Səməd Nəsibov:” Viktor Mendinin “Qəbələ”dən getməsinin əsl səbəbi...”
Tarix: 30.05.2015 | Saat: 13:51:00 | Oxunub: 784 | E-mail | Çapa göndər
“Qəbələ” klubunun rəhbərşəxslərindən olan Səməd Nəsibovun Futbolmedia.Az saytına müsahibəsi

İlk öncə, Premyer Liqanın son turunda yüksək təşkilatçılığa görə “Qəbələ” klub rəhbərliyinə xüsusən də, sizə çox böyük təşəkkür düşür. Bu mövsüm qazandığınız bu uğurlar haqda nə deyə bilərdiniz. Nəzərə alsaq ki, mövsüm ərzində çətinlikləriniz olmuşdu?

Düzdü, mövsüm ərzində çətinliklər olmuşdu. Bundan başqa çox uzun bir marafon qət etdik. Özünüz də, bilirsiniz ki, zəif komanda anlayışı yoxdur. Lakin bütün bu çətinliklərə güc gəlməyi bacardıq. Biz komandaya və klubun strategiyasına çox güvənirik. Buna görə də,yaxşı nəticə qazanacağımıza inanırdıq. Və sonda inandığımız,gözlədiyimiz, nəticələri əldə etməyi bacardıq.

Bürünc medalların taleyi “Bakı” ilə son oyuna qalmışdı. Hətta baş məşqçi Roman Qriqorçuk da bildirmişdi ki, çempionat ərzində belə həyacan keçirməmişdi. Bəs bir rəhbərlik olaraq sizdə necə?

Sözsüz ki, çox həyacanlıydıq. Onsuz da həyacan hər zaman var. Elə futbolun gözəlliyi də, odur ki, heç bir nəticəni əvvəlcədən yüz faiz təyin etmək olmur. Futbolda hər şey ola bilər. Çünki nəticələr yalnız meydanlarda qazanılır. Dəfələrlə şahidi olmuşuq ki, arxayınçılıq fiaskoya səbəb olur. Tək biz deyil, bütün heyyət həyacanlı idi. Şükürlər olsun ki, komandamız meydanda böyük hesabla qalib gələrək bu sevinci “Qəbələ” azarkeşlərinə bəxş edə bildi.

Həmin gün azarkeşlərin açdığı plakatlar, bayraqlar, təşkilatçılıq yüksək səviyyədə idi. Bunu ərsəyə gətirmək nə dərəcədə çətin oldu?

Əslinə qalsa, elə bir çətinlik olmadı. Deyim ki,elə bir böyük maliyə də tələb olmadı. Ancaq bir çox gördüyümüz işlər kameraların gözündən qaçdı. Hər iki komandanın qarşısında akademiyamızın yetirmələri əllərində bayraq meydana daxil olması. PFL-in himdən sonra bizim Himnimizin səslənməsi, stadiona toplaşmış azarkeşlərimizdə böyük həcimli Azərbaycan bayraqları dalğalanırdı. Futbolçuların böyük plakatları açılmışdı. Matça başlamazdan əvvəl kapitanımız Ruslan Abışov komanda yoldaşı Viktor Mendiyə kapitanlıq sarğısını verməsi çox təsiredici və effektli alındı. Ancaq təssüfflər olsun ki, bu görüntülər efirə düşmədi. Lakin növbəti həftənin əvvəli öz çəklişlərimizi klubun rəsmi saytında yerləşdirəcəyik. Bir sözlə,bayram ab-havası çox böyük idi. Necə ki,oyundan əvvəl maraqlı və təsir edici oldusa, matçdan sonra da belə davamı gəldi. Həmin gün azarkeşlər, təşkilatçılıq və mükafatlandırma mərasimi mükəmməl oldu.

Oyundan sonra “Qəbələ”nin futbolçusu Ekiqodan nişanlısına təntənəli şəkildə evlənmək təklif etməsi, Azərbaycan futbolunda ilk dəfə olud. Bu, amil də futbola daha bir gözəllik qatır. Onun belə edəcəyindən sizin də xəbəriniz vardımı. Yoxsa, sizin üçün də surpriz oldu?

Bunlardan bizim xəbərimiz vardı. Ekiqo bunu oyundan öncə etməyi təklif etmişdi. Lakin biz matçdan sonra mükafatlandırma mərasimi, Mendiyə hədiyə verilməsi, ola biləcəyini düşündüyümüz üçün onu da həmin vaxta salmasını xaiş etdik. Biz də, bir rəhbərlik olaraq onun arzusunun həyata keçməsi üçün əlimizdən gələni etdik. Məncə,çox möhtəşəm alındı.

Viktor Mendiyə gəldikdə isə niyə “Qəbələ”nin vuran ayağını komandada saxlamaq mümkün olmadı. Bildiyimizə görə,klubdan birdəfəlik ayrılır?

İlk öncə, Mendidən baş məşqçinin,komanda yoldaşlarının və rəhbərliyin razı olduğunu bildirim. Yəni, onun meydanda göstərdiyi əzimkarlıq, səviyyəsi, mədəniyyəti, çox yüksək qiymətləndirilən futbolçulardandır. Həqiqətən də, bütün kollektivin yanında böyük hörmət qazanıb. Bizdə istəməzdik ki, belə bir futbolçunu əldən buraxaq. Komandanın aparıcı liderlərindən biridir. Buna siz özünüz də onun meydanda olan zaman şahidi olmusunuz. Lakin ailə məsələləri ilə bağlı belə qərar verməli oldu. Konkret desək,ikinci övladı dünyaya gələcəyi üçün belə addım atıb. Əslində,onun qalmasında baş məşqçi və rəhbərlikdə maraqlı idi. Mendi hazırda “Qəbələ” akademiyasında yetişən 100-dən çox futbolçuya nümunə ola biləcək bir oyunçudur. Həm pofesionallığı, səviyyəsi,həm də,insanlıq baxımından nəzərdə tuturam. Bundan başqa Mendi “Qəbələ”nin heyyətində ən çox oyun keçirmiş futbolçudur. Bu dəqiq sayla 127oyun keçirməklə 34 qola imza ataraq, klubun tarixinə düşüb. Belə bir futbolçu bundan sonra da, klubumuz tərəfindən hər zaman xatırlanacaq.

Bəs digər futbolçu Ekiqonun məsələsi nə yerdə qaldı. Bildiyimizə görə, onun da komandadan ayrılacağı söylənilirdi?


Bu məsələlər birbaşa mənə aid deyil. Lakin bildiyəmə görə dünən üçün Ekiqo rəhbərlikdən dörd gün fikirləşməyə vaxt istəyib. Yəni bu vaxt ərzində öz qərarını açıqlayacaq.

Belə başa düşdüm ki, rəhbərlik onu saxlamağa çalışır?

Bəli, Ekiqoya artıq komanda qalması üçün müqavilə təklif olunub. Lakin detallarından tam olaraq xəbərim yoxdur. Yəqin ki, bu dörd gün ərzində kluba öz mövqeyini açıqlayacaq.

Klubun prezidenti Tale Heydərov da mətbuata müsahibə zamanı bildirib ki, gələn mövsümdən ancaq çempionluq üçün mübarizə aparacaqsınız. Niyə bundan öncəkiillər deyil, məhz gələn mövsüm. Və bununla bağlı işlərə artıq start verilibmi?

Bilirsiniz, prezdentimiz Tale müəllim 4-5 mövsüm bundan öncədə çempionluqdan danışa bilərdi. Tale Heydərovun da, dedikləri təsadüf deyil. Çempion olmaq üçün təkcə güclü heyyət yetərli deyil. Çempion olmaq yolunda bir çox işlər görülməlidir. Birinci növbədə, klubun infrastrukturu, futbol akademiyası,və sairə kimi işlər görülməli idi. Artıq akademiyamızın da nailiyyətlər əldə etdiyini söyləmək olar. Bir çox futbolçuları milli komandanın heyyətinə çağrılıblar. Bu, kimi vacib məsələləri həyata keçirmək lazımdır ki, çempionluq haqda düşünəsən. Bundan başqa klubun tərkibində çalışan kadlırların peşəkarlığının daha da artması,təcrübəsinin bir qədərdə, yüksəlməsi lazımdır. Bir sözlə, bünövrədən hər şey yüksək peşəkarlıqla qurulmalıdır. Hazırda bütün bu işlər yüksək səviyyədə öz axarı ilə davam edir. Məhz PrezdentimizTale Heydərov bunları nəzərdə tutduğu üçün çempionluq haqda gələn mövsümdən danışıb. “Qəbələ” klubunun bir məqsədi var. Daima inkişaf etmək. Şükürlər olsu ki,buna da nail oluruq.

Deyərdim ki, Azərbaycan xalqının və azarkeşlərin Avroliqada yaxşı nəticə qazana biləcək iki kluba ümüd varsa, bunlar “Qarabağ” və “Qəbələ”klublarıdır. Bu amili nəzərə alsaq, “Qəbələ”yə daha güclü transferlərin olacağını gözləmək olarmı?

Konkret bu məsələ barədə dəqiq məlumat verə bilməyəcəm. Ancaq onu deyə bilərəm ki, Prezdentimiz və vitze-prezdentimiz də Avroliqada maksimum nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.

Əli HƏYATİ




 
Bölməyə aid digər xəbərlər
18.02.2018
Rəşad Sadiqov:“Qırmızı vərəqənin yeri yox idi“
17.02.2018
Ramin Musayev: “Tərlan Əhmədovun başını Ləzgi xəncəri ilə kəsəcəm”
17.02.2018
Samir Abasov :“ İmkanım olsaydı, əsas heyətdə özüm çıxardım“
17.02.2018
Tərlan Əhmədov:“ Amma etdiyimiz səhvlər matçın taleyini həll etdi“
12.02.2018
Yunis Hüseynov:“Onun artıq çəkisi yoxdur“

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info