Roman Qriqorçuk:“İlk qolu vurandan sonra müdafiəyə erkən çəkildik”
Tarix: 28.08.2015 | Saat: 15:15:00 | Oxunub: 544 | E-mail | Çapa göndər

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Panatinaikos” (Yunanıstan) – “Qəbələ” oyunundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Futbolmedia.Az Ukraynalı mütəxəssisin fikirlərini sizlərə təqdim edir.

“Bu qarşılaşmadakı azarkeşlər möhtəşəm idi. “Panatinaikos”u çox gözəl şəkildə dəstəklədilər. Fanatların ilk dəqiqələrdən belə çılğınlığının bizə problem yaratdığını düşünmürəm. Belə olacağını əvvəldən bilirdik. Matça yaxşı hazırlaşmışdıq. İlk qolu vurandan sonra müdafiəyə erkən çəkildik. Bu isə Yunanıstan klubunun aqressiv oynayıb, hücuma atılmasına, nəticədə qapımıza yol tapmasına şərait yaratdı. Komandamızda güclü futbolçular var. Aleksey Qay buna misaldır. O, çox peşəkardır, ad-sanı da var, oyunu da yüksək səviyyədədir. Elə yeni futbolçu transfer etməliyik ki, o, tam hazır və nüfuzlu olsun. Təkcə adına deyil, oyununa görə də komanda yoldaşlarına nümunə olmalıdır. UEFA Avropa Liqasında daha 6 oyun keçirəcək. Eyni zamanda çempionat və kubokda da mübarizə aparacağıq. Qarşıdakı bütün bu turnirlərdəki oyunlara köklənməliyik”.




 
Bölməyə aid digər xəbərlər
03.11.2017
“Rusenborq” (Norveç) - “Zenit” (Rusiya) - 1:1 (VİDEO)
02.10.2015
“Krasnodar“ın qapıçısı : “Qəbələ“nin hücumçuları bizə çtinliklər yaratdı
28.08.2015
«Qəbələ»nin qrup mərhələsindəki rəqibləri müəyyənləşdi
28.08.2015
“Krasnodar“ın futbolçusu: “Hər şey özümüzdən asılıdır“
26.08.2015
“Qarabağ“ın rəqibi “Yanq Boys“ Bakıya gəldi (FOTO)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info