Xaybula Musalov : “Azərbaycanı təmsil etməkdən qürur duyuram“
Tarix: 21.06.2015 | Saat: 23:43:00 | Oxunub: 485 | E-mail | Çapa göndər


"Fransadan olan rəqibim güclü idi və özünəməxsus strategiyası vardı. Həm də yaxşı müdafiə olunurdu. Buna baxmayaraq yaxşı döyüşdüm və qalib gəldim."

Futbolmedia.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu bu gün Avropa Oyunlarında boks yarışlarında 1/8 finalda qələbə qazanan təmsilçimiz Xaybula Musalov deyib.

"Məqsədim Azərbaycan bayrağını qaldırmaqdır. Mən özüm Dağıstandanam, amma Azərbaycanı təmsil etməkdən qürur duyuram. Azərbaycan mənə çox şey verib və buna görə özümü azərbaycanlı kimi hiss edirəm" - deyə idmançı qeyd edib.

X.Musalov azarkeşlərə dəstəylərinə görə təşəkkürünü bildirib.

O, əsas məqsədinin Azərbaycan bayrağını qaldırmaq olduğunu, bunun üçün ölkəmizin dövlət himnini öyrənməyə çalışacağını deyib.




 
Bölməyə aid digər xəbərlər
26.01.2017
Useyn Boltun Olimpiya medalı əlindən alındı
31.12.2015
Yeni iliniz və həmrəylik bayramınız mübarək 2016
07.07.2015
Bakı 2015 I Avropa Oyunlarında qalib olan idmançı, tez özünə maşın aldı
28.06.2015
Pərviz Bağırov:“ “Qarşıdakı ən önəmli yarışım Rio-2016 Olimpiadasıdır“
27.06.2015
“Mən cənab Prezidentə dedim ki, Zəkiyev döyüş tapşırığını yerinə yetirdi”

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info