Hüseyn Cəbrayıloğlu: “Mustafa Dənizlini hətta Madrid “Real”ı da istəyə bilər”
Tarix: 11.02.2014 | Saat: 14:26:00 | Oxunub: 1212 | E-mail | Çapa göndər
“Mustafa Dənizlinin “Trabzonspor”a baş məşqçi keçmək təklifi aldığını, ora gedəcəyi haqda məlumatı Türkiyə mətbuatından oxumuşam.

Lakin hazırda Mustafa bəylə bu haqda danışığımız olmayıb. Yəqin ki. yaxın zamanda bu haqda söhbətimiz olacaq. Hələ rəsmi bir məlumat yoxdur”.

Bu sözləri Futbolmedia.Az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

Cəbrayıloğlu belə bir təklif ola biləcəyini də gizlətməyərək bundan başqa bir çox məsələlərə aydınlıq gətirdi: “Mustafa Dənizliyə bir çox yerlərdən təkliflər ola bilər. Həttda Madrid “Real”ı da onu komandasında baş məşqçi görmək istəyər. Lakin hazırda Türkiyəli mütəxəssizin bizimlə müqaviləsi var. Və hazırda “Xəzər Lənkəran”da öz işinin başındadır. Əlbəttə ki. təkliflər gəlib. Lakin Məşqçi bilir ki, onun Azərbaycanda mühüm işi var. Qarşısına rəhbəlik tərəfindən məqsədlər qoyulub. Biz bu təklifin ola biləcəyini danmırıq. O ki qaldı “Neftçi”ylə böyük oyuna, hər şey əla səviyyədə oldu. Ən əsası isə hər şey xətasız, insidentsiz , ixtişaşsız ötüşdü. Belə “derbi” oyunlarda həyac, qırmızı kartlar olur. Bunu normal qarşılaşyıram. Biz “Xəzər Lənkəran” klubu olaraq Mustafa Dənizlinin bütün tapşırıqlarını yerinə yetiririk. Hətta qış fasiləsindən öncə futbolçulara vəd edilən premyalarda onlara verilib. Hər şey yüksək səviyyədə icra edilir”.




 
Bölməyə aid digər xəbərlər
18.12.2015
“Sifariş”lə işləyən hakim Əliyar Ağayev (YAZI)

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info