Boksçumuz Tayfur Əliyev: Azarkeşlərin sayəsində İnamla döyüşdüm və qalib gəldim“.”
Tarix: 20.06.2015 | Saat: 11:58:00 | Oxunub: 450 | E-mail | Çapa göndər

"Zalda əyləşən azarkeşlərin dəstəyi məni daha da ruhlandırdı. Bu, rəqib üzərində qələbə qazanmaq üçün böyük stimul oldu. İnamla döyüşdüm və qalib gəldim".

Futbolmedia.Az
-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, bu sözləri “Bakı-2015” ilk Avropa Oyunlarının 1/4 finala yüksələn Azərbaycan boksçusu Tayfur Əliyev deyib.

56 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz rəqibinə şans vermədiyini qeyd edərək deyib: “Rəqib gördü ki, qaşımdan zədə almışam. Ona görə istədi ki, hakimlərə təsir etsin. Belə hallar boksda tez-tez baş verir. Ancaq mən buna imkan vermədim. Rəqiblərimin çoxunu tanıyıram. Ən güclü rəqibim Fransa təmsilçisidir. Ancaq onu da “Böyük İpək Yolu” turnirində məğlub etmişəm".

Tayfur Əliyev yarışda bütün gücü ilə döyüşərək qızıl medal qazanmağa çalışacağını bildirərək qeyd edib: “İstəyirəm ki, qızıl medal qazanım və finalda da azarkeşlər məni belə dəstəkləsinlər. Azərbaycan güclü heyətlə çıxış edir və komandamızın bütün üzvlərindən medal gözləmək olar”.




 
Bölməyə aid digər xəbərlər
26.01.2017
Useyn Boltun Olimpiya medalı əlindən alındı
31.12.2015
Yeni iliniz və həmrəylik bayramınız mübarək 2016
07.07.2015
Bakı 2015 I Avropa Oyunlarında qalib olan idmançı, tez özünə maşın aldı
28.06.2015
Pərviz Bağırov:“ “Qarşıdakı ən önəmli yarışım Rio-2016 Olimpiadasıdır“
27.06.2015
“Mən cənab Prezidentə dedim ki, Zəkiyev döyüş tapşırığını yerinə yetirdi”

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info