“Qarabağ”ın uğuru üçün Təşəkkürlər Emrah Çelikel YAZI
Tarix: 30.08.2014 | Saat: 12:26:00 | Oxunub: 132 | E-mail | Çapa göndər
Əli HƏYATİ |

Bir müddət öncə “Qarabağ” ölkə çempionluğunu qazandıqda bu, klub haqda müzakirə aparmışdıq.

Bəlkə də bir çoxları “Qarabağ”ın Avroliqanın qrup mərhələsinə vəsiqə qazanacağına inanmırdılar. Lakin mən öz yazımda bu klubdakı quruculuq, idarəetməni, komandadakı nizam-intizamın yüksək səviyyədə olduğunu yazaraq, rəhbərlik və klubun düzgün yolda olduğunu bildirmişdim. Düzdü, Çempionlar Liqasında “Qarabağ”ın istədiyi həyata keçmədi. Çünki rəqib komanda “Qarabağ”dan həm maliyə həm də təcrübə baxımından qat-qat güclü “Zalsburq” idi. Bütün bu üstünlüklərə baxmayaraq “Qarabağ” Avstriya təmsilçisini Bakıda məğlub etməyi bacarmışdı. Səfərdə Hollandiyanın tanınmış “Tvente” klubuyla qollu heç-heçə edərək “Qarabağ” növbəti bir tarix yazdı. Onsuz da Çempionlar Liqasında ikinci mərhələyə vəsiqə qazanaraq tarix yazmışdı. Lakin bu tarix bütün qarabağlıların, Azərbaycan xalqının ürəyincə oldu. Onsuz da Qarabağ adı elə adından göründüyü kimi ürəkləri parçalıyan, böyük siyasi bir önəm daşıyır. Sən demə “Qarabağ”ın Avrokubokdakı çıxışlarını nəinki Azərbaycanlılar, hətta Ermənilər və Erməni mənşəli insanlar da diqqətlə izləyirmiş. Əlbəttə ki, ermənilər bu oyunda Qarabağı” düşman bir komanda kimi izləyərək məğlub olmasını istəyirdilər. Elə Hollandiyadakı oyunda üç erməni dığasının yan-yana oturaraq “Tvente”yə necə ürəkdən azarkeşlik etmələrinin şahidi olduq. Lakin bu dığaların da bir çox “Qarabağ” düşmanları kimi arzuları ürəklərində qaldı. Bəli, bu gündən sonra “Qarabağ” adı Avropada daha çox hallanacaq. Bu həm də ölkəmiz üçün önəmli və siyasi addım olacaq. Şəxsən mən gördüyümü və bildiyimi danışmağı üstün tuturam. Bu işin başında duran şəxs və şəxslərin əməyinə göz yunmaq nankorluq olardı. Bütün bu işlərdə və uğurlarda ən böyük pay sahibi kimi “Qarabağ” klubunun icraçı-drektoru Emrah Çəlikəli görürəm. Qardaş bütün futbolçu və məşqçi heyəti bu şəxsə hörmətlə yanaşır. Azərsun şirkətinin və “Qarabağ” klubunun mühafizəçisindən tutmuş, yüksək vəzifəsində çalışan şəxslərinə kimi Emrah Çəlikələ inamı böyükdür. Mən özüm bu insanın necə çalışqan olduğunu şəxsən analiz etmişəm. Hara baxsan Emrah Çəlikəli görürsən. Ən elementar bir misal çəkək. “Tvente” ilə Hollandiyadakı tarixi bir matçda olan Emrah Çəlikəl, səhəri gün ertə saatlarda artıq Monakoda idi. Avroliqanın qrup mərhələsinin püşkatmasında “Qarabağ”-ı təmsil edirdi. Bu yuxusuz gecələr, istirahətsiz günlər və əziyyət deməkdir. Sirr deyil ki, bütün işləri Emrah Çəlikəl yönəldir. Və bütün işlərin öhtəsindən düşünürəm ki, maksimum gəlməyi bacarır. Əgər bacarmçasaydı, bu gün “Qarabağ” daha bir tarix yazmamzdı. Bir çox klub rəhbərlərinin bacarmadığı, futbol adamlarının edə bilmədiyini, Emrah Çəlikəl bacardı. Fikrimcə, Abdulbari Gözəl və Tahir Gözəl, Emrah Çəlikələ daha çox səlahiyyət verməlidirlər. Çünki uğrun açarı bu şəxsdədir. Yadımdan çıxmazdır ki, “Qarabağ” Bakıda “Zalsburq”u məğlub edərkən hamıdan çox sevinən, həyacanlı olan məhz Emrah Çəlikəl idi. İnanın Rövnəq Abdullayev və ətrafının yanında sevinc göz yaşlarını güclə saxlayırdı. Bu bilirsiniz nə deməkdir. Bu o, deməkdir ki, bu insan bu klubda hər qələbə, hər uğur üçün çox əziyyət çəkir. Bir insan ki, gecə -gündüz əziyyət çəkdiyi, var gücünü sərf etdiyi bir işi yüksək səviyyədə həyata keçirməyə nail olursa, dünyanın ən xoşbəxt insanı olur. Fikrimi ona gətirirəm ki, bu insan bəzi futbol adamları, rəhbərləri kimi klubda vaxtını əbəs yerə keçirmir. Bu işi ona həvalə ediblərsə, onu canla başla edir. Unutmaq lazım deyil, Emrah Çəlikəl bu gün Azərbaycan üçün siyasi baxımdan çox böyük bir iş bacardı. Hazırki atəşkəs dövründə yaşayan bir dövlət üçün, bundan yaxşı bir siyasət ola bilməzdi. Əlbəttə ki. Avroliqanın qrupunda qarşılaşacaq rəqiblərimiz İtaliya “İnter”i, “Sent Etyen”, “Dnepr” çox güclü klublardandır. Və bilirəm ki, “Qarabağ”ın işi ağır olacaq. Lakin Əgər “Neftçi” səfərdə “İnter”lə məhsuldar heç-heçə edirsə, niyə də “Qarabağ” onları Bakıda məğlub etməsin. Təmsilçimiz “Qarabağ”ın göstərdiyi oyuna, uğurlu çıxışına baxsaq, qrupdan çıxmaq şansımız var. Çünki bu klubun düzgün idarə etmə siyasəti, əla nizam-intizamı var. Ən əsası isə “Qarabağ” klubunun işləri düzgün yönəltməyi bacaran, dəqiq strateqiya tutan, uğurlu zəfərlər əldə edən Emrah Çəlikəli var. İnşallah yaralı yerimiz olan “Qarabağ” klubumuz Avropa meydanlarında daha böyük zəfərlər əldə edərək, Azərbaycan xalqını, qaçqınlarını sevinclərə qərq edəcəklər. Sonda demək istərdim ki. Emrah Çəlikəl yeni bir tarix yazıb, yeni bir qəhramanlıq etdi.

Uğurlar “Qarabağ” !!!

Əli HƏYATİ




 
Müəllifin son yazıları

19.02.2015 Qriqorçuka və “Qəbələ”sinə vaxt verək (Yazı)
07.11.2014 AZAL-da həyəcan təbili (YAZI)
11.10.2014 Elxan Məmmədov, Berti Foqts və millimizin rəzaləti (YAZI)
25.09.2014 Sizcə, Tərlan Əhmədov heç buna yol verər? (YAZI)
31.08.2014 “Neftçi”dəki harınlamışlar YAZI

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info