Rikardinyo: “Amma əlimizə düşən fürsətlərdən yararlana bilmədik“
Tarix: 21.08.2015 | Saat: 10:14:00 | Oxunub: 592 | E-mail | Çapa göndər

"Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Oyunumuz da pis alınmadı. Komanda yoldaşlarımın hər biri yaxşı oyun sərgilədi".

Futbolmedia.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Rikardinyo Avropa Liqasının pley-off mərhələsində "Panatinaikos"la 0:0 bərabərə qaldıqları görüşdən sonra deyib.

Braziliyalı müdafiəçi komandasının qrup mərhələsinə vəsiqə qazanacağına inandığını bildirib: "Qol vurmaq üçün şanşlarımız oldu. Amma əlimizə düşən fürsətlərdən yararlana bilmədik. Nə etmək olar, bu futboldur.

Əsas odur ki, məğlub olmadıq. Çox istəyirdik ki, Bakıda qələbə qazanaq. Məqsədimiz doğma meydanda üstünlük əldə etmək idi. Bir həftədən sonra cavab matçına çıxacağıq. Əlimizdən gələni edərək səfər matçında qol vurmağa çalışacağıq. İnanıram ki, qrup mərhələsinə vəsiqə qazana biləcəyik".

Qeyd edək ki, "Qəbələ" və "Panatinaikos" arasında cavab görüşü avqustun 27-də Afinada keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
03.11.2017
“Rusenborq” (Norveç) - “Zenit” (Rusiya) - 1:1 (VİDEO)
02.10.2015
“Krasnodar“ın qapıçısı : “Qəbələ“nin hücumçuları bizə çtinliklər yaratdı
28.08.2015
«Qəbələ»nin qrup mərhələsindəki rəqibləri müəyyənləşdi
28.08.2015
“Krasnodar“ın futbolçusu: “Hər şey özümüzdən asılıdır“
28.08.2015
Roman Qriqorçuk:“İlk qolu vurandan sonra müdafiəyə erkən çəkildik”

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info