Soçidəki son təmsilçimiz mübarizəyə başlayır
Tarix: 22.02.2014 | Saat: 13:53:00 | Oxunub: 624 | E-mail | Çapa göndər
2014-cü il Soçi Qış Olimpiya Oyunlarında Azərbaycanın son təmsilçisi Patrik Braxner fevralın 22-də dağ xizəkçiliyinin slalom yarışında mübarizə aparacaq.


Avstriyalı legioner saat 16:45-də ilk yürüşə qatılacaq.

O, 117 idmançının qatılacağı mübarizədə 65-ci sıra nömrəsi ilə qüvvəsini sınayacaq. Finişə çatacağı halda, 22 yaşlı Braxner elə bu gün saat 20:15-də başlanacaq həlledici yürüşə vəsiqə qazanacaq. İki yürüşün cəmində daha yaxşı nəticə göstərən slalomçu qalib elan olunacaq.

Qeyd edək ki, Patrik Braxner daha öncə nəhəng slalom yarışında 53-cü yeri tutub. Qadın dağ xizəkçimiz Qaya Bassani Antivari nə slalom, nə də nəhəng slalomda mübarizə aparıb. Fiqurlu konkisürənlərdən ibarət Yuliya Zlobina – Aleksey Sitnikov dueti isə 12-ci yeri tutub




 
Bölməyə aid digər xəbərlər
26.01.2017
Useyn Boltun Olimpiya medalı əlindən alındı
31.12.2015
Yeni iliniz və həmrəylik bayramınız mübarək 2016
07.07.2015
Bakı 2015 I Avropa Oyunlarında qalib olan idmançı, tez özünə maşın aldı
28.06.2015
Pərviz Bağırov:“ “Qarşıdakı ən önəmli yarışım Rio-2016 Olimpiadasıdır“
27.06.2015
“Mən cənab Prezidentə dedim ki, Zəkiyev döyüş tapşırığını yerinə yetirdi”

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info