Mariya Stadnik:“Göyün yeddinci qatındayam“
Tarix: 15.06.2015 | Saat: 23:20:00 | Oxunub: 351 | E-mail | Çapa göndər

"Çox xoşbəxtəm ki, qızıl medal qazanmışam. Mənim üçün böyük şərəfdir ki, "Bakı-2015"in qalibi olmuşam".


Futbolmedia.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bunu "Bakı-2015" I Avropa Oyunlarında qadın güləşi üzrə 48 kq çəkidə qızıl medal qazanan Mariya Stadnik jurnalistlərə deyib.

O, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və güclü azarkeş dəstəyinin qarşısında daha yaxşı çıxış etməyə çalışdığını deyib:

"İndi göyün 7-ci qatındayam. Bu qədər azarkeş dəstəyinin qarşısında ən yaxşı şəkildə çıxış etməliydim. Başqa cür ola da bilməzdi".

M.Stadnik onun üçün ən önəmli medalların hansı olduğu ilə bağlı suala maraqlı cavab verib:

"Ən çox önəmli olan medal uşaqlıqda qazandıqlarımdır. Çünki uşaq olduğumdan bu mənə görə qeyri-adi idi. Sonradan qazandığım uğurlar mənim üçün böyük xoşbəxtlik idi".

"Bakı-2015"ın qızıl medalçısı fəxri kürsüdə himn oxuması haqda da danışıb:

"Nəhayət ki, mən Azərbaycan Respublikasının Dövlət himnini öyrəndim və oxudum. Himnə daha çox qulaq asaraq öyrənmişəm. Mükəmməl olmasa da, oxuya bilirəm".




 
Bölməyə aid digər xəbərlər
26.01.2017
Useyn Boltun Olimpiya medalı əlindən alındı
31.12.2015
Yeni iliniz və həmrəylik bayramınız mübarək 2016
07.07.2015
Bakı 2015 I Avropa Oyunlarında qalib olan idmançı, tez özünə maşın aldı
28.06.2015
Pərviz Bağırov:“ “Qarşıdakı ən önəmli yarışım Rio-2016 Olimpiadasıdır“
27.06.2015
“Mən cənab Prezidentə dedim ki, Zəkiyev döyüş tapşırığını yerinə yetirdi”

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info