Azad Rəhimov:“ İdmançının ölüm xəbərini yayan media orqanlarının milli ruhu, vətənpərvərlik hissləri yoxdur”
Tarix: 21.06.2015 | Saat: 11:29:00 | Oxunub: 465 | E-mail | Çapa göndər
Gənclər və İdman naziri Azad Rəhimov iyunun 11-də Avropa Oyunlarının Atletlər Kəndində qəza nəticəsində yaralanmış avstriyalı idmançı Vanessa Sahinoviçin vəfat etməsi haqda yayılan xəbərlərə münasibət bildirib.

Futbolmedia.Az-ın APA-ya istinadən yaydığı xəbərə görə, nazir açıqlamasında bildirib ki, avstriyalı idmançı Vanessa Sahinoviçin səhhəti ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılması həm jurnalistika prinsiplərinə, həm də insani dəyərlərə ziddir:

“Hesab edirəm ki, hər bir jurnalist, media orqanı öz fəaliyyətində jurnalistikanın peşəkarlıq, obyektivlik və qərəzsizlik kimi prinsiplərini rəhbər tutmalıdır. Təəssüf ki, bir sıra KIV-lər ayrı-ayrı daxili və xarici dairələrin maraqlarına uyğun olaraq l Avropa Oyunları kimi mühüm beynəlxalq idman tədbirinin əhəmiyyətini azaltmaq və bu məqsədlə yalan, dezinformasiya xarakterli məlumatlar yaymaq yolunu tutublar. Buna görə də heç bir araşdırma aparmadan avstriyalı idmançının ölüm xəbərini yayan media orqanlarının milli ruhdan, vətənpərvərlik hisslərindən məhrum olduğunu deməyə tam əsas vardır. Belə dezinformasiyalar l Avropa Oyunlarının keçirilməsi ilə bağlı iki il yarım ərzində reallaşdırılan böyük işlərə ləkə yaxmaq cəhdindən, bunda zəhməti olan insanlara hörmətsizlikdən başqa bir şey deyildir.

Bu həm də humanizm prinsiplərinə ziddir, idmançının ciddi sarsıntı keçirmiş ailəsinə və yaxınlarına qarşı mənəvi zərbədir. Ümid edirəm ki, qarşıdan gələn dövrdə media l Avropa Oyunlarının əhəmiyyətini, bu mühüm idman tədbirinə bütün dünyada böyük diqqət göstərildiyini nəzərə alacaq və onunla bağlı məlumatların təqdimatına daha məsuliyyətlə yanaşacaqdır”.




 
Bölməyə aid digər xəbərlər
26.01.2017
Useyn Boltun Olimpiya medalı əlindən alındı
31.12.2015
Yeni iliniz və həmrəylik bayramınız mübarək 2016
07.07.2015
Bakı 2015 I Avropa Oyunlarında qalib olan idmançı, tez özünə maşın aldı
28.06.2015
Pərviz Bağırov:“ “Qarşıdakı ən önəmli yarışım Rio-2016 Olimpiadasıdır“
27.06.2015
“Mən cənab Prezidentə dedim ki, Zəkiyev döyüş tapşırığını yerinə yetirdi”

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info