“Bakı-2015“: Güləşçilərimizdən iki qızıl, bir bürünc medal
Tarix: 17.06.2015 | Saat: 21:56:00 | Oxunub: 536 | E-mail | Çapa göndər

Bu gün "Bakı-2015" Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə start verilib.

Futbolmedia.Az-ın məlumatına görə, yarışın ilk günündə 4 çəki dərəcəsinin qalibləri bəlli olub.


57 kq

Bu çəkidə ölkəmizi təmsil edəcək Yaşar Əliyev mübarizəyə 1/8 finaldan başlayıb. Avropa çempionatının bürünc medalçısı ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqeya 9:4 hesabı ilə qalib gəlib. Y.Əliyev 1/4 finalda Ermənistan idmançısı Qarik Barsekyanı sınağa çəkib. Bu görüşdə təmsilçimiz 10:6 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Y.Əliyev yarımfinalda Viktor Lebedovlaya (Rusiya) 1:3 hesabı ilə uduzub. Y.Əliyev bürünc medal uğrunda mübarizəsini davam etdirib O, bu mərhələdə türkiyəli Sezər Akgüllə qarşılaşıb və 3:8 hesabı ilə uduzub.


65 kq

Olimpiya çempionumuz Toğrul Əsgərov ilk mərhələdə rusiyalı İlyas Bekbulatovla üz-üzə gəlib və 8:7 hesabı ilə qalib gəlib. O, 1/8 finalda moldovalı Mixail Sava ilə qarşılaşıb. Güləşçimiz 10:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib. T.Əsgərov 1/4 finalda fransalı Maksim Fique ilə döyüşdə vaxtından əvvəl təmiz qələbə (10:0) ilə yarımfinala yüksəlib. İdmançımız yarımfinalda Azamat Nurikovlaya (Belarus) 7:2 hesabı ilə qalib gəlib. O, finalda italiyalı Frank Kamizo Markezlə qarşılaşıb. Bu döyüşdə vaxtından əvvəl 4:2 hesabı ilə qalib gələn idmançımız qızıl medal qazanıb.

74 kq

İkiqat Avropa çempionumuz Cəbrayıl Həsənov 1/8 finalda Mihali Haqi (Macarıstan) ilə güləşib. İdmançımız vaxtından əvvəl 10:0 hesablı təmiz qələbə ilə növbəti mərhələyə yüksəlib. O, yarımfinalda türkiyəli Soner Dəmirtaşa 3:5 hesabı ilə uduzub. C.Həsənov təsəlliverici görüşdə Anri Seleniusa (Finlandiya) vaxtından əvvəl qalib (11:0) gələrək, bürünc medal uğrunda yarışmaq hüququ qazanıb. İdmançımız üçüncü yer uğrunda görüşdə Cəbrayıl bolqarıstanlı Kiril Terziyevlə qarşılaşıb. 9:0 hesabı ilə qalib gələn C.Həsənov bürünc medalın sahibi olub.

97 kq

Avropa və dünya çempionumuz Xetaq Qazyumovun ilk təsnifat mərhələsində Radoslav Baranla (Polşa) qüvvəsini sınayıb. Bu görüşdə təmsilçimiz 10:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. Qazyumov 1/8 finalda moldovalı Nikolay Çebanla qarşılaşıb və yenə də qələbə qazanıb - 4:0. İdmançımız 1/4 finalda belaruslu İbrahim Saidova 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Qazyumov yarımfinalda Abdusalam Qadisova 4:2 hesabı ilə qalib gələrək finala yüksəlib.
Xetaq finalda gürcüstanlı Elizbar Odikadze ilə güləşib. Görüşü 3:1 hesabı ilə xeyrinə bitirən Qazyumov qızıl medal qazanıb. Bu, Azərbaycanın Avropa Oyunlarında 10-cu qızılı olub.

Qeyd edək ki, sərbəst güləş üzrə yarışlar sabah da davam edəcək və son 4 çəkinin qalibi bilinəcək.




 
Bölməyə aid digər xəbərlər
26.01.2017
Useyn Boltun Olimpiya medalı əlindən alındı
31.12.2015
Yeni iliniz və həmrəylik bayramınız mübarək 2016
07.07.2015
Bakı 2015 I Avropa Oyunlarında qalib olan idmançı, tez özünə maşın aldı
28.06.2015
Pərviz Bağırov:“ “Qarşıdakı ən önəmli yarışım Rio-2016 Olimpiadasıdır“
27.06.2015
“Mən cənab Prezidentə dedim ki, Zəkiyev döyüş tapşırığını yerinə yetirdi”

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info