Sizcə, Tərlan Əhmədov heç buna yol verər? (YAZI)
Tarix: 25.09.2014 | Saat: 14:11:00 | Oxunub: 79 | E-mail | Çapa göndər
Əli HƏYATİ |

Son günlər AZAL klubu və onun ətrafında bir çox söz-söhbətlər yaranıb.

Söz-söhbətlərdən biri də, klubun baş məşqçi tərəfindən deyil, rəhbərlik tərəfindən idarə olunması iddia olunur. Güya ki, Tərlan Əhmədov klubun baş məşqçisi yox, həmin postda oturmuş bir müqəvvadır. Açığı Tərlan Əhmədovu və onun xasiyyətini, onun özünü müdafiə etmək üçün hansı yollara əl ata biləcəyini bilməsəydim, mən də belə düşünənlərdən olardım. Lakin sizə dəqiq deyərdim ki, Tərlan Əhmədov kimi insanlar paxıl və tutduğu bir şikarı əlindən buraxmayanlardandır. Hansı vasitə ilə olursa-olsun. Elə sözün hər mənasında. Bu adam “Neftçi”də baş məşqçi Böyükağa Hacıyevin köməkçisi işləyə-işləyə onun yerini tutmaq üçün çox iddialı idi.. Bir sözlə, özündən deyən, tutduğunu buraxmayan, xeyrini yaxşı bilən adamdır. İnanmıram ki, Tərlan Əhmədov tipində olan bir adam özünün pult, və ya, hansısa aparat kimi idarə olunasına imakn versin. Söhbət elə səlahiyyətlərinin az olmasından, futbolçuları güya özünün deyil, rəhbərliyin bir başa kluba gətirdiyi iddia olunur. Bilirsiniz, bəlkə də başqa klubda olsaydı, buna inanmaq olardı. Lakin AZAL rəhbərliyi tərəfindən edilməsi inandırıcı görünmür. Belə olsaydı, AZAL-ın sabiq baş məşqçisi Vaqif Sadıqov haqda da deyilərdi. Əgər rəhbərlik həmin rəhbərlikdirsə, bunu Vaqif Sadıqova da diqtə edərdi. Bundan başqa klub rəhbərliyini də artıq neçə illərdi ki, tanıyırıq. Söhbət konkret olaraq klubun vitze-prezdenti Fikrət Hüseynovdan gedir. Onun bir keçmiş idmançı kimi tanıyıram. Vaxti ilə ölkənin ən yaxşı gənc futbolçularından olub. Hətta 17 yaşında belə ilk qızıl medalını əldə edib. Bundan başqa “Neftçi”nin Yunis Hüseynov, İsgəndər Cavadov və sairə kimi güclü futbolçularıyla birgə bir komandada top qovub. Bir sözlə, Fikrət Hüseynov keçmiş futbolçu və idman adamıdır. O da, yaxşı bilir ki, belə bir idarə etmə peşəkarlığa sığmaz. Və mən bu insanın keçmişini, xasiyyətini, yaxşı tanıdığım üçün dəqiq bilirəm ki, Fikrət Hüseynov öz klubunda belə qeyri peşəkarlığa heç zaman yol verməz. Onun necə sadə, idmana necə bağlı bir insan olduğunu bilirəm. AZAL-ın baş məşqçisi Vaqif Sadıqovla da neçə illərdi ki, bir –birimizi tanımışıq. Heç zaman AZAL-da rəhbərliyin ona təyziqindən gileylənməyib. Əksinə hər zaman deyib ki, klubda baş məşqçi də mənəm elə rəhbərliyi də. Bu isə ona əsas verir ki, AZAL rəhbərliyi bütün məşqçilərinə komanda qurmaqda, futbolçu seçməkdə, heyyəti müəyyənləşdirilməsində sərbəstlik verib. Mən öz gözümün gördüyünün, qulağımın şahidi olduğum şeylərdən yazdım. Mən nəyi olmasa da AZAL rəhbərliyinin və ən əsası Fikrət Hüseynovun peşəkarlığına çox güvənirəm.

Əli HƏYATİ




 
Müəllifin son yazıları

19.02.2015 Qriqorçuka və “Qəbələ”sinə vaxt verək (Yazı)
07.11.2014 AZAL-da həyəcan təbili (YAZI)
11.10.2014 Elxan Məmmədov, Berti Foqts və millimizin rəzaləti (YAZI)
31.08.2014 “Neftçi”dəki harınlamışlar YAZI
30.08.2014 “Qarabağ”ın uğuru üçün Təşəkkürlər Emrah Çelikel YAZI

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info