
03.11.2017
“Rusenborq” (Norveç) - “Zenit” (Rusiya) - 1:1 (VİDEO)
02.10.2015
“Krasnodar“ın qapıçısı : “Qəbələ“nin hücumçuları bizə çtinliklər yaratdı
28.08.2015
“Krasnodar“ın futbolçusu: “Hər şey özümüzdən asılıdır“
28.08.2015
Roman Qriqorçuk:“İlk qolu vurandan sonra müdafiəyə erkən çəkildik”
26.08.2015
“Qarabağ“ın rəqibi “Yanq Boys“ Bakıya gəldi (FOTO)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info