Putin icazə verdi
Tarix: 04.01.2014 | Saat: 18:33:00 | Oxunub: 586 | E-mail | Çapa göndər
Rusiya prezidenti Vladimir Putin Soçi Olimpiadasının keçiriləcəyi dövrdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə fərmanına dəyişiklik edib. Yeni fərmana əsasən Olimpiya oyunları dövründə şəhərdə və ətraf ərazilərdə etiraz aksiyalarının keçirilməsinə icazə veriləcək.

15 noyabr 2013-cü il tarixli fərmanda qeyd edilirdi ki, 2014-cü il yanvarın 7-dən martın 21-nə qədər Olimpiya oyunları ilə əlaqəsi olmayan istənilən kütləvi tədbir qadağan olunur. Sənədin yeni redaktəsində isə bildirilir ki, Olimpiya oyunları ilə əlaqəli olmayan mitinqlər, yürüşlər, kütləvi yığıncaqlar Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin ərazi orqanları ilə razılaşdırıldıqdan sonra keçirilə bilər. Aksiyaların marşrutu isə Soçi şəhər administrasiyası tərəfindən təsdiqlənməlidir.

Xatırladaq ki, Soçi qış Olimpiya oyunları fevralın 7-dən 23-nə qədər, Paralimpik oyunlar isə martın 7-dən 16-na qədər keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
26.01.2017
Useyn Boltun Olimpiya medalı əlindən alındı
31.12.2015
Yeni iliniz və həmrəylik bayramınız mübarək 2016
07.07.2015
Bakı 2015 I Avropa Oyunlarında qalib olan idmançı, tez özünə maşın aldı
28.06.2015
Pərviz Bağırov:“ “Qarşıdakı ən önəmli yarışım Rio-2016 Olimpiadasıdır“
27.06.2015
“Mən cənab Prezidentə dedim ki, Zəkiyev döyüş tapşırığını yerinə yetirdi”

Şərh əlavə olunmayıb

Facebook-da
23.11
14:00
Maksim Medvedev:
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: [email protected]
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info