“Qarabağ”ın uğur sirri Əmrah Çəlikəl, Tahir Gözəl !
Tarix: 14.05.2014 | Saat: 19:25:00 | Oxunub: 75 | E-mail | Çapa göndər
Əli HƏYATİ |

Ölkə əhalisinin bir çoxu yeganə axsadığımız idman növlərindən biri olan, futboldan hər zaman narazı olub.

Xüsusən də futbolumuzun və klublarımızın başında duran klub rəhbərliklərinin peşəkarlıq baxımından axsamasını nəzərdə tuturam. Lakin bunu bütün klublara şamil etmək düzgün olmazdı. Çünki bu klubların içərisində yetərincə özünü sübut etmiş və nəticə qazanmış klublarımız var. Lakin az və barmaqla sayılacaq qədərdi. Bunlardan misal olaraq “Qarabağ” və “Neftçi” klubunu misal göstərmək olar. Ancaq peşəkarlıq, idarə etmə, nizam-intizamı yüksək səviyyədə olan “Qarabağ” klubu xüsusi qeyd edilməlidr. Ən əsası klubun rəhbərlik heyətinin futbola çox bağlı olduğu və bu idman növü barəsində yüksək anlayışlarının olduğu açıq-aydın görünür. Ən əsası klubun rəhbərlik heyyətinin bütün işlərdə çox dəqiq olması, atdığı addımlarını yüz ölçüb, bir biçməklə, hər işlərini planla həyata keçirmələri buna sübutdur. Ağdam təmsilçisini digər bəzi klublar kimi pulu hara gəldi xərcləyərək, nəticə əldə edə bilməməkdə suçlamaq mümkün deyil. Bu klub rəhbərliyi az bir büddcəylə maksimum nəticə əldə etməyi hər zaman bacarıb. “Qarabağ”ın illər əvvəl də, daha çox yerli futbolçularla Avropa yarışlarında uğur qazanaraq xalqını sevindirməsi,çox şeydən xəbər verir. Deməli, uğuru qapına gətirmək üçün legionerləri nətər gəldi kluba doldurmaq şərt deyil. “Qarabağ” rəhbərliyinin qurduğu sistem bütün heyətə aid olur. Misal üçün futbolçuların özlərini meydanda necə aparması. Yadıma gəlmir ki, “Qarabağ” futbolçularından hansısa biri azarkeşlərə söyüş, təhqir və ya barmaq işarəsi göstərsin. Elə bu sistemin nə qədər güclü və təsirli olması, futbolçuların nizam-intizam qaydalarına əməl etməsindən görünür. Əlbəttə ki, bu işlərin və uğurun əldə edilməsində “Qarabağ” klubunun rəhbərliyinin əməyi çox böyükdür. Həm Tahir Gözəl, həm də, Əmrah Çəlikəl bu işdə çox böyük işlər görüblər. Mətbuata müsahibə verən Əmrah Çəlikəl bu sistemin Tahir Gözələ aid olduğunu bildirərək,”Qarabağ” klubunun Azərsun Holdinqin sisteminə uyğunlaşdırmasını etiraf etdi. Bundan başqa Əmrah Çəlikəl və Tahir Gözəl heç zaman digər bəzi klub rəhbərlikləri kimi göylərdə gəzmirlər. İstənilən zaman, istənilən məkanda belə, mətbuatdan ünsüyyətdən çəkinmirlər. Çünki çəkinəcək bir şeyləri yoxdur. Bundan başqa bu rəhbər şəxslər öz sadəlikləriylə də, çoxlarından fərqlənirlər. Hər zaman istənilən jurnalistin suallarına təmkinlə cavab verər,mədəniyyətsizlik etməzlər. Bunu tək mən deyil bir çox həmkarlarım təstiqləyə bilər. Əmrah Çəlikəl nə mənim doğma qardaşım, nə də ki, qan qohumum deyil. “Qarabağ” klubunun uğurunu baş məşqçi Qurban Qurbanovun və rəhbər şəxləri olan Əmrak Çəlikəl, Tahir Gözəlin yüksək səviyyəli idarə etmələrini qeyd etməmək düzgün olmazdı. İnanırıq ki, bu uğurlu gedişin bəhrəsini “Qarabağ”ın Çempionlar Liqasındakı yarışlarında da görə biləcəyik. Ən azından öna görə ki, Azərbaycanı Qarabağ adıyla Avropada təmsil edəcəklər.

Uğurlar “Qarabağ”!!!

Əli HƏYATİ




 
Müəllifin son yazıları

19.02.2015 Qriqorçuka və “Qəbələ”sinə vaxt verək (Yazı)
07.11.2014 AZAL-da həyəcan təbili (YAZI)
11.10.2014 Elxan Məmmədov, Berti Foqts və millimizin rəzaləti (YAZI)
25.09.2014 Sizcə, Tərlan Əhmədov heç buna yol verər? (YAZI)
31.08.2014 “Neftçi”dəki harınlamışlar YAZI

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info