Leyla Əliyeva Alpinizm Federasiyasının nümayəndələri ilə görüşdü
Tarix: 06.04.2015 | Saat: 18:12:00 | Oxunub: 556 | E-mail | Çapa göndər
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyasının nümayəndələri ilə görüşüb.

Futbolmedia.az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun da iştirak etdiyi görüşdə qonaqlara IDEA İctimai Birliyinin fəaliyyəti, onun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib və ölkədə ekoloji maarifləndirmənin genişləndirildiyi qeyd olunub. Həmçinin görüşdə sözügedən Federasiya ilə ekoloji maarifləndirmə və ekoloji incəsənət sahəsində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi, ölkə daxilində və beynəlxalq səviyyədə birgə layihələrin icrası imkanları istiqamətində ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyası 1932-ci ildə təsis edilib. Beş qitədə təmsil olunan Federasiya 50 ölkədən 80-dən çox təşkilatı və 2,5 milyondan artıq insanı bir araya gətirir.




 
Bölməyə aid digər xəbərlər
26.01.2017
Useyn Boltun Olimpiya medalı əlindən alındı
31.12.2015
Yeni iliniz və həmrəylik bayramınız mübarək 2016
07.07.2015
Bakı 2015 I Avropa Oyunlarında qalib olan idmançı, tez özünə maşın aldı
28.06.2015
Pərviz Bağırov:“ “Qarşıdakı ən önəmli yarışım Rio-2016 Olimpiadasıdır“
27.06.2015
“Mən cənab Prezidentə dedim ki, Zəkiyev döyüş tapşırığını yerinə yetirdi”

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info