Elxan Məmmədov, Berti Foqts və millimizin rəzaləti (YAZI)
Tarix: 11.10.2014 | Saat: 12:38:00 | Oxunub: 1265 | E-mail | Çapa göndər
Əli HƏYATİ |

AVRO-2016-nın seçmə mərhələsinin ikinci turunda millimiz növbəti oyununa çıxdı.

Əlbəttə ki, bu oyun öncəsi həm azarkeşlər, həm jurnalistlərin müxtəlif fikirləri oldu. Bir çox insanlar Berti Foqtsdan sensasiyasından, daha çox hissəsi isə millimizin məğlubiyyətindən danışırdı. Əslində, dünənki oyunda İtaliya millisi daha böyük hesablı qələbə qazana bilərdi. Sadəcə, bir qədər bəxtləri də gətirmədi. Azərbaycan yığmasının isə əksinə bəxti gətirdi ki, rəqib futbolçu avtoqol vuraraq, hesabı bizim üçün loru dildə desək “suxoy” olmasına imkan vermədi. Söhbəti gətirək millimizin oyununa. Bu görüşdə də Berti Foqtsun yığması özünün müdafiəyə olunan, qorxaq futboluyla yadda qaldı. Hələ nəzərə almaq lazımdır ki, İtaliya millisi sürətli əks- hücumlu və hücumu daha təhlükəli olan komandalardan deyil. Matcın 44-cü dəqiqəsindəki qapımıza vurulan bu qol bir rəzalət idi. Həm futbolçular, xüsusən də qapçı Kamran Ağayev üçün biabırçılıq idi. Adını yaxşı və ölkənin bir nömrəli qapçısı qoyduğumuz Kamran ənənəvi, yersiz, fikirləşmədən etdiyi çıxışlarıyla bu dəfə də Azərbaycan millisini zərbə altına saldı. Qardaş, bu qapçı meymun sayağı yersiz çıxışlarıya milləti bezdirib. Həmin epizodun dəfələrlə təkrarını izlədim ki, bəlkə Kamran Ağayevə hardasa haqq qazandırmaq olar. Lakin topu uzaqlaşdırmaq üçün etdiyi bu çıxış elə ürəksiz və məhsuliyyətsiz etdi ki, sanki dənizdə qızlarla elə -belə “mırta” voleybol oynayır.İnanın mənə nə qədər ki, ona rəqib olacaq qapçımız yoxdursa, Kamrandan belə “quşlar”, və uşaq səhvləri gözləməyə məhkumuq. Necə deyirlər, nə “hərləyir” ey Berti Foqts kimi daydayısı var. Oyun epizodlarını birində diqqət çəkən bir məqam da oldu ki, artıq karyerasının qrüb çağlarını yaşayan rəqib futbolçu Pirlonun ayağından topu bizim üç futbolçumuz ala bilmədi. Baxmayaraq ki, Araz Abdullayev, Qara Qarayev və Rahid Əmirquliyev eyni anda Pirlonun üzərinə çökmüşdülər. Pirlo isə yerindən çox tərpənmədən sanki onlarla məzələnirmiş kimi topla davranırdı. Sonda nə oldu, ölkəmizin ən bərtgedən futbolçuları bir qoca kişinin ayağından topu qopara bilməyib qaydanı pozdular. Həmin epizod çox gülməli və maraqlı alındı. Pirlo güclü futbolçudur. Lakin 3-ün birə qarşı belə mübarizə aparması, rəzalət idi. Ümumiyyətlə, Berti Foqtsun millisindən bundan artığını da gözləməyə dəyməzdi. Çünki “Tülkü” ləqəbli mütəxəssis, bilir ki, hansı nəticə olursa-olsun, AFFA-nı sağmaqda davam edəcək. Çünki arxasında heç kimin girişə bilmədiyi, Elxan Məmmədov var. Hər il, Foqtsla birgə milyonlarla manatın arxasından keçirlər. Heç onlara gözün üstə qaşın var deyən, dövlət orqanları tərəfindən nəzarət belə yoxdur. Futbolu dünən sırağa gün oynamağa başlayan Albaniya millisi səfərdə heyəti dünya ulduzları ilə dolu olan Portuqaliya yığmasını məğlub edir. Bizdə Allaha yalvarırıq ki, İtaliya bizə 2-3 topdan artıq vurmasın. Vurduğumuz qola gəlincə isə yaxşı ki, Çellini həmin gün qol vurmaq həvəsinə düşmüşdü. Hansı qapıya gəldi qol vururdu. Həmin qol epizodunda Rauf Əliyev oyunun qəhramanı Çellinini nətər qüvvətli zərbəylə itələdisə qapının içinə, italiyan futbolçu top qarışıq qapıdan keçdi. Yazıq özü də nə baş verdiyini anlamadı. Həmin avtaqol zamanı Foqtsun reaksiyasını görərdiniz. Elə can fəşanlıq etdi, elə qürurlandı ki, güya bunun futbolçuları səviyyəli kombinasiyalı hücum təşkil edib. Qolu bizim futbolçular vurub. Təxmin edirəm ki, həmin anda Berti cənablarının ağlından nə keçdi. Bircə bu oyun heç –heçə bitsəydi, çıxıb Azərbaycanlı jurnalistlərinin qarşısında ağzını-burnunu əyə-əyə lovğa-lovğa heç –heçədən danışardım. Ay qardaş nə qədər ki, AFFA-nın bu hiyləgər sistemi öz fəaliyyətini davam etirir, bizə Dünya və Avropa çempionatlarında komandamızı izləmək nəsib olmayacaq. Elə ara-sıra Berti Foqts gəlib ildə iki dəfə təlim-məşq toplantısı keçib, çıxıb gedəcək vətəninə. Bütün bu illər ərzində qazanan yalnız Elxan Məmmədovun AFFA-sı və Berti Foqts olub. Belə davam etsə, indən belə də qazanan tərəf elə onlar olacaq. Qardaş bu AFFA-deyilən xarabaya bir dövlət xüsusi xidmət orqanlarından, Nazirlikdən niyə bir güclü nəzarət yoxdur. Görəsən bu milyonlarla Avrolar hara yoxa çıxır. Kimlərin ciblərinə axır. Açığı mən bilirəm hara və kimlərin ciblərinə gedir. Sadəcə, bunu mən deyil, dövlət xüsusi xidmət orqanları, Nazirliklər, karupsiya qarşı xidmət orqanları gərək bilsin. Mənim bilməyimin nə mənasl var. AFFA-ya bir sözüm var. Əgər içinizdə, qəlbinizdə, vicdan deyilən bir zad varsa, qurtarın bu oyunu. Kişi kimi ölkənizə xidmət edin. Yoxsa bunun axırı sizin üçün heç yaxşı qurtarmaya bilər. Tarixi boyu sultanlar, şahlar, hökmdarlar belə, etdikləri özbaşnalıqların, insanların qanı, canı bahasına yedikləri sərvəti qusublar. Özüdə qanla qusublar. Çalışın siz belələrindən olmayasınız.

Əli HƏYATİ




 
Müəllifin son yazıları

19.02.2015 Qriqorçuka və “Qəbələ”sinə vaxt verək (Yazı)
07.11.2014 AZAL-da həyəcan təbili (YAZI)
25.09.2014 Sizcə, Tərlan Əhmədov heç buna yol verər? (YAZI)
31.08.2014 “Neftçi”dəki harınlamışlar YAZI
30.08.2014 “Qarabağ”ın uğuru üçün Təşəkkürlər Emrah Çelikel YAZI

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info