Bəs, Tahir Süleymanov istefa vermişdi?!
Tarix: 12.08.2014 | Saat: 15:14:00 | Oxunub: 75 | E-mail | Çapa göndər
|

Bəri başdan onu qeyd etməliyəm ki, Tahir Süleymanov “Neftçi” və Azərbaycay futbolçu üçün lazimlı şəxsdir.
Çalışdığı klub üçün az iş görməyib, bunu danmaq ədalətsizlik olardı.

Amma bu yaxınlarda Avroliqada “Koper”ə Bakıdakı məğlubiyyətdən sonra onun istefa verməsindən sonra baş verənlər təəccüb doğurur.

Xronoloji ardıcıllığa fikir verək. Əvvəlcə, qeyd etdiyimiz kimi, T.Süleymanov istefa verir, ardınca klub rəsmi saytı vasitəsi ilə istefanın qəbul olunduğunu açıqlayır. Yəni artıq T.Süleymanov “Neftçi”də heç bir vəzifə daşımır. “Koper”i udandan sonra isə “Neftçi”nin kefi düzəlir, bu zaman klubun prezidenti Sadıq Sadıqov bildirir ki, T.Süleymanov heç yana getməyib, bizim öz işçimiz olaraq qalır.

Qəribədir və həm də gülməlidir, klubun prezidenti belə danışır, rəsmi sayt elə yazır…

Məlum, Sadıq Sadıqovun razılığı olmadan “Neftçi”də heç kim Süleymanovu istefaya göndərəsi deyil. Sədəcə, “Neftçi” rəsmilərinin bir-birinə zidd davranışlarının səbəbi anlaşılmır. Süleymanovun istefası faktiki olaraq, qəbul edilməmişdisə, o zaman “Neftçi”nin rəsmi saytı onun istefaya göndərildiyini niyə və hansı məntiqlə yazırdı? Və ya bu istefa həqiqətən qəbul edilmişdisə, onda Sadıq Sadıqov sonradan niyə deyir ki, Süleymanov klubdan getməyib.

Amma bütün bunlar başqa bir versiyaya əsaslı səbəb yaradır. “Koper”ə uduzduqdan sonra “Neftçi” ictimai təzyiqin olacağından ehtiyatlanaraq T.Süleymanovun istefa məsələsini ortaya atır. Yəni əvvəlcədən klub prezidenti ilə razılaşdırılmaqla T.Süleymanov istefa verir, bu zaman media “Neftçi”nin məğlubiyyətini deyil, Süleymanovun istefa məsələsini qabardır.

Hərçənd bu dəfə mətbuat istefa vermək üzrə ixtisaslaşan T.Süleymanovun oyununa getmədi, bu məsələni çox da əhəmiyyətli saymadı.

Sözüm, heç də T.Süleymanovun “Neftçi”də işinini davam etdirib-etdirməməsində deyil. Yuxarıda onun bu kluba lazımlı şəxs olduğunu qeyd etmişəm. Sadəcə, T.Süleymanovun heç bir rəsmi qərar olmadan (hər halda, bu yazı dərc olunan ana qədər “Neftçi” rəsmiləri və klubun saytı belə bir qərarın olması haqda bir cümlə də deməyib və yazmayıb) “Neftçi”nin vitse-prezidenti statusunda açıqlama və müsahibələr verməsi maraq doğurur. Axı, bu adam istefaya göndərilmişdi. Bəs, necə oldu indi yenidən vitse-prezident statusunda danışır? Vəzifəsinə nə vaxt bərpa olunub? Və olunubsa bu haqda niyə rəsmi olaraq açıqlama verilmir?

Amma əgər bunlar yoxdursa, o zaman T.Süleymanovun “Koper”lə oyundan sonrakı hərəkətinin “Neftçi”nin növbəti “istefa şou”su haqda deyilənlərin həqiqət olduğunu düşünməyə əsas yaranır.

Belədirsə, o zaman maraqlıdır, T.Süleymanov niyə sevə-sevə bu şounun iştirakçısına çevrilir və özü haqda mənfi rəy formalaşdırır?

Qol.az




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info