Azərbaycan kuboku: final oyununun ilkləri
Tarix: 25.04.2014 | Saat: 13:30:00 | Oxunub: 447 | E-mail | Çapa göndər
Azərbaycan kubokun yarımfinal mərhələsinin nəticələrinə əsasən “Neftçi” və “Qəbələ” həlledici matça vəsiqə qazanıblar.

Mayın 22-də baş tutacaq final qarşılaşmasına bu 2 klubun çıxması kubok tarixində ilklərə səbəb olub.

Ölkə kubokunun 22 illik tarixində ilk dəfə eyni komanda ardıcıl 3-cü dəfə finala yüksəlib. Buna 2011/12 mövsümündə finalda uduzan, 2012/13 mövsümündə isə kuboku başı üzərinə qaldıran “Neftçi” nail olub. Bakılılar indiyədək heç kimin bacarmadığına imza atıb. Bunadək 6 dəfə eyni klub ardıcıl 2 finalın iştirakçısı olsa da, onlardan heç biri 3-cü mövsümdə bunu təkrarlamamışdı.

22 il ərzində yalnız 3 dəfə eyni baş məşqçi ardıcıl 2 finalda komandasının başında olmuşdu. Böyükağa Hacıyev “Neftçi” ilə ardıcıl 3-cü dəfə həlledici qarşılaşmaya yüksəlməklə ilkə imza atıb.

“Qəbələ” futbol klubu tarixində ilk dəfə Azərbaycan kubokunun finalına yüksəlib. Əyalət təmsilçisi bunu bacaran 16-cı komandadır. 8-ci dəfə finala vəsiqə əldə edən “Neftçi” isə bu siyahıya başçılıq edir: “Neftçi” 8, “Qarabağ” 6, “Xəzər Lənkəran” 5, “Kəpəz”, “İnter” hərəsi 4, “Bakı” 3, “Şəmkir”, “Kür” hərəsi 2, “Şəfa”, “İnşaatçı” (Bakı), “İnşaatçı” (Sabirabad), “Xəzri”, “MKT-Araz”, “Xəzər” (Lənkəran), “Karvan”, “Qəbələ” hərəsi 1 dəfə.

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Azərbaycan kubokunda finala komanda çıxaran ilk rusiyalı mütəxəssisdir. Bunadək legionerlərdən yalnız Ukrayna (Valentin Xodukin – 2, Anaroli Konkov, İqor Nakoneçnı), Gürcüstan (Kaxaber Sxadadze), Türkiyə (Cüneyt Biçər), Rumıniya (Mirça Rednik) və Uels (Con Toşak) təmsilçiləri komandalarını həlledici matça daşımışdı.




 
Bölməyə aid digər xəbərlər
14.12.2017
Azərbaycan kubokunun 1/4 final oyunları canlı yayımda
13.12.2017
AFFA klubları cəzalandırdı
29.11.2017
"Kəpəz", "Keşlə" və "Səbail" 1/4 finala yüksəldilər (ONLAYN)
11.10.2017
Bu gün Azərbaycan Kuboku start götürür
10.10.2017
Kubokun oyunlarına hakim təyinatları məlum oldu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info