“Bakı-2015“in bağlanış mərasimi açılışdan fərqli olacaq“
Tarix: 19.06.2015 | Saat: 13:40:00 | Oxunub: 420 | E-mail | Çapa göndər

Birinci Avropa Oyunlarının bağlanış mərasimi ilə əlaqədar sirrləri aça bilməyəcəm. Sadəcə onu deyə bilərəm ki, bu mərasim açılışdan fərqli olacaq. Hətta səhnə fokusu da fərqlənəcək".

Futbolmedia.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, I Avropa Oyunlarının təşkilatçılıq səviyyəsindən məmnun qaldığını bildirib: "Mən çox məmnunam. Qısa müddət ərzində görülən işlərin nəticəsidir ki, hər şey insanların ürəyincədir. Bütün günü pərdə arxasındakı işlərlə maraqlanıram. Jurnalistlərin və bir çoxlarının görmədikləri məkanlara baş çəkirəm. Pərdə arxasında çox gərgin iş gedir. Bütün əziyyəti keçən insanlara dərin təşəkkürümü çatdırıram. Çünki çox nümunəvi iş görürlər. Ümumilikdə çox məmnunam və fəxarət hissi keçirirəm ki, Oyunlar məhz burada keçirilir.

Tamaşaçıların iştirakından da məmnunam. Baxmayaraq ki, bu, Azərbaycan üçün yeni bazardır. Belə bir tədbirlərə bilet almaq ənənəsi tədricən insanlara aşılanır. Ona görə də yaxşı plan tərtib etmişdik. Biletlərin qiyməti ucuzdur. Hətta 16 yaşına qədər olan uşaqlar məkanlara pulsuz buraxılırlar. Eyni zamanda, fiziki cəhətdən məhdudiyyətləri olan şəxslər də yarışları pulsuz olaraq canlı izləyə bilərlər".




 
Bölməyə aid digər xəbərlər
26.01.2017
Useyn Boltun Olimpiya medalı əlindən alındı
31.12.2015
Yeni iliniz və həmrəylik bayramınız mübarək 2016
07.07.2015
Bakı 2015 I Avropa Oyunlarında qalib olan idmançı, tez özünə maşın aldı
28.06.2015
Pərviz Bağırov:“ “Qarşıdakı ən önəmli yarışım Rio-2016 Olimpiadasıdır“
27.06.2015
“Mən cənab Prezidentə dedim ki, Zəkiyev döyüş tapşırığını yerinə yetirdi”

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info