Güləşçilərimizdən üç medal
Tarix: 13.06.2015 | Saat: 23:47:00 | Oxunub: 526 | E-mail | Çapa göndər
"Bakı-2015" I Avropa Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara start verilib.

Futbolmedia.Az-ın məlumatına, 59, 71, 80 və 98 kq çəki dərəcələrində xalçaya çıxan Azərbaycan güləşçilərindən ilk olaraq Orxan Nuriyev mübarizəyə qoşulub.

98 kq çəki dərəcəsində çıxış edən idmançımız təsnifat mərhələsində isveçli Teodoros Tounosidislə qarşılaşıb.

Orxan rəqibini 4:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Bu mərhələdə İsveç güləşçisi Teodoros Tunusidis ilə qarşılaşan təmsilçimiz rəqibinə 4:1 hesabı ilə qalib gəlib. Gənc idmançımız 1/4 finalda rusiyalı İslam Maqomedovla mübarizə aparıb və 1:3 hesabı ilə uduzub.

59 kq çəki dərəcəsində Elman Muxtarov 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşüb. Rəqibini 5:3 hesabı ilə məğlub edən idmançımız növbəti mərhələdə norveçli Stiq-Andre Berqe ilə üz-üzə gəlib. 7:6 hesabı ilə qalib gələn idmançımız yarımfinala çıxıb. O, yarımfinalda Rusiyanın təmsil edən erməni əsilli Stepan Maranyanla qarşılaşın və 3:11 hesabı ilə məğlub olub. E.Muxtarov bürünc medal uğrunda mübarizəni davam etdirəcək. O, 3-cü yer uğrunda döyüşdə ermənistanlı Roman Amoyanla güləşib. 9:1 hesabı ilə qalib gələn idmançımız bürünc medal qazanıb

71 kq çəki dərəcəsində güləşçimiz Rəsul Çunayev də yarışa 1/8 finaldan start verib. O, moldovalı Daniel Kataraqa qalib gələrək 1/4 finala yüksəlib. Güləşçimizin mövbəti mərhələdə rəqibi Xorvatiya güləşçisi Dominik Etlinger olub. Təmsilçimiz qələbə seriyasını davam etdirərək, rəqibini 4:0 hesabı ilə məğlub edib. R.Çunayev yarımfinalda Svilen Kostadinovlana (Bolqarıstan) 10:0 hesabı ilə qalib gəlib. R.Çunayev finalda macarıstanlı Balint Korpasiyə 4:2 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.

80 kq çəki dərəcəsində 1/8 finalda Mixael Vaqnerə (Avstriya) 11:0 hesabı ilə qalib gələn Rafiq Hüseynov növbəti mərhələdə Daniel Aleksandrova (Bolqarıstan) qarşılaşıb. O, 10:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. İdmançımız bu mərhələdə Türkiyə idmançısı Səlçuk Cebiyə 9:0 hesabı ilə qalib gələrək finala çıxıb. R.Hüseynov finalda rusiyalı Yevgeni Salayevə uduzub və gümüş medalla kifayətlənib


98 kq çəki dərəcəsində güləşçilərimizdən mübarizəyə öncə Orxan Nuriyev qoşulub. 20 yaşlı idmançımız təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşıb. Təcrübəli rəqibini 3:1 hesabı ilə məğlub edən Orxan 1/8 finalda litvalı Vilius Laurinaitislə güləşib. Bu dəfə rəqibini 9:1 hesabı ilə üstələyən güləşçimiz 1/4 finalda rusiyalı İslam Maqomedova məğlub olub. O.Nuriyev bürünc mükafat uğrunda görüşdə türkiyəli idmançı Cenk İldemə uduzub .




 
Bölməyə aid digər xəbərlər
26.01.2017
Useyn Boltun Olimpiya medalı əlindən alındı
31.12.2015
Yeni iliniz və həmrəylik bayramınız mübarək 2016
07.07.2015
Bakı 2015 I Avropa Oyunlarında qalib olan idmançı, tez özünə maşın aldı
28.06.2015
Pərviz Bağırov:“ “Qarşıdakı ən önəmli yarışım Rio-2016 Olimpiadasıdır“
27.06.2015
“Mən cənab Prezidentə dedim ki, Zəkiyev döyüş tapşırığını yerinə yetirdi”

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info