“Qəbələ” : tarixdə 3-cü dəfə
Tarix: 15.04.2014 | Saat: 11:41:00 | Oxunub: 426 | E-mail | Çapa göndər
Çərşənbə günü Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.

Finala vəsiqə yolunda “Xəzər Lənkəran”la üz-üzə gələcək “Qəbələ” ilk oyununu aprelin 16-da doğma meydanda keçirəcək.

Bu dəfəki yarımfinal “qırmızı-qaralar”ın tarixində 3-cü belə haldır. Əvvəlki iki turnirdə finalın 1 addımlığında dayanan “Qəbələ” 6 il əvvəl məhz “Xəzər Lənkəran”la görüşmüşdü. Onda hər iki komanda matçların ikisində də qol sevinci yaşamışdı. Amma ümumi nəticədə 4:2 hesablı qələbə cənubluları finala daşımışdı.

Növbəti mövsümdə “Qəbələ” final yolunda “İnter”lə qarşılaşıb. Bu dəfə hər iki komanda öz meydanında quru hesablı qələbə qazanıb. Ümumi hesabda 5:2 hesablı qələbə bakılıları finala çıxarıb.

Əvvəlki iki cəhddə yarımfinala adlaya bilməyən “Qəbələ” 3-cü cəhddə ilk dəfə finala adlamağa çalışacaq.

2007/08 mövsümü
09.04.2008. Qəbələ - Xəzər Lənkəran - 1:3
İbrahim Hüseynov, 75 - Zaur Ramazanov, 12, 56, İrakli Vaşakidze, 15-öz qapısına

23.04.2008. Xəzər Lənkəran - Qəbələ - 1:1
Rahid Əmirquliyev, 79 - Abdulkader Kamara, 35

2008/09 mövsümü
29.04.2009. İnter (Bakı) - Qəbələ - 5:0
Valter Quqlemon, 5, 12-p., Petar Zlatinov, 8, Danildo Assioli, 60, İvan Testimitianu, 76

06.05.2009. Qəbələ - İnter (Bakı) - 2:0
Kənan Kərimov, 40, Azər Bağırov, 87




 
Bölməyə aid digər xəbərlər
14.12.2017
Azərbaycan kubokunun 1/4 final oyunları canlı yayımda
13.12.2017
AFFA klubları cəzalandırdı
29.11.2017
"Kəpəz", "Keşlə" və "Səbail" 1/4 finala yüksəldilər (ONLAYN)
11.10.2017
Bu gün Azərbaycan Kuboku start götürür
10.10.2017
Kubokun oyunlarına hakim təyinatları məlum oldu

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info