Roman Qriqorçuk:“Belə vəziyyətdə öz oyununu göstərib vacib nəticə qazanmaq asan olmur”
Tarix: 29.05.2015 | Saat: 10:21:00 | Oxunub: 224 | E-mail | Çapa göndər
“Bu, “Qəbələ”də çalışan bütün insanların qələbəsidir. Mən onların hamısına təşəkkür edirəm. Futbolçuları nadir hallarda tərifləsəm də, bu gün onların ünvanına xoş sözlər deyəcəyəm. Oyunçular ciddi iş gördülər".

Futbolmedia.Az-ın gabalafc.az saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turunda "Bakı"ya 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.

Komandası ilə çempionatın bürünc medallarının qazanan təcrübəli mütəxəssis bildirib:

"Mövsümün ikinci yarısının əvvəlində turnir cədvəlində “Neftçi”dən nə qədər geri qaldığımızı nəzərə alıb, futbolçulara görülən bu işə görə böyük təşəkkür edirəm. Oyunun təhlili bir az ikinci plandadır. Çünki bu matçda bizə nəticə vacib idi. Belə qarşılaşmalarda lazım olan nəticəni əldə etməyin çətinliyini də başa düşürdük. Hər şeyin öz əlində olduğunu, medalların bir matçdan asılılığını biləndə stress də olur. Belə vəziyyətdə öz oyununu göstərib vacib nəticə qazanmaq asan olmur. Bu gün komanda bu işin öhdəsindən gəldi".




 
Bölməyə aid digər xəbərlər
18.02.2018
“Qarabağ“ “Səbail“ə, “Kəpəz“ “Keşlə“yə qarşı (ONLAYN)
17.02.2018
“Sumqayıt” – “Neftçi”ə, “Qəbələ“ “Zirə“yə qarşı (ONLAYN)
17.02.2018
Premyer Liqanın oyunları canlı yayımda
15.02.2018
“Qarabağ”dan atmacalı paylaşım
15.02.2018
Avropa Liqasının 1/16 final mərhələsinin oyunlarını göstərəcək kanallar

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info