AZAL-da həyəcan təbili (YAZI)
Tarix: 07.11.2014 | Saat: 17:46:00 | Oxunub: 1404 | E-mail | Çapa göndər
Əli HƏYATİ |

Premyer Liqada hər zaman rəqiblərinə baş ağrısı olan AZAL klubu hazırda özünün yaxşı günlərini yaşamır.


Turnir cədvəlinin 9-cu pilləsində qərarlaşan klub mövsümün əvvəlindən bəri hələ də öz oyununu tapa bilməyib. Bir çox oyunlarda qələbəni əldən verən “təyarəçilər”in keçən ilki əzimkarlığı sezilmir. Görəsən bütün bu problemlərin başında nə durur. Əslində, klub rəhbərliyi komanda və gəlib gedən baş məşqçiləri üçün hər şərait yaradır. Elə bunu demək kifayyətdir ki, AZAl-ın heç bir klubdan geri qalmayan bazası var. Bundan başqa heyyətindəki futbolçular da səviyyəcə digərlərindən heç də, zəif deyil. Ən əsasıda odur ki, klub rəhbərliyi baş məşqçilərin işinə qarışmır. Birbaşa işlərinə müdaxilə etmir. Bəs niyə Tərlan Əhmədovun komandası bu gün özünün layiq olmadığı yerdədir. Mövsümün əvvəlində klub rəhbərliyi başda vitze-prezdent Fikrət Hüseyinov məqsədlərinin Avrokubok yarışlarına vəsiqə qazanmaq olduğunu açıqlamışdı. Onun üçün çox çalışdıqlarını və komandaya hər cürə şərait yaratdıqlarını bildirmişdi. Adamın üstündə Allah var. Həqiqətəndə klub rəhbərliyi komandası üçün hər şey etdiyini gördük. Yəni bir çox klublar xarici ölkələrdə təlim –məşq toplantısı keçməyə yollanmadığı, və ya, gec getdiyi halda, AZAL bunları daha erkən etdi. Bundan başqa heyətə kifayət qədər səviyyəli legionerlər alındı. Bəs niyə uğursuzluq sindromu hələ də qırılmayıb. Məncə bu haqda bir balaca baş məşqçi Tərlan Əhmədov da düşünməlidir. Klub rəhbərliyi hətta məğlubiyyət olduğu halda baş məşqçilərinə güvəndiyini bildirir. Yəni uğursuzluğa baxmayaraq baş məşqçini dəstəklədiyini və ona inandıqlarını bildirirlər. Baş məşqçini stimullaşdırmaq üçün məğər bundan başqa rəhbərlik nə etməlidir ki? Klubun vitze-prezdenti Fikrət Hüseynovu bir idman adamı kimi yaxşı tanıyırıq. Onun idman anlayışının necə yüksək olduğuna da yaxşı bələdik. Hətta onun bir çox klub rəhbərlərindən fərqli olaraq, gününü komandanın yanında keçirməsini, komandanın uğur əldə etməsi üçün əlindən gələni etdiyini görməmək olmaz. Çünki həm keçmiş idmançı və idmanı sevən şəxsdir. Gecə -gündüz klubun uğur qazanması üçün çalışır. Neçə illərdi ki, Fikrət Hüseynov AZAL klubunda çalışır. Və hər il AZAL klubu çempionatda yaxşı çıxışlar edib, güclü rəqiblərinə divan tutubdur. Hətta Avroliqaya da vəsiqə qazanıb. Demək ki, bütün bu problemlərin başında rəhbərlik durmur. Bu mənim öz jurnalist fikrimdir. AZAL-ın hazırki uğursuzluğuna baxmayaraq rəhbərlik baş məşqçi Tərlan Əhmədovu dəstəkləyir. Lakin bütün dünyada belə qəbul olunub ki, klub uzun zaman uğursuz çıxışlar edirsə, baş məşqçi günahkardı. Məqsədim Tərlan Əhmədovu vurmaq deyil. Məqsədim Tərlan Əhmədovu qəflət yuxusundan ayıltmaqdır. Bəlkə Tərlan Əhmədov elə fikirləşir ki, onun AZAL-a iki illik müqaviləsi var. Və ona gözüm üstə qaşım var deyən olmayacaq. Əgər bir baş məşqçi belə fikirləşirsə çox yanılır. Gənc mütəxəssis fikirləşməlidir ki, ardı-arda uğursuzluq qeydə alındıqda, bir gün klub rəhbərliyi onu yanına çağıracaq. Çünki hər şeyin qədəri var. Məncə, daha məsuliyyətli olmaq lazımdır. İşə daha ciddi yanaşmaq gərəkdir. Tökülüb-dağılan, aclıq aksiyası keçirən “Bakı”ya məğlub olmaq, qapazaltı olan “Araz Naxçvan”la xal itirmək, artıq həyəcan siqnalı verir. Baş məşqçi bir şeyi bilməlidr ki,o,klub rəhbərliyinin nə qardaşı, nə də ki, qohumudur. Baş məşqçi də digərləri kimi klubun işçisidir. Və öz vəzəifəsini icra etməlidir. Hər bir klub “qara zolağ”a düşə bilər. Lakin həmin “qara zolaq”dan vaxtında çıxmaqda bir cəsarətdir. İnanıram ki, hər zaman azarkeşləri təcübləndirən, yaxşı nəticələr qazanaraq sensasiyalar edən AZAL-ı meydanda yenə görə biləcəyik.

Əli HƏYATİ




 
Müəllifin son yazıları

19.02.2015 Qriqorçuka və “Qəbələ”sinə vaxt verək (Yazı)
11.10.2014 Elxan Məmmədov, Berti Foqts və millimizin rəzaləti (YAZI)
25.09.2014 Sizcə, Tərlan Əhmədov heç buna yol verər? (YAZI)
31.08.2014 “Neftçi”dəki harınlamışlar YAZI
30.08.2014 “Qarabağ”ın uğuru üçün Təşəkkürlər Emrah Çelikel YAZI

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info