“Neftçi”dəki harınlamışlar YAZI
Tarix: 31.08.2014 | Saat: 14:46:00 | Oxunub: 136 | E-mail | Çapa göndər
Əli HƏYATİ |

Bütün azarkeşlərin gözləri və diqqəti Avroliqanın pley-off mərhələsində həlledici matça çıxacaq təmsilçilərimiz “Neftçi” və “Qarabağ” klublarına yönəlmişdi.
“Qarabağ” bu mübarizədən üzü ağ çıxaraq qrup mərhələsinə vəsiqə qazansa da, “Neftçi” bunu bu dəfə bacarmadı. Elə hər şey Serbiyadakı oyunda buraxılan kobud səhvlər, arxayınçılıq və təmsilçimizin vurduğu iki qoldan sonra meydanda can qoymamağından başladı. Hesabda iki top fərqiylə irəlidə olasan, sonradan dəxlisiz, heçnədən səfeh qollar buraxıb evə məğlub dönəsən. Denis Silvanın vurduğu iki qoldan sonra “Neftçi”li futbolçular meydanda sanki donmuşdu. Bundan sonra nə edəcklərini bilmirdilər. Hücuma atılaraq hesabı daha da artırmaq, yoxsa, müdafiəyə qapanıb nəticəni qorumalı olduqlarını bilmədilər. Sanki oyunun ilk dəqiqələrində iki top fərqiylə irəlidə ola biləcəklərini heç ağıllarına da belə gətirməmişdilər. Lakin bütün bu avtoqol, çaşqınlıqlara baxmayaraq, 2:3-lük məğlubiyyət də “Neftçi” üçün ümüd verici idi. Hər kəs “ağ qaralar”ın Bakıda “Partizanı darmadağın edəcəyini düşünürdü. Sən saydığını say gör Flavinyo, Saşa Stamenkoviç, Bertuççi nələr düşünür. Bu futbolçuların adlarını əbəs yerə çəkmədim. Məhz bu futbolçular öz əvvəlki oyunlarının heç əlli faizini belə son zamanlar nümaiş etdirmirlər. Saşa Stamenkoviçə gəlincə isə onun artıq klubdan getmək vaxtı yetişib. Məhz bu qapçının necə gəldi, lazımsız anda,meymun kimi irəli çıxaraq qapısını tərk etməsi, “Neftçi”yə baha başa gəldi. Əvvəla, serbiyadakı oyunun 32-ci dəqiqəsində az qala meydanın mərkəzinə qədər çıxmışdı ki, rəqib futbolçu Qrabiç qapçını “paraşüt” zərbəylə cəzalandırdı. Bakıdakı qarşılaşmada da Saşa yenədə öz ampulasında idi. Matçın 23-cü dəqiqəsində Elvin Yuniszadə qolun müəllifi Skuletiçi gözdən qoysa da səhvini sığortalıyaraq, futbolçunun qarşısını kəsməyi bacardı. Lakin bu dəfə də Saşa özündən Amerika kəşf edərək lazımsız yerdə irəli çıxdı. Belə də bu dəfə də top Saşanın üstündən qapıya daxil oldu. Hətta Elvin rəqib futbolçu Skuletiçə tərəf qaçarkən sağ əlini Stamenkoviçə tərəf uzadaraq yerində qal işarəsini verdi. Ancaq Stamenkoviç yenə də komandasına zərbə vurmaqdan əl çəkmir. Həqiqətən də qapıçı yerində qalsaydı, Skuletiçin topu qapıdan keçirmək şansı cəmi 30 faizə bərabər idi. Çünki Elvin vaxtında rəqib futbolçunun önünü kəsməyi bacarmışdı. Saşa “Partizan”ın futbolçularını görəndə belə az qala ayaqları əsirdi. Onun necə həyəcanlı olduğunu, azarkeşlərin təyziqinə tab gətirə bilmədiyi, açıq-aşkar görünürdü. Hər iki oyunda meydanda olan Flavino Bertuççi də heçnə ilə yadda qala bilmədilər. Bəh-Bəhlə gətirilən Kanalesin əlinə bircə şans düşdü ki, onu da boşa verdi. Onun belə hazırlıqsız vəziyyətdə, belə bir vacib qarşılaşma üçün gətirilməyinin nə anlamı vardı. Hazırlıq səviyyəsi yüksək olan, formada olan bir hücumçu gətizdirmək daha yaxşı olardı. Nəinki yeyib yatmış, çəkisi artmış Kanalesi. İnanın mənə onun tam olaraq formaya düşməsi üçün bəlkə də aylar lazım olacaq. Bu amil isə “Neftçi”yə sərf etmir. “Ağ qaralar”a bu vəziyyətdə mütləq vuran ayaq lazımdır. Özünüz də görürsünüz ki, qolları müdafiəçilər vurur. Ümumiyyətlə, Flavinyo, Bertucci, Saşa Stamenkoviçin artıq harınladıqları gözdən qaçmır. Bertuccinin oynadığı bir oyun yoxdur, meydanda lovğa –lovğa gəzir. Gah hakimlə dəxlisiz mübahisələr, tez-tez səhvlər, top itirilmələri, ünvansız ötürmələri ilə artıq uzun müddətdir ki, nəzərimdədir. Flavinyo da əvvəlki səviyyəsində deyil. Saşanı da izah etdik. Bildiyimə görə bu qapçı ölkənin və “Neftçi”nin ən yüksək məvacib alan futbolçusudur. Qrupun bir addımlığında doğma meydanda bu şansı və əldən vermək biyabırçılıqdı. Əslində, “Partizan” da hazırda güclü deyildi. Onların doma meydanlarında ardı-arda buraxdıqları qollar, tez-tez etdikləri səhvlər də buna işarə edirdi. Sadəcə, Serbiyalı futbolçularda əzmkarlıq yüksək səviyyədə idi. Hansı ki, “Neftçi”nin futbolçularında biz onu görə bilmədik. Düşünürəm ki, klubun prezdenti Sadıq Sadıqov arıtq adlarını çəkdiyim futbolçuların başını tumarlamalı deyil, qapazı vurub ən geci qışda yola salmalıdır. Bütün bu uğursuzluqlarda klubun bir çox rəhbər şəxsləri də komandadan göndərilməlidir. Elə başda və deyilənə görə havada olan vitze-prezdent Tahir Süleymanov qovulmalıdır. Onun bu istefa ŞOU hoqqaları da nəinki biz jurnalistlərə, hətta futbolçulara da çox pis təsir edib. Yəqin olar da Süleymanovun və klub rəhbərliyini bu oyunundan artıq beziblər. Sadıq Sadıqov bu uğursuzluqdan sonra artıq vaxtır ki, yarım qalmış işləri tatamlayasınız. Həm bəzi futbolçuları, həm də,Tahir Süleymanovu göndərib, komandaya təzə nəfəs gətirmək lazımdır. Elə baş məşqçini də bura aid etmək olar. Onsuz da Böyükağa Hacıyevin taktikasına kimdir baxan. Komanda onsuz da necə lazımdırsa, təşkil edilib, meydana buraxılır. Hazırda “Neftçi”yə Flavinyo, Saşa Stamenkoviç, Bertuççi kimi avtoritet olmuş, çırtqoz futbolçular gərək deyil. Bu dəfə vəziyyətin necə olduğunu yaxşı anladınız. Ümumiyyətlə, hazırda “Neftçi”yə böyük kadır dəyişikliyi lazımdır. Su bir yerdə çox qalanda iylənər. Həmin o, suyu təzələmək, yerinə yeni bulaq suyu əlavə etmək gərəkdir. Nəticəyə daha ac olan insanlar, futbolçular, işçilər gətirilməlidir. Bütün bunları ürək ağrısıyla yazırıq. İstəməzdik ki, Azərbaycanı xarici ölkədə təmsil edən və ölkənin ən adlı sanlı, titullu klubu belə günlər, belə uğursuzluqlar yaşasın. “Neftçi”də bizimdir, “Rəvan”da. Biz jurnalistlər üçün ən əsası futbolmuzun inkişafı və uğrudur. Ümüd edirik ki,“Neftçi” rəhbərliyi bu uğursuzluqdan sonra bir nəticə çıxardacaq. Və lazımı olan addımları atacaq.

Əli HƏYATİ




 
Müəllifin son yazıları

19.02.2015 Qriqorçuka və “Qəbələ”sinə vaxt verək (Yazı)
07.11.2014 AZAL-da həyəcan təbili (YAZI)
11.10.2014 Elxan Məmmədov, Berti Foqts və millimizin rəzaləti (YAZI)
25.09.2014 Sizcə, Tərlan Əhmədov heç buna yol verər? (YAZI)
30.08.2014 “Qarabağ”ın uğuru üçün Təşəkkürlər Emrah Çelikel YAZI

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info