Xaqani Məmmədov kimə və nəyə xidmət edir (Yazı)
Tarix: 23.12.2013 | Saat: 14:15:00 | Oxunub: 71 | E-mail | Çapa göndər
Əli HƏYATİ |

Hər kəsin gözü və diqqəti Premyer Liqanın son turuna yönəlmişdi. Kimin qış çempionu olacağı söz doğururdu.

Əlbəttə ki, çempionatın belə prinsipial və maraqlı keçməsi azarkeşlərə zövq verir. Lakin “Neftçi”-AZAL görüşü haqda bunları demək mümkün deyil. Çünki orada da Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun iyrənc əli oldu. Şəxsən mən həmin oyunda “Neftçi”ni necə alçaldılmasının, hakim tərəfindən məğlubiyyətə sürükləndiyinin şahidi oldum. Həmin oyuna baxan hətta futbol barədə anlayışı olmayan insanlar da, baş hakim Orxan Məmmədovun”Neftçi”yə qarşı etdiyi şərəfsizliyini başa düşdülər. Bəli, doğurdan da qaranlıq məqamlar oldu. Qarşılaşma ərzində “Neftçi” üç baş rəqibindən üstün oyun nümayiş etdirirdi. Bunu görən və Xaqani Məmmədovdan sifariş alan baş hakim Orxan Məmmədov nəyin bahasına olursa –olsun, “Neftçi”ni məğlub etdirmək üçün çirkin əməllərini işə saldı. Bu qədər rəzillik, biyabırçılıq olmaz. Belə bir vacib qarşılaşmada “Neftçi”nin iki futbolçusuna qırmızı vərəqə verilərək, meydandan qovulması hər şeyə aydınlıq gətirdi. Elvin Yuniszadənin qırmızı vərəqəsini hardasa, haqq etmək olardı. Lakin Mahir Şükürova niyə və nə üçün ikinci qırmızı vərəqə göstərilməsi qaranlıq qaldı. Lakin mən deyim niyə belə etdi. Həmin zaman AZAL-ın qapısı yaxınlığında Mahir Şükürovun qol vurmaq üçün əla istifadə edə biləcək cərimə zərbəsi təyin edilmişdi. Hakimlər də yaxşı bilir ki, Mahir belə cərimə zərbələrini 11 metirlik penalti kimi vurmağı bacarır. Əgər Mahir bu topu vursaydı sözsüz ki, “Neftçi” qələbəni təmin edəckdi. Lakin sən saydığını say, gör Xaqani Məmmədov və Ramin Musayev nə sayır. Bəli, bu gün etiraf edək ki, keçrilən çempionat oyunlarının taleyini, nəticəsini, Xaqani Məmmədov və ona yuxarıdan dəstək verən şəxs qərarlaşdırır. Əslində, burada elə bir təccüblü bir şey yoxdur. Bilirsiniz niyə? Ona görə ki, Xaqani Məmmədov yenə öz ampulasındadır. Yəni bu adamın adı rüşvətxorluq, qərəzli idarə etməkdə ləkələnib. İllər öncə, Xaqani Məmmədovu rüşvət, qərəzlik, oyun alqı-satqısında təqsirli bilindiyi üçün hakimlikdən qovmuşdular. Hələ həmin vaxt X.Məmmədov ölkənin ən titullu hakimi FİFA referesi hesab edilirdi. Bəs belə bir halda yenidən X. Məmmədov kimi yüz sifətli, birini gətirib Hakimlər Komitəsinin sədri qoymaq, futbolun inkişafı naminə nə dərəcədə atılan düzgün addımdı. Bəs“Qarabağ”, “Neftçi” rəhbərliyi adı ləkəli olan belə bir fırıldaqçı, komitənin sədrinə niyə inanmalıdır axı. Hakimlər tərəfindən belə haqqsızlıqlar, qərəzliklər, təkcə “Neftçi”nin yox, o cümlədən “Qarabağ” və “Xəzər Lənkəran” klublarının da başına gətirilib. “Qarabağ” və “Xəzər Lənkəran” klubları da hakimlərin belə hoqqalarından, oyunlarından boğaza yığılıb. Ölkəmizi Avropa futbolunda layiqincə təmsil edən“Neftçi”və “Qarabağ” klubları niyə sarsıdılmalı, ruhdan salmalıdlar axı. Dünyanın heç bir yerində Hakimlər Komitəsi PFL-ə tabe deyil. Belə olan hlada sözsüz ki, təyinatlarda özbaşnalıq, sifarişlər qaçılmazdı. Olmaz ki, hakimlər komitəsi ayrıca PFL-ə tape qurum olmasın. Əgər, belə iyrənc idarəçilik davam edərsə, söz –söhbətlər, biyabırçılıqlar, hakimlərin azarkeşlər tərəfindən döyülməsi qaçılmaz olacaq. İnanıram ki, Hakimlər Komitəsinin, yuxarıdan onlara göstəriş verən adamın da, qulağını buran bir şəxs tapılacaq. Belə qərəzliyə, Xaqani Məmmədov son qoymalıdr.

Əli HƏYATİ




 
Müəllifin son yazıları

19.02.2015 Qriqorçuka və “Qəbələ”sinə vaxt verək (Yazı)
07.11.2014 AZAL-da həyəcan təbili (YAZI)
11.10.2014 Elxan Məmmədov, Berti Foqts və millimizin rəzaləti (YAZI)
25.09.2014 Sizcə, Tərlan Əhmədov heç buna yol verər? (YAZI)
31.08.2014 “Neftçi”dəki harınlamışlar YAZI

Şərh əlavə olunmayıb

Facebook-da
© Copyright 2002-2015 FUTBOLMEDIA
Mob.: (050) 588 47 51
E-mail: ali.h525@mail.ru
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info