Qriqorçuka və “Qəbələ”sinə vaxt verək (Yazı)
Tarix: 19.02.2015 | Saat: 13:38:00 | Oxunub: 1188 | E-mail | Çapa göndər
Əli HƏYATİ |

Premyer Liqa klublarımızın baş məşqçi tərəfindən bəxti heç gətirmir.


Bu klublar içərisində ən çox başı ağrayan klublardan biri “Xəzər Lənkəran”dırsa, digəri “Qəbələ”dir. Tez-tez məşqçi dəyişiklikləri komandaların oyununa hansısa məqsədlərə çatmasının qarşısına böyük bir sədd çəkir. Hazırda özünün yaxşı günlərini yaşamayan “Qəbələ” komandasının bu problemi daha qabarıq şəkildə özünü göstərir. Mövsümün əvvəlində Darniel Muntyanunu kluba gətirən “Qəbələ” klubu qış fasiləsində artıq ona əvəzləyici tapdı. Söhbət klubun hazırki baş məşqçisi Roman Qriqorçukdan gedir. Onun gəlişindən sonra rəhbərliyin ümidi və iddiasının artığını verdikləri müsahibələrdən aydın sezmək olardı.Hətta Qriqorçukun gəlişindən sonra heyətə Ukrayna və Avropa futbolunda ad çıxarmış Aleksey Qay, Ruslan Fomin, Mixail Sivakov kimi isimləri gördük. Lakin çempionatın ikinci dövrəsində “Qəbələ” Roman Qriqorçukun rəhbərliyi altında istədiyi futbolu nümaiş etdirə bilmir. Düzünü desəm, burda baş məşqçini başa düşmək olar. Komandaya yeni gəlməsi ilə yanaşı yeni futbolçuların adaptasiya məsələsini də unutmaq lazım deyil. Əgər yadınızdadırsa, Rusiya futbolunda xüsusi çəkiyə və ad-sana malik Yuri Syomin də “Qəbələ”yə baş məşqçi gətirilən zaman belə uğursuzluqlar yaşamışdı. Hətta “Qəbələ”nin məğlubiyyətləri, göstərdiyi nəticələr,Syominə inamı xeyli azaltmışdı. Lakin zaman göstərdi ki, futbolda elə zamana ehtiyac var. Bir müddətdən sonra Syomin özünün və futbol baxımından nəyə qadir olduğunu sübut etdi. “Qəbələ” Avroliqaya vəsiqə qazandı. Düşünürəm ki, həm rəhbərlik, həm də həmkarlarım eyni vaxtı Roman Qriqorçuka da verməlidir. Əgər müəyyən vaxt kəsiyindən sonra özünün sübut etməsə necə deyərlər, Qəbələyə ancaq pul qoparmağa gəlibsə, onda onu tənqid edənlər sırasında məndə olacam. Lakin indidən tez bir qərar verməyə dəyməz. Xatırlayırsınızsa, ilk dövrədə Tərlan Əhmədovun AZAL-ı da çox pis təsir bağışlayaraq, məğlubiyyətləri sıralayırdı. Lakin ikinci dövrədə tam fərqli bir AZAL gördük. Dörd oyuna iki qələbə bir heç-heçə və bir məğlubiyyətləri var. Düşünürəm ki, “Qəbələ” klubu da Roman Qriqorçukun rəhbərliyi altında öz oyununu, necə deyərlər uğurun açarını tapacaq. İstənilən halda yeni baş məşqçi və futbolçulara vaxt lazımdır. Bildiyimə görə “Qəbələ” klubunun rəhbərliyi Roman Qriqurçuka sərt şəkildə xəbərdarlıq edib. Fikrimcə, bu töhmət və xəbərdarlıq son görüşlərdə özünü göstərəcək. Bir jurnalist və Azərbaycan futbolunu sevən şəxs kimi klublarımızı daha yüksək mərtəbələrdə görmək istəyirəm. Hər şeyi olduğu kimi çatdırmağa çalışıram. Lakin bu məslədə bir qədər səbir nümaiş etdirmək gərəkir. Vaxt verək, baxaq görək, növbəti turlarda Roman Qriqorçuk hansı göstəricilərə imza atacaq. Hələ ki, onu dəstəkləmək lazım olduğunu düşünürəm. Tez-tez məşqçi dəyişikliyi hələ heç bir kluba uğur, baş ucalığı gətirməyib.

Əli HƏYATİ




 
Müəllifin son yazıları

07.11.2014 AZAL-da həyəcan təbili (YAZI)
11.10.2014 Elxan Məmmədov, Berti Foqts və millimizin rəzaləti (YAZI)
25.09.2014 Sizcə, Tərlan Əhmədov heç buna yol verər? (YAZI)
31.08.2014 “Neftçi”dəki harınlamışlar YAZI
30.08.2014 “Qarabağ”ın uğuru üçün Təşəkkürlər Emrah Çelikel YAZI

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info